4 ay əvvəl öldürülmüş Hizbullah ın rəhbəri Nəsrullah fevralda dəfn olunacaq
Azpost saytına istinadən Icma.az xəbər verir.
Ötən ilin sentyabrında öldürülmüş “Hizbullah”ın baş katibi Həsən Nəsrullahın dəfn mərasimi fevralın 23-də keçiriləcək.
AzPost bildirir ki, bu barədə Livanın “Əl- Cedid” telekanalı məlumat yayıb.
Mərasimdə “Hizbullah” rəsmiləri, müqavimət liderləri və minlərlə insanın iştirakı gözlənilir.
Xatırladaq ki, 2024-cü ilin sentyabrın 27-də İsrailin Beyruta zərbələri nəticəsində “Hizbullah”ın baş katibi Həsən Nəsrullah həlak olub.
Ölümündən sonra Hsrullahın harada dəfn olunduğu açıqlanmayıb.
“Sky News Arabia” telekanalının ötən ilin oktabrında yaydığı məlumatda qeyd olunub ki, Hizbullah” hərəkatının baş katibi müvəqqəti olaraq gizli yerdə dəfn edilib.
Məlumata görə, bu qərar dəfn mərasiminin İsrailin hava hücumunun hədəfinə çevrilə biləcəyi nəzərə alınaraq verilib. “Həsən Nəsrullah açıq dəfn mərasiminin keçirilməsinə imkan verən şərait yetişənədək gizli şəkildə və gizli yerdə basdırılıb”, – deyə mənbə TV-yə bildirmişdi.
İranın “Mehrnews” Agentliyi isə İraq Baş nazirinin müşaviri Əbdül Əmir əl-Tayibənə istinadən məlumat verib ki, Həsən Nəsrullah İraqın Kərbəla şəhərində torpağa tapşırılacaq.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:93
Bu xəbər 01 Fevral 2025 15:57 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















