4 İyun Gəncə qiyamından ötən 32 il | Icma.az
Ses qazeti saytına istinadən Icma.az xəbər verir. Ötən əsrdə 71 il sovet rejimində yaşayan Azərbaycan yenidən müstəqilliyinə qovuşdu.
Mücadilə yolu ilə, tökülən qanlar bahasına yenidən müstəqilliyini qazandı.
Müstəqillik asan əldə olunmadı, gərgin ictimai-siyasi vəziyyət və böyük qurbanlar bahasına əldə edildi. Tarixi ədaləti bərpa edildi.
1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd qəbul edildi.
Tarixi reallıqlar, bir daha göstərdi ki, 71 illik sovet rejimi Azərbaycan xalqının müstəqillik arzularının üstündən xətt çəkə bilmədi.
XX əsrin 80-ci illərinin sonunda başlanan tarixi-siyasi proseslərdə Azərbaycan xalqının istiqlala bağlılığı, müstəqil dövlətçiliyə malik olmaq arzusu, özünü açıq-aydın büruzə verdi.
Azərbaycanın dövlət müstəqilliyi yolunda mücadiləsi, faktiki olaraq, 1988-ci ilin xalq hərəkatı ilə başlansa da, bu istiqamətdə həlledici proseslər 1990-1991-ci illərdə cərəyan etdi.
Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, əslində, Azərbaycan özünün əsl müstəqilliyini Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əldə etdi.
Tam oxu
Xəbəri oxu