Icma.az, News24 saytından verilən məlumata əsaslanaraq xəbər yayır. Yaşlanma orqanizmdə bir çox dəyişikliklərə səbəb olur.
Yaşlandıqca itirdiyimiz ilk toxumanın skelet əzələsi olduğunu bildirən mütəxəssislər, boğaz və farenks əzələlərindəki zəifliyin hətta ölümlə nəticələnə biləcəyi barədə xəbərdarlıq edirlər.
News24.az Qaynarinfo-ya istinadən xəbər verir ki, türk professor Mehtap Kaçar qocalıqda baş verən ən mühüm problemlərdən biri olan sarkopeniya, yəni yaşa bağlı əzələ itkisi haqqında danışıb.Yaşla birlikdə əzələ toxuması kütləsində, gücündə və funksiyasında itkilər olduğunu ifadə edən Kaçar qeyd edib: "Sarkopeniya ümumiyyətlə 35 yaşında başlayır və daimi olaraq əzələ gücləndirici məşqlər etməyən insanlar hər 10 ildə təxminən 2-3 kq əzələ itirirlər.
Xüsusilə 60 yaşdan sonra daha çox yayılır və 80 yaşdan yuxarı olan şəxslərin təxminən 50%-ni təsir edir".Əsasən oturaq həyat tərzi və müntəzəm idmanın olmaması, testosteron çatışmazlığı, insulin müqaviməti, böyümə hormonu çatışmazlığı, qeyri-kafi protein istehlakı, əzələ sinirlərinin pozulması, xroniki iltihab, əzələnin protein istehsal qabiliyyətinin azalması və əzələ zülallarının parçalanmasının artması kimi hormonal dəyişiklikləri səbəblər kimi göstərmək olar.Gündəlik həyat fəaliyyətinin yerinə yetirilməməsi yaşlıların qayğıya ehtiyacı olmasına səbəb ola bilər.
Ayaq əzələlərindəki zəifliklər qeyri-sabitliyə və yıxılma riskinin artmasına səbəb olur.
Bu, ev qəzalarına, sümük sınıqlarına, xüsusən də omba sınıqlarına, baş travmalarına və hətta beyin qanamasına səbəb ola bilər.Sarkopeniya əlavə tənəffüs əzələlərini, boğaz və farenks əzələlərini də təsir edə bilər.
Tənəffüs əzələlərində zəiflik pnevmoniya və tənəffüs çatışmazlığı riskini artıra bilər.
Boğaz və udlaq əzələlərində zəiflik nəticəsində yaranan həyati təhlükəsi olan problemlər boğulmalara səbəb ola biləcəyi üçün xüsusi narahatlıq doğurur.