Icma.az
close
up
RU
42 plastik cərrah Azərbaycan üçün KİFAYƏTDİR?

42 plastik cərrah Azərbaycan üçün KİFAYƏTDİR?

Icma.az, Modern.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Azərbaycanda uzun müddətdir plastik cərrahların fəaliyyəti ilə bağlı aparılan rəsmi araşdırma ötən həftə yekunlaşıb. Rəsmi məlumatda bildirilir ki, praktik tibb fəaliyyəti ilə məşğul olan plastik cərrahların peşə fəaliyyətinin qanuni əsaslarının kompleks şəkildə yoxlanılması məqsədilə Səhiyyə Nazirliyi, Baş Prokurorluq, Daxili İşlər Nazirliyi və Elm və Təhsil Nazirliyinin nümayəndələrindən ibarət Xüsusi Təftiş Komissiyası yaradılıb. Araşdırmanın nəticəsində yalnız 42 nəfər plastik cərrahın fəaliyyətinə rəsmi icazə verilib.

Bu açıqlama plastik cərrahiyyə sahəsində çalışanların sayının əhəmiyyətli dərəcədə azaldığını göstərir. Mütəxəssislər bildirir ki, bu qərar həm pasiyentlərin təhlükəsizliyi baxımından müsbət addımdır, həm də qeyri-leqal və savadsız müdaxilələrin qarşısını almağa yönəlib.

Lakin bu məhdudiyyət ölkədə plastik əməliyyatlara tələbatın artdığı dövrdə ciddi çatışmazlığa səbəb ola bilər. Artıq bir sıra klinikalar bəzi prosedurlar üzrə növbələrin uzandığı, qiymətlərin artdığı bildirilir.

Azərbaycanda hazırkı göstəriciyə görə, 1 milyon nəfərə təxminən 4 plastik cərrah düşür, bu da beynəlxalq göstəricilərlə müqayisədə olduqca aşağıdır. Müqayisə üçün qeyd edək ki, Cənubi Koreyada hər 100 min nəfərə 5-dən çox plastik cərrah düşür. ABŞ-da isə bu göstərici 2,2-dir.

Ekspertlər bildirir ki, gələcəkdə yerli tibbi təhsil sistemində plastik cərrahiyyə üzrə ixtisaslaşmanın gücləndirilməsi və xaricdə təhsil almış həkimlərin lisenziyalaşdırma prosesinin şəffaflaşdırılması bu sahənin inkişafı üçün vacibdir. Digər tərəfdən, sosial mediada geniş yayılan "estetik müdaxilə" trendləri tələbatı daha da artırır. 

Yeni qərar həm də bir çox özəl estetik mərkəzlərin fəaliyyətinə hüquqi baxımdan təsir göstərəcək. Əksər hallarda bu mərkəzlər qeyri-peşəkar şəxslərin xidmətlərindən istifadə edirdi ki, bu da ciddi sağlamlıq riskləri yaradırdı. 

Modern.az mövzu ilə bağlı fəaliyyətinə icazə verilən palstik cərrah Araz Salmanovla həmsöhbət olub.

O qeyd edib ki, Səhiyyə Nazirliyi tərəfindən həyata keçirilən genişmiqyaslı yoxlama çox yaxşı bir məqsədə xidmət edir:

“Plastik cərrahiyyədə hədsiz dərəcədə saxtakar, bilik və təcrübəsi yetərli olmayan çoxlu sayda insan var. Hansı ki, o insanları araşdıranda ya həmin ixtisasa malik olmadığı, ya da ümumiyyətlə həkim olmadığı məlum olur. Qəbul edərsiniz ki, professional olmayan şəxsin tibb, cərrahiyyə məşğul olması yanlışdır. Burada say əhəmiyyətli deyil. Birinci yerdə əsasən keyfiyyət dayanır. Keyfiyyətli tibbi xidməti isə sadəcə yüksək ixtisaslı, yüksək biliyə sahib plastik cərrah verə bilər. Bu mənada Səhiyyə Nazirliyinin həyata keçirmiş olduğu tədbir çox yaxşıdır. İlk növbədə Azərbaycan vətəndaşının xeyrinə, sağlamlığına xidmət edir”.

Bəs 42 plastik cərrah ölkəmiz üçün kifayətdirmi?

Müsahibimiz Azərbaycan kimi kiçik ölkə üçün 42 plastik cərrahın az olduğunu düşünmür:

“Orta hesabla 100 min nəfərə 1 nəfər plastik cərrah normal saydır. Nəzərə alsaq ki, ölkəmizdə rekonstruktiv cərrahiyyəyə gələn pasiyentlərin sayı məhduddur, əksəriyyəti estetikaya gəlir, 42 cərrah artıqdır. Plastik əməliyyatların yarıdan çoxunu digər ixtisas həkimləri həyata keçirir. Bu gün Azərbaycandakı rinoplastikaların yarıdan çoxunu lor cərrahlar həyata keçirir, yada abdominoplastikaların böyük hissəsini ümumi cərrahlar həyata keçirir, yaxud oftlmoloqlar göz ətrafı nahiyənin estetik cərrahiyyəsi ilə məşğuldurlar, ginekoloqlar vaginal nahiyənin estetik əməliyyatlarını həyata keçirirlər. Əslində heç də həkim qıtlığı yoxdur, əksinə böyük bir təmizləmə həyata keçirildi. Buradan qazanan Azərbaycan vətəndaşıdır, hansı ki, yüksək keyfiyyətli xidmət alacaqlar”.

“Çox istərdim ki, sadəcə plastik cərrahiyyə yox, tibbin bütün sahələri üzrə bu şəkildə təmizəmə həyata keçirilsin. Düşünməyin ki, belə saxtakarlıqlar, ixtisasla əlaqədar aldatmalar sadəcə plastik cərrahiyyədə var. Digər sahələrdə də külli miqdar saxtakatlıq mövcuddur. Ən sadəsini desək, Azərbaycanda diş həkimi deyə işləyənlərin əksəriyyəti orta diş texnikləridir. Bunun da zərbəsi vətəndaşa dəyir. Tibb strateji sahədir, insanların sağlamlığını bazara çevirnək olmaz. Buradan yaranan problemlər hər birimizə dəyir, kimsə düşünməsin ki, məsələdən kənardadır. Hamımız Azərbaycanda yaşayırıq, istənilən vətəndaş saxtakarlığın qurbanı ola bilər”

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:188
embedMənbə:https://modern.az
archiveBu xəbər 21 Aprel 2025 16:24 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lənkəran Dövlət Dram Teatrı “Arşın mal alan” operettasını təqdim edib

25 Sentyabr 2026 18:44see255

Gürcüstan XİN rəhbəri: Bakı və İrəvanın sülh prosesində irəliləyişləri bütövlükdə region üçün önəmlidir

24 Sentyabr 2026 21:20see236

Moldova NATO ya üzvlüklə bağlı qərarını AÇIQLADI

24 Sentyabr 2026 21:46see232

Prezident İlham Əliyev bu qanunu GERİ QAYTARDI

24 Sentyabr 2026 18:12see228

Bu sülh prosesi Cənubi Qafqaz üçün vacibdir Boçorişvili

24 Sentyabr 2026 21:21see226

London konsertinə hazırlıq başladı

24 Sentyabr 2026 14:36see225

Əraqçi Uitkofla görüş qərarını özbaşına verib, icazə almayıb?

24 Sentyabr 2026 21:35see218

Albaniyanın Qəzza ilə bağlı qərarı: Qanun layihəsi təsdiqləndi

24 Sentyabr 2026 21:46see216

Macarıstan parlamenti baş nazirin toxunulmazlığını ləğv etməyi planlaşdırır

24 Sentyabr 2026 21:38see213

BBC: “Trampın Arkası” silahlandırılacaq!

24 Sentyabr 2026 20:07see201

Bakıda ev almaq üçün 18 illik maaşınızı xərcləməməlisiniz

24 Sentyabr 2026 20:01see198

ABA kart sayına tətbiq olunan limitləri izah etdi

24 Sentyabr 2026 20:33see197

Sədr: Qarabağ və Şərqi Zəngəzurda qiymətli və əlvan metal yataqları Dövlət Proqramının əsas prioritetlərindəndir

24 Sentyabr 2026 16:40see197

Birliyin Gücü 2026 : Şərti terrorçuların ələ keçirdiyi gəminin azad edilməsi tapşırığı icra olunub

24 Sentyabr 2026 20:14see196

Tanınmış kardioloqdan haqqında yayılan ittihamlara Açıqlama

24 Sentyabr 2026 17:04see193

”Polisə Dəstək” İctimai Birliyi Sumqayıt Dövlət Universitetində maarifləndirici tədbir keçirib FOTO

24 Sentyabr 2026 21:40see191

Payızda bağda görülən 6 iş

24 Sentyabr 2026 21:37see189

Hörmüz ABŞ la İranın məsələsi deyil ƏRDOĞAN

24 Sentyabr 2026 21:38see184

Məktəblərdə bu məsələ köklü şəkildə dəyişir Maliyyələşmə belə olacaq

24 Sentyabr 2026 19:02see177

Süni intellekt Avstraliya hökumətinə sızdı

24 Sentyabr 2026 20:32see172
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri