Icma.az
close
up
RU
Menu

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

BBC: “Trampın Arkası” silahlandırılacaq!

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

Payızda bağda görülən 6 iş

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

Süni intellekt Avstraliya hökumətinə sızdı

Yeni doğulmuş körpəsini dayanacaqda yad adama verib qaçdı

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

4 İyun Gəncə qiyamından ötən 32 il

4 İyun Gəncə qiyamından ötən 32 il

Ses qazeti saytına istinadən Icma.az xəbər verir.

Ötən əsrdə 71 il sovet rejimində yaşayan Azərbaycan yenidən müstəqilliyinə qovuşdu. Mücadilə yolu ilə, tökülən qanlar bahasına yenidən müstəqilliyini qazandı. Müstəqillik asan əldə olunmadı, gərgin ictimai-siyasi vəziyyət və böyük qurbanlar bahasına əldə edildi. Tarixi ədaləti bərpa edildi. 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd qəbul edildi. Tarixi reallıqlar, bir daha göstərdi ki, 71 illik sovet rejimi Azərbaycan xalqının müstəqillik arzularının üstündən xətt çəkə bilmədi. XX əsrin 80-ci illərinin sonunda başlanan tarixi-siyasi proseslərdə Azərbaycan xalqının istiqlala bağlılığı, müstəqil dövlətçiliyə malik olmaq arzusu, özünü açıq-aydın büruzə verdi. Azərbaycanın dövlət müstəqilliyi yolunda mücadiləsi, faktiki olaraq, 1988-ci ilin xalq hərəkatı ilə başlansa da, bu istiqamətdə həlledici proseslər 1990-1991-ci illərdə cərəyan etdi. Dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı 1991-ci il oktyabrın 18-də qəbul edilsə də, əslində, Azərbaycan özünün əsl müstəqilliyini Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra əldə etdi.

Azərbaycanı gözü götürməyən qüvvələr xalqımızın uğrunda ardıcıl mübarizə apardığı milli azadlığına, dövlət müstəqilliyinə mane olmaq və onun mübarizə əzmini qırmaq üçün ən məkrli siyasi təxribatlara əl atdılar. Ermənistanın Azərbaycan torpaqlarının işğalı, respublikamızı daxildən parçalamaq və xalqımızı vətəndaş müharibəsi girdabına sürükləmək kimi cəhdləri Azərbaycanı olduqca çətin bir vəziyyətlə üz-üzə qoydu. Çünki hakimiyyətdə olan səriştəsiz rəhbərlər mövcud təhlükələrin qarşısının alınması istiqamətində lazımi tədbirləri görmək gücündə deyildilər.

Azərbaycan tarixinin çətin ağır illərində yaşadığı ictimai-siyasi hadisələr onu məhv olmaq təhlükəsi ilə üz-üzə qoymuşdur. Bu uzaq tarixi keçmişimiz deyil, müstəqilliyimizin ilk illərinin tarixi gerçəklikləridir. O illər idi ki, Azərbaycan dilemma qarşısında qalmışdı. Həm xaricdən, həm də daxildən müxtəlif düşmən qüvvələrin təsiri altında parçalanma ərəfəsində qalan Azərbaycanın müdrik rəhbərə, böyük şəxsiyyətə böyük ehtiyacı yaranmışdır. İdarəçilikdə olan səbatsız, təsadüfi insanlar ölkəni acınacaqlı bir vəziyyətə salmışdılar. Vətəndaş müharibəsi təhlükəsi ilə qarşılaşmış ölkəmizi müdrik siyasətçi Ulu Öndər Heydər Əliyev vəziyyətdən çıxardı.

Əlbəttə ki, bu gün 1993-cü ilin iyununda baş vermiş hadisələri yenidən təəssüf hissi ilə xatırlayırıq. Çünki həmin vaxtlar XX əsrdə ikinci dəfə öz müstəqilliyini qazanmış Azərbaycan məhv olmaq təhlükəsi ilə üzləşmişdi. Azərbaycanı gözü götürməyən qüvvələr xalqımızın uğrunda ardıcıl mübarizə apardığı milli azadlığına, dövlət müstəqilliyinə mane olmaq və onun mübarizə əzmini qırmaq üçün ən məkrli siyasi təxribatlara əl atdılar. Ermənistanın Azərbaycan torpaqlarının işğalı, respublikamızı daxildən parçalamaq və xalqımızı vətəndaş müharibəsi girdabına sürükləmək kimi cəhdləri Azərbaycanı olduqca çətin bir vəziyyətlə üz-üzə qoydu. Çünki hakimiyyətdə olan səriştəsiz rəhbərlər mövcud təhlükələrin qarşısının alınması istiqamətində lazımi tədbirləri görmək gücündə deyildilər.

AXC-MÜSAVAT HAKİMİYYƏTİNİN İFLASI

O vaxt Azərbaycan əhalisi artıq iqtidardakıların hansı qabiliyyətin sahibi olduğunu yaxşı bilirdi. Ona görə də AXC-Müsavat cütlüyü 1993-cü ilin yayında baş verən hadisələr zamanı ictimai dəstəkdən tamamilə məhrum olmuşdu. Elə xalqın dəstəyini itirdiklərinə görə də hakimiyyətdən getməli oldular. İqtidarda olanlar Azərbaycanın parçalanmasına, dağılmasına, torpaqlarımızın düşmən işğalına məruz qalmasına göz yumaraq var-dövlət yığmaqla, ölkəni talamaqla məşğul idilər. Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətinin rəhbərliyində olması bütün təhlükələrin qarşısını almağa imkan verdi və qısa zamanda problemlərin aradan qaldırılması istiqamətində intensiv addımlar atılmağa başlandı. Separatçıların cənub bölgəsində qondarma "Talış-Muğan respublikası" yaratması, S.Hüseynovun ali hakimiyyət postunu ələ keçirmək üçün yeni planlar qurması, Azərbaycana xaricdən təzyiqlərin güclənməsi, ölkədə faktiki olaraq vətəndaş müharibəsinin başlanması 1993-cü ilin siyasi mənzərəsini dolğun şəkildə əks etdirirdi. 1993-cü ilin yayında ölkədə vəziyyət getdikcə ağırlaşdı, hətta müstəqilliyimiz təhlükə altında idi. Hakimiyyət strukturlarına, o cümlədən, silahlı birləşmələrə nəzarəti itirən o zamankı Azərbaycan iqtidarı isə, 1993-cü ilin yayında ölkəni vətəndaş müharibəsi təhlükəsi ilə üz-üzə qoydu. Artıq bir sıra ərazilərdə - Gəncədə, Lənkəranda, Qusarda və digər regionlarda bəzi silahlı birliklər separatçı iddialarla çıxış edib, mərkəzi hakimiyyətə tabe olmadıqlarını bildirirdilər. 4 iyun 1993-cü ildə Gəncədə Azərbaycan Ordusunun keçmiş korpus komandiri Surət Hüseynovun başçılıq etdiyi hərbi qüvvələrlə hökumət qüvvələri arasında silahlı toqquşma baş verib. S.Hüseynovun nəzarətində olan 709 saylı hərbi hissənin tərksilah edilməsi ilə bağlı həyata keçirilən əməliyyat uğursuz olub. Məlum hadisə nəticəsində hökumətə tabe olmayan hərbçilərlə hökumət qüvvələri arasındakı toqquşmada, ümumilikdə, 35 nəfər həlak olmuşdu. Gəncə hadisələri kimi tarixə düşən 4 iyun hadisələri AXC-Müsavat hakimiyyətinin iflası ilə nəticələndi. 1993-cü il iyunun 4-də Gəncədə baş vermiş faciə əvvəlcədən hazırlanmış, cinayət törətmiş hərbi əməliyyatların ağır nəticəsidir.

"1993-CÜ İLİN İYUN AYINDA AZƏRBAYCANDA BÖYÜK DÖVLƏT BÖHRANI YARANDI"

Gəncəyə göndərilmiş hökumət rəsmiləri S.Hüseynovun dəstəsi tərəfindən girov götürülüblər. Bu hadisə Azərbaycanda dərinləşməkdə olan hərbi-siyasi böhranı kritik həddə çatdırıb və ölkə vətəndaş müharibəsi astanasına gətirilib. 8 iyun 1993-cü ildə Gəncə hadisələri ilə bağlı ölkədə böhran dərinləşib. S.Hüseynovun tabeçiliyindəki silahlı birləşmələr Gəncəbasar bölgəsində yerli hakimiyyət strukturlarını devirərək, Bakıya doğru hərəkət etməyə başlayıblar. Vətənin bu ağır günündə xalq Ulu Öndər Heydər Əliyevi Naxçıvandan Bakıya dəvət edir. Ümummilli Lider Heydər Əliyev xalqın və respublikanın hakim dairələrinin təkidli dəvətini qəbul edib, iyunun 9-da Bakıya gəlib və qısa zaman ərzində, Azərbaycanda vətəndaş müharibəsinin qarşısını alıb. Görkəmli dövlət xadimi Heydər Əliyev o dövrün Azərbaycanını belə xarakterizə edirdi: "1993-cü ilin iyun ayında Azərbaycanda böyük dövlət böhranı yarandı. Azərbaycan dağılmağa başladı, o vaxtkı iqtidar ölkəni idarə edə bilmədi. Gəncədə toqquşma baş verdi, qan töküldü. Gəncədə başlayan hərəkat Azərbaycan ərazisinin, demək olar ki, yarıdan çoxunda hakimiyyəti öz əlinə aldı. Vaxtilə məni təqib edən, Naxçıvanda məni devirmək, məni Azərbaycandan sıxışdırıb çıxarmaq istəyən o vaxtkı iqtidar belə bir zamanda əlacsız qaldı və mənə müraciət etdi. Ancaq ondan əvvəl mənə müraciət edənlər bizim partiyanın üzvləri, Azərbaycanın müxtəlif təbəqələrinin nümayəndələri, ziyalıları oldu. Onlar məni yenidən Bakıya dəvət etdilər".

1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı Azərbaycanı təhlükədən xilas etdi. O dövrdə baş verən hadisələr bir daha tarixi gerçəkliyi üzə çıxarmış olur. Belə ki, 1993-cü ilin iyununda xalqın dəvəti ilə Ümummilli Lider Heydər Əliyev yenidən hakimiyyətə qayıtmasaydı, bu gün Azərbaycanın müstəqilliyindən söhbət açmaq mümkün olmayacaqdı.

YENİ TARİXİMİZİN QARA LƏKƏLƏRİ

Məhz xalqın belə bir ağır məqamında dünya şöhrətli siyasətçi Ulu Öndər Heydər Əliyevin öz müqəddəs xilaskar missiyasıyla böyük siyasətə qayıdışı, Azərbaycanda illərlə davam edən anarxiyaya, siyasi hakimiyyətsizliyə, hərbiləşmiş cinayətkar dəstələrin qətl və özbaşınalıqlarına son qoymuş oldu. 1994-cü ilin oktyabr, 1995-ci ilin mart dövlət çevrilişi cəhdləri ən yeni tariximizin qara ləkələri kimi keçmişə həkk olunub. Bu təxribatlar müdrik dövlət başçımızın son dərəcə tədbirli, təmkinli və uzaqgörən siyasəti sayəsində baş tutmadı. Beləliklə, Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra onun itirilməsinə yol vermədi. Ümummilli Lider Heydər Əliyev müasir Azərbaycan dövlətinin varlığını qorudu və Azərbaycan qarşısında tarixi bir missiyaya imza atdı. Bütün həyatını Azərbaycanın və xalqın taleyi ilə bağlayan Ulu Öndər Heydər Əliyev müstəqil dövlətimizin tarixini yaratdı. Tariximizə Milli Qurtuluş Günü kimi daxil olan 1993-cü il iyunun 15-də Ümummilli Lider Heydər Əliyevin Azərbaycan Respublikası Milli Məclisinə Sədr seçilməsi ölkəmizin siyasi tarixində keyfiyyətcə yeni bir mərhələnin başlanğıcı oldu. Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olan Milli Qurtuluş Günü Azərbaycan tarixinin şanlı qürur səhifəsinə çevrildi. 1993-cü il oktyabrın 3-də ümumxalq səsverməsi nəticəsində, Ulu Öndər Heydər Əliyev Azərbaycan Respublikasının Prezidenti seçildi. Ümummilli Liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, Vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu Öndər ölkədə xaos və anarxiyanı, cəmiyyətdə hökm sürən iqtisadi-siyasi və mənəvi-psixoloji gərginliyi aradan qaldırdı. Müstəqil Azərbaycan Respublikası möhkəm əsaslar üzərində yeni inkişaf xəttini tutdu. Böyük zəka və iradə sahibi olan Ümummilli Lider Heydər Əliyev, qısa zaman kəsiyində, müharibə bölgəsində atəşkəsə, ölkədə möhkəm və dönməz sabitlik yaradılmasına, qeyri-qanuni silahlı dəstələrin ləğvinə, ümummilli böhrana son qoyaraq, demokratik islahatlar yoluna keçirilməsinə nail oldu.

VERİLƏN VƏD ƏMƏLDƏ

Ulu Öndər Heydər Əliyevin uzaqgörən siyasəti nəticəsində, Azərbaycan bu gün öz inkişafının ən sürətli dövrünü yaşayır. Ulu Öndər Heydər Əliyev tərəfindən qorunub-saxlanılan müstəqilliyimiz bu gün Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilib və Onun əbədiliyi təmin edilib. Ulu Öndərin quruculuq və inkişaf xəttinin davamçısı olan Prezident İlham Əliyev Onun siyasi kursunu uğurla davam etdirməklə, ölkəmiz sabitliyin və inkişafın, vətəndaş həmrəyliyinin təmin olunduğu güclü dövlətə çevrilib. Müasir dünyada Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz uğurlu xarici siyasət xəttini davam etdirir, beynəlxalq aləmdəki mövqeyini artıraraq, bu münasibətləri möhkəmlətməyə önəm verir. Dövlət başçısı xarici siyasət məsələlərini daim diqqət mərkəzində saxlayaraq, diplomatiyamız qarşısında duran prioritet vəzifələri müəyyənləşdirərək, onların planlı və ardıcıl surətdə həyata keçirilməsini təmin edir. Məlumdur ki, müstəqilliyinin təməlini möhkəmləndirmiş, dünya ölkələri ilə beynəlxalq münasibətləri genişləndirmişdir. Dövləət başçısının Prezidentliyi dövründə ölkənin həyatının bütün sahələrində verdiyi vədlərin hər birini yerinə yetirmişdir. Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrimizin modernləşdirilməsi, müasirləşdirilməsi, eləcə də, maddi-texniki bazasının ən müasir standartlar səviyyəsinə çatdırılması sahəsində kifayət qədər əhəmiyyətli işlər reallaşdırılıb. Məhz bunun nəticəsidir ki, Azərbaycan Cənubi Qafqaz regionunda ən güclü orduya malik ölkə statusunu daşıyır. Prezident İlham Əliyevin həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası torpaqlarımızın işğaldan azad olması ilə nəticələndi. Müasir hərb elminin tələblərinə cavab verən Azərbaycan Ordusu döyüş meydanında erməniyə dərs verdi. Mükəmməl texnologiyamız, döyüş ruhumuzun yüksəkliyi, xalq-iqtidar birliyi, həmrəylik Azərbaycanın qalib dövlət kimi adını tarixə yazdı. Müzəffər Ali Baş Komandanın əmrinə əsasən, Ordumuz döyüş meydanında müharibə qanunlarına əməl etməklə, hərb tarixinə yeni səhifə yazdı. Artıq Qarabağ münaqişəsi həll olunub və Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini təmin edib. Prezident İlham Əliyevin vurğuladığı kimi, münaqişə artıq tarixə qovuşub və biz gələcəyə baxmalıyıq. Azərbaycanın işğaldan azad olunan torpaqlarında yeni həyat canlanır.

Zümrüd BAYRAMOVA

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:241
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 03 İyun 2025 15:20 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see277

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see246

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see244

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see236

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see228

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see227

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see226

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see211

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see207

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see206

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see205

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see204

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see200

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see195

“Yeni pandemiya qaçılmazdır” ÜST rəhbəri xəbərdarlıq etdi

26 Sentyabr 2026 00:02see189

В Центральном таможенном госпитале состоялась встреча со специалистами, имеющими учёную степень

25 Sentyabr 2026 12:05see186

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see183

Yeni doğulmuş körpəsini dayanacaqda yad adama verib qaçdı

24 Sentyabr 2026 21:17see174

Aleksandr Plyuşşenko Batumidə Qran pridə 10 cu oldu

26 Sentyabr 2026 00:41see162

Timati ilə Kseniya Borodina arasında “Bugatti” mübahisəsi

26 Sentyabr 2026 01:18see156
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri