Icma.az
close
up
RU
37 yaşında 79 kilo verdi: “Ac qalaraq səhv etdiyimi sonradan anladım” FOTO

37 yaşında 79 kilo verdi: “Ac qalaraq səhv etdiyimi sonradan anladım” FOTO

Icma.az, Milli.az portalına istinadən məlumat verir.

Norveçli 37 yaşlı Maria Kirkeland uzun illər ərzində arıqlamaq üçün müxtəlif üsullar sınasa da, demək olar ki, heç bir nəticə əldə etməmişdi. "Nə etsəm də alınmırdı, hər cəhdim uğursuzluqla bitirdi" deyən Kirkeland nəhayət ki, hədəflədiyi böyük dəyişimi reallaşdırmağı bacardı. O, həm bədənini, həm də düşüncə tərzini dəyişdirərək cəmi bir neçə il ərzində 79 kilo arıqladı. Kirkelandın sözlərinə görə, bu dönüşümün sirri tamamilə başqa yerdə imiş.

Milli.Az xəbər verir ki, Kirkeland uzun müddət az yeyərək çəki atmağa çalışdığını, amma bunun onda əks təsir yaradaraq həddən artıq yemə döngəsinə saldığını deyib. O, daha sonra qidalanma tərzini köklü şəkildə dəyişərək kalori və protein balansına əsaslanan sağlam və davamlı bir pəhriz qurduğunu bildirib. 

Maria Kirkeland arıqlama prosesində yalnız motivasiyaya güvənməyin yanlış olduğunu anlayıb. Onu uğura aparan əsas faktorun isə davamlılıq və gündəlik həyatına uyğunlaşdıra bildiyi vərdişlər olduğunu deyib.

"Motivasiya çox şişirdilir. Hər gün motivasiyalı ola bilməzsiniz, bu mümkün deyil. Uğuru gətirən şey - stabillik və nizamdır," - deyə o, vurğulayıb.

Kirkeland insanların çox vaxt sürətli nəticələr üçün dəbdə olan pəhrizlərə üz tutduğunu, amma bu metodların davamlı olmadığını bildirib. Onun fikrincə, ən önəmli addım - real həyatda tətbiq oluna bilən qidalanma və idman planı qurmaqdır. Əks halda, insan özü-özünü uğursuzluğa doğru aparır.

Maria qidalanmasını balanslaşdırmaqla yanaşı, idman proqramına qüvvət məşqlərini də əlavə edib. Bu yolla həm kilo verib, həm də daha sağlam və güclü bədən əldə edib.

Şəxsi məşqçi və yağ yandırma üzrə mütəxəssis Jordan Syatt da Kirkelandın yanaşmasını dəstəkləyərək, motivasiyanı gözləməyin böyük səhv olduğunu deyib. Onun fikrincə, insan əvvəlcə hərəkət etməlidir, motivasiya isə sonra özü yaranır.

Kirkelandın fikrincə, arıqlama prosesində tələskənlik etmək ən böyük səhvlərdən biridir. O, nəticə hədəfi ilə yaşamaq əvəzinə prosesi sevməyi öyrəndikdən sonra real dəyişimin başladığını deyib:

"Əgər özünüzü xoşbəxt hiss etmirsinizsə, bu yola davam edə bilməzsiniz. Günü-günə dəyişən çətinliklər olsa da, əsas odur ki, dayanmayasınız," - deyə o, əlavə edib.

Qidalanma mütəxəssisləri də Maria Kirkeland kimi düşünür. Onlara görə, sağlam həyat tərzində 80/20 qaydasını tətbiq etmək vacibdir:

Qidalanmanın 80%-i sağlam və balanslı olmalı,

Qalan 20%-də isə insanın sevdiyi yeməklərə yer verilməlidir.

Bu yanaşma həm psixoloji rahatlıq yaradır, həm də pəhrizin davamlı olmasına kömək edir.

Lalə Qüdrətova
Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:101
embedMənbə:https://news.milli.az
archiveBu xəbər 06 Dekabr 2025 23:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see215

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see163

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see162

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri