Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Ötən il Azərbaycanda qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 423523 nəfər olub.
Qaynarinfo xəbər verir ki, Dövlət Statistika Komitəsinin yaydığı məlumatda qeyd olunub ki, 2024-cü ildə ilk dəfə qoyulmuş diaqnozla qeydə alınan şəkərli diabet xəstələrinin sayı isə 33 533 nəfər olub.
423523 xəstədən 39 211-i insulindən asılı, 384 312-si isə insulindən asılı olmayan şəkərli diabet xəstələridir.
Dünyada şəkərli diabetdən əziyyət çəkən xəstələrin sayı isə 800 milyondan çoxdur. Bu rəqəmlər isə hər il artmaqda davam edir.
Mütəxəssislərin fikrincə diabet xəstəliyinin əsas səbəbləri arasında azhərəkətli həyat tərzi, qeyri-düzgün qidalanma və artıq çəki olsa da, xəstəliyə genetik meyillilik də rol oyaya bilir.
Bu xəstəlik artıq böyüklərlə bərabər uşaqlar arasında da geniş yayılıb. Bəs orqanizmdə şəkər xəstəliyi necə yaranır?
Ən çox rast gəlinən və təsiri ən ciddi olan xroniki xəstəliklərdən biri olan şəkər xəstəliyi (diabet) təkcə fərdi sağlamlığa deyil, cəmiyyətin ümumi həyat tərzinə də təsir göstərən böyük bir sağlamlıq problemidir.