42 plastik cərrah Azərbaycan üçün KİFAYƏTDİR? | Icma.az
Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Azərbaycanda uzun müddətdir plastik cərrahların fəaliyyəti ilə bağlı aparılan rəsmi araşdırma ötən həftə yekunlaşıb.
Rəsmi məlumatda bildirilir ki, praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının kompleks şəkildə yoxlanılması məqsədilə Səhiyyə Nazirliyi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Elm və Təhsil Nazirliyinin nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb.
Araşdırmanın nəticəsində yalnız 42 nəfər plastik cərrahın fəaliyyətinə rəsmi icazə verilib.
Bu açıqlama plastik cərrahiyyə sahəsində çalışanların sayının əhəmiyyətli dərəcədə azaldığını göstərir.
Mütəxəssislər bildirir ki, bu qərar həm pasiyentlərin təhlükəsizliyi baxımından müsbət addımdır, həm də qeyri-leqal və savadsız müdaxilələrin qarşısını almağa yönəlib.
Lakin bu məhdudiyyət ölkədə plastik əməliyyatlara tələbatın artdığı dövrdə ciddi çatışmazlığa səbəb ola bilər.
Artıq bir sıra klinikalar bəzi prosedurlar üzrə növbələrin uzandığı, qiymətlərin artdığı bildirilir.
Tam oxu
Xəbəri oxu