Icma.az, Milli.az portalına istinadən məlumat verir. Norveçli 37 yaşlı Maria Kirkeland uzun illər ərzində arıqlamaq üçün müxtəlif üsullar sı
"Nə etsəm də alınmırdı, hər cəhdim uğursuzluqla bitirdi" deyən Kirkeland nəhayət ki, hədəflədiyi böyük dəyişimi reallaşdırmağı bacardı.
O, həm bədənini, həm də düşüncə tərzini dəyişdirərək cəmi bir neçə il ərzində 79 kilo arıqladı.
Kirkelandın sözlərinə görə, bu dönüşümün sirri tamamilə başqa yerdə imiş.
Milli.Az xəbər verir ki, Kirkeland uzun müddət az yeyərək çəki atmağa çalışdığını, amma bunun onda əks təsir yaradaraq həddən artıq yemə döngəsinə saldığını deyib.
O, daha sonra qidalanma tərzini köklü şəkildə dəyişərək kalori və protein balansına əsaslanan sağlam və davamlı bir pəhriz qurduğunu bildirib.
Maria Kirkeland arıqlama prosesində yalnız motivasiyaya güvənməyin yanlış olduğunu anlayıb.
Onu uğura aparan əsas faktorun isə davamlılıq və gündəlik həyatına uyğunlaşdıra bildiyi vərdişlər olduğunu deyib.