44 filmindən REKORD GÖSTƏRİCİ

31.10.2026

Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

"44" bədii filmi kinoteatrlarda nümayiş olunduğu 15 gün ərzində 122 min izləyici toplayaraq Azərbaycan kino tarixində rekord baxış sayına çatıb.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə  Prezidentin köməkçisi Anar Ələkbərov  sosial şəbəkə hesabında paylaşım edib. 

Anar Ələkbərov əldə olunan uğurun sadəcə rəqəmlərdən ibarət olmadığını vurğulayıb:

"Bunlar sadəcə rəqəmlər deyil. Bu, Azərbaycan kinosunun böyük potensiala və böyük gələcəyə malik olduğunun sübutudur". 

O, layihəyə inanan, dəstək olan və hər zaman yanlarında olan hər kəsə təşəkkür edib, eləcə də göstərdikləri etimad, maraq və səmimi duyğulara görə tamaşaçılara minnətdarlığını bildirib.

Xatırladaq ki, Azərbaycanın Vətən müharibəsində qəhrəmanlığına həsr olunan “44” bədii filminin təqdimatı oktyabrın 12-də  Heydər Əliyev Mərkəzində keçirilib.

Murad İsmayıl
 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
Читать полностью