Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

İsrailə yeni qırıcılar verildi

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

İran rejimi legitimliyini itirir ŞƏRH

400 mindən çox adamın əziyyət çəkdiyi xəstəlik Diabet insan orqanizmində necə yaranır?

400 mindən çox adamın əziyyət çəkdiyi xəstəlik Diabet insan orqanizmində necə yaranır?

Icma.az, Qaynarinfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ötən il Azərbaycanda qeydiyyatda olan şəkərli diabet xəstələrinin sayı 423523 nəfər olub. 

Qaynarinfo xəbər verir ki, Dövlət Statistika Komitəsinin yaydığı məlumatda qeyd olunub ki, 2024-cü ildə ilk dəfə qoyulmuş diaqnozla qeydə alınan şəkərli diabet xəstələrinin sayı isə 33 533 nəfər olub.

423523 xəstədən  39 211-i insulindən asılı, 384 312-si isə insulindən asılı olmayan şəkərli diabet xəstələridir.

Dünyada şəkərli diabetdən əziyyət çəkən xəstələrin sayı isə 800 milyondan çoxdur. Bu rəqəmlər isə hər il artmaqda davam edir. 

Mütəxəssislərin fikrincə diabet xəstəliyinin əsas səbəbləri arasında azhərəkətli həyat tərzi, qeyri-düzgün qidalanma və artıq çəki  olsa da, xəstəliyə genetik meyillilik də rol oyaya bilir. Bu xəstəlik artıq böyüklərlə bərabər uşaqlar arasında da geniş yayılıb. 

Bəs orqanizmdə şəkər xəstəliyi necə yaranır?

Ən çox rast gəlinən və təsiri ən ciddi olan xroniki xəstəliklərdən biri olan şəkər xəstəliyi (diabet) təkcə fərdi sağlamlığa deyil, cəmiyyətin ümumi həyat tərzinə də təsir göstərən böyük bir sağlamlıq problemidir. Qanda qlükoza səviyyəsinin normadan yüksək olması ilə xarakterizə olunan bu maddələr mübadiləsi pozğunluğu, uzunmüddətli dövrdə ürək, böyrəklər, sinir sistemi və gözlər kimi həyati orqanlara zərər verə bilər.

Diabet hər yaşda müşahidə oluna bilər, lakin müəyyən risk amilləri mövcud olduqda xəstəliyin yaranma ehtimalı daha da artır. Müxtəlif növləri olan bu xəstəlik, əlamətləri və gedişatı baxımından insandan insana fərqlənə bilər.

Şəkər xəstəliyi (diabet) nədir?

Şəkər xəstəliyi, tibbi adı ilə diabet, orqanizmdə insulin hormonunun kifayət qədər istehsal olunmaması və ya təsirli şəkildə istifadə edilə bilməməsi nəticəsində yaranan xroniki maddələr mübadiləsi pozğunluğudur.

İnsulin — mədəaltı vəzi (pankreas) tərəfindən istehsal olunur və qlükozanın (qan şəkərinin) hüceyrələrə enerji kimi daşınmasını təmin edir. Bu mexanizm pozulduqda qanda şəkərin səviyyəsi anormal dərəcədə yüksəlir və müxtəlif sağlamlıq problemlərinə səbəb olur.

Diyabet nəzarət altına alınmadıqda zamanla gözlərdə, böyrəklərdə, sinir və damar sistemində zədələnmələrə yol aça bilər. Bu xəstəlik hər il daha çox yayılır və həm inkişaf etmiş, həm də inkişaf etməkdə olan ölkələrdə mühüm ictimai sağlamlıq problemi hesab olunur.

Diabet ömür boyu davam edən bir vəziyyətdir, lakin uyğun müalicə, müntəzəm nəzarət və həyat tərzi dəyişiklikləri ilə idarə oluna bilər. Erkən diaqnoz və intizamlı nəzarət prosesi, xəstəliyin ağırlaşmalarının (komplikasiyalarının) qarşısını almaqda böyük rol oynayır.

Şəkər xəstəliyinə (diabet) kimlərdə görülür?

Diabet hər yaşda müşahidə oluna bilər, lakin bəzi insanlarda görülmə riski daha yüksəkdir.

•Ailəsində şəkər xəstəliyi olanlar genetik meyillilik səbəbindən risk altındadır.

•Piylənmə, hərəkətsiz həyat tərzi, yüksək kalorili və balanssız qidalanma vərdişləri xəstəliyin inkişafını sürətləndirir.

•40 yaşdan yuxarı şəxslərdə rastgəlmə ehtimalı artır, lakin bu gün sağlıqsız qidalanma vərdişləri səbəbindən gənclərdə də artım müşahidə olunur.

•Qadınlarda hamiləlik dövründə şəkər xəstəliyi (gestasion diabet) və ya polikistik yumurtalıq sindromu (PCOS) olanlar da risk qrupundadır.

•Yüksək təzyiq, xolesterin və stres də diyabetin inkişafında rol oynaya bilər.

Diabetin növünə görə risk faktorları dəyişə bilər:

•Tip 1 diabet adətən uşaq və gənc yaşlarda yaranır;

•Tip 2 diabet isə əsasən orta və yaşlı insanlarda müşahidə olunur.

Şəkər xəstəliyinin növləri

Diabetin bir neçə növü var və onların yaranma mexanizmi, əlamətləri və müalicəsi fərqlidir. Ən çox rast gəlinən növlər:

•Tip 1 diabet: Autoimmün mənşəlidir. Mədəaltı vəzi kifayət qədər insulin istehsal etmir. Adətən uşaq və gənclərdə başlayır.

•Tip 2 diabet: Ən yayılmış növdür. Orqanizm insulin istehsal edir, lakin hüceyrələr insulinin təsirinə qarşı müqavimət göstərir. Əsasən yaşlı və artıq çəkili insanlarda rast gəlinir.

•Gestasion (hamiləlik) diabeti: Hamiləlik zamanı yaranır. Doğuşdan sonra çox vaxt keçib gedir, lakin gələcəkdə Tip 2 diabetə çevrilmə riski var.

•Monogenik diabet: Genetik mutasiyalar nəticəsində yaranan nadir növdür.

•Sekonder diabet: Kortizon kimi bəzi dərmanların və ya pankreas xəstəliklərinin təsirindən meydana çıxır.

Tip 1 diabet nədir?

Tip 1 diabet — bağışıqlıq sisteminin mədəaltı vəzidəki insulin istehsal edən beta hüceyrələrinə hücum etməsi nəticəsində yaranan autoimmün xəstəlikdir. Bu halda orqanizm ya heç insulin istehsal etmir, ya da çox az istehsal edir.

Əsasən uşaqlıq və yeniyetməlik dövründə meydana çıxır. Tip 1 diabetin səbəbi tam bilinmir, lakin genetik meyillilik və bəzi virus infeksiyaları ilə əlaqəli olduğu düşünülür.

Əlamətləri qəfil başlayır:

•çox susamaq,

•tez-tez sidiyə getmək,

•sürətli arıqlama,

•yorğunluq və bulanıq görmə.

Bu tipdə insulin iynələri mütləq lazımdır, çünki orqanizm insulini istehsal etmir. Qan şəkəri səviyyəsi müntəzəm izlənməli, karbohidrat miqdarı nəzarətdə saxlanmalı və həkim göstərişinə uyğun insulin dozası tənzimlənməlidir.

Tam sağalmasa da, düzgün müalicə və həyat tərzi ilə normal və sağlam həyat mümkündür.


Tip 2 diabet nədir?

Tip 2 diabet — orqanizmin insulini lazımi dərəcədə istifadə edə bilməməsi (insulin müqaviməti) və ya mədəaltı vəzinin zamanla kifayət qədər insulin istehsal etməməsi nəticəsində yaranır.

Əksər hallarda 40 yaşdan yuxarı şəxslərdə görülür, lakin son illərdə gənclərdə də artmaqdadır. Xəstəlik yavaş inkişaf edir və çox vaxt əlamətsiz keçir.

Əsas risk amilləri:

•artıq çəki,

•hərəkətsizlik,

•sağlam olmayan qidalanma,

•genetik meyillik.

Müalicə etmək üçün əvvəlcə həyat tərzi dəyişiklikləri — sağlam qidalanma, arıqlama, müntəzəm idman etmək lazımdır. Lazım gələrsə dərmanlar və ya insulin iynələri istifadə olunmalıdır.

Qan şəkərinin müntəzəm ölçülməsi, həkim nəzarəti və şəxsi motivasiya xəstəliyin idarə olunmasında əsas rol oynayır. Erkən diaqnozla fəsadların qarşısı alına bilər.

Şəkər xəstəliyinin əlamətləri

Əlamətlər diyabetin növünə və insandan insana fərqli ola bilər. Tip 1 daha kəskin, Tip 2 isə gizli inkişaf edir.

Ən çox görülən əlamətlər:

•Tez-tez sidiyə çıxma (xüsusilə gecələr)

•Güclü susuzluq və ağız quruluğu

•İştah olsa da arıqlama

•Yorğunluq, halsızlıq

•Bulanıq görmə

•Yaraların gec sağalması

•Dərinin quruluğu və qaşınma

•Ayaqlarda keyimə və ya uyuşma

Diabetin diaqnozu necə qoyulur?

Diyabetin diaqnozu qan şəkərinin ölçülməsi ilə müəyyən edilir. Əsas testlər:

•Aç qarına qlükoza: ≥ 126 mg/dL

•Toxluq şəkəri: ≥ 200 mg/dL

•HbA1c: ≥ %6.5

•OGTT (qlükoza yükləmə testi)

Hamiləlik dövründə xüsusi şəkər yükləmə testləri tətbiq olunur.

Tipin müəyyənləşməsi üçün əlavə antikor testləri və C-peptid səviyyəsinə də baxıla bilər.



Diabet ilk hansı orqanlara təsir edir?

Diabet uzunmüddətli nəzarətsiz qaldıqda bir çox orqanı zədələyə bilər. İlk təsir etdiyi orqanlar:

• Gözlər - Görmə - itkisinə səbəb olan diabetik retinopatiya.

• Böyrəklər -  Diabetik nefropatiya, yəni böyrək çatışmazlığına qədər irəliləyə bilər.

•Sinirlər - Ayaqlarda keyimə, yanma, hiss itməsi (diabetik nöropatiya).

•Damarlar - Ürək və beyin damarlarında tıxanma riski.

Diabet həmçinin ayaq yaraları, infeksiya və uzuv itkisi ilə nəticələnə bilər. Buna görə də xəstələr göz, böyrək, sinir və ayaq müayinələrini mütəmadi etdirməlidir.

Şəkər xəstəliyinin yarada biləcəyi fəsadlar

Diabet uzun müddət nəzarətsiz qalarsa, ciddi ağırlaşmalara yol aça bilər:

•Diabetik retinopatiya (görmə itkisi)

•Diabetik nefropatiya (böyrək zədəsi)

•Diabetik nöropatiya (sinir zədəsi)

•Diabetik ayaq (yara, infeksiya, qanqren riski)

•Ürək və damar xəstəlikləri (infarkt, insult)

•Diş əti xəstəlikləri, ağız quruluğu

•Dəri və göbələk infeksiyaları

Ən təsirli qorunma yolu qan şəkərinin hədəf səviyyədə saxlanması, daimi olaraq həkim nəzarəti və sağlam həyat tərzidir.

Şəkər xəstəliyinin müalicəsi

Müalicə xəstənin vəziyyətinə uyğun fərdi şəkildə planlaşdırılır.

•Tip 1 diabet: əsas müalicə insulin iynəsidir.

•Tip 2 diabet: əvvəlcə dieta və idman, daha sonra dərman və insulin.

Əsas yanaşmalar:

•Sağlam və balanslı qidalanma

•Daimi fiziki aktivlik

•Qan şəkərinin evdə ölçülməsi

•Müntəzəm tibbi nəzarət

•İnsulin və dərmanların düzgün istifadəsi

Diabetdən qorunmaq üçün nə etmək lazımdır?

Tip 2 diabetin qarşısını almaq mümkündür. Bunun üçün:

•Normal çəkidə qalmaq

•Həftədə ən azı 150 dəqiqə gəzinti və ya idman

•Şəkərli və işlənmiş qidalardan uzaq durmaq

•Tərəvəz və meyvə yönümlü, balanslı qidalanmaq

•Streslə mübarizə yolları öyrənmək

•Hər il qan şəkəri analizi etdirmək

Diabetdə düzgün qidalanma necə olmalıdır?

Diabet xəstələri üçün qidalanma müalicənin əsas hissəsidir. Məqsəd qan şəkərinin stabilliyini qorumaqdır.

Qidalanma qaydaları:

•Karbohidrat qəbulu nəzarətdə saxlanmalıdır (tam taxıllar, yulaf, bulqur).

•Şirin içkilər və desertlərdən uzaq durulmalıdır.

•Zülal, tərəvəz və sağlam yağlar balanslı şəkildə qəbul edilməlidir.

•Lifli (posalı) qidalar — tərəvəz, qabıqlı meyvə, paxlalılar.

•Gündə 3 əsas, 2–3 ara yemək.

•Duz miqdarı azaldılmalı, bol su içilməlidir.

Ən əsası isədiyetoloqla işləmək, fərdi qidalanma planı hazırlamaqdır.

Hər kəsin orqanizmi fərqlidir. Buna görə porsiya miqdarı və yemək vaxtı, dərman və insulin cədvəli ilə uyğunlaşdırılmalıdır.

Günay

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:125
embedMənbə:https://qaynarinfo.az
archiveBu xəbər 20 Oktyabr 2025 17:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see305

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see218

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see194

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see187

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see179

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see175

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see173

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see166

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see162

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see157

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see156

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see156

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see154

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see153

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see150

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see146

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see144

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see141

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri