Azpost saytına istinadən Icma.az xəbər verir. Ötən ilin sentyabrında öldürülmüş “Hizbullah”ın baş katibi Həsən Nəsrullahın dəfn mərasimi fev
AzPost bildirir ki, bu barədə Livanın “Əl- Cedid” telekanalı məlumat yayıb.
Mərasimdə “Hizbullah” rəsmiləri, müqavimət liderləri və minlərlə insanın iştirakı gözlənilir.
Xatırladaq ki, 2024-cü ilin sentyabrın 27-də İsrailin Beyruta zərbələri nəticəsində “Hizbullah”ın baş katibi Həsən Nəsrullah həlak olub.
Ölümündən sonra Hsrullahın harada dəfn olunduğu açıqlanmayıb.
“Sky News Arabia” telekanalının ötən ilin oktabrında yaydığı məlumatda qeyd olunub ki, Hizbullah” hərəkatının baş katibi müvəqqəti olaraq gizli yerdə dəfn edilib.
Məlumata görə, bu qərar dəfn mərasiminin İsrailin hava hücumunun hədəfinə çevrilə biləcəyi nəzərə alınaraq verilib.
“Həsən Nəsrullah açıq dəfn mərasiminin keçirilməsinə imkan verən şərait yetişənədək gizli şəkildə və gizli yerdə basdırılıb”, – deyə mənbə TV-yə bildirmişdi.