44 filmindən REKORD GÖSTƏRİCİ
Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
"44" bədii filmi kinoteatrlarda nümayiş olunduğu 15 gün ərzində 122 min izləyici toplayaraq Azərbaycan kino tarixində rekord baxış sayına çatıb.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Prezidentin köməkçisi Anar Ələkbərov sosial şəbəkə hesabında paylaşım edib.
Anar Ələkbərov əldə olunan uğurun sadəcə rəqəmlərdən ibarət olmadığını vurğulayıb:
"Bunlar sadəcə rəqəmlər deyil. Bu, Azərbaycan kinosunun böyük potensiala və böyük gələcəyə malik olduğunun sübutudur".
O, layihəyə inanan, dəstək olan və hər zaman yanlarında olan hər kəsə təşəkkür edib, eləcə də göstərdikləri etimad, maraq və səmimi duyğulara görə tamaşaçılara minnətdarlığını bildirib.
Xatırladaq ki, Azərbaycanın Vətən müharibəsində qəhrəmanlığına həsr olunan “44” bədii filminin təqdimatı oktyabrın 12-də Heydər Əliyev Mərkəzində keçirilib.
Murad İsmayıl
Baxış sayı:139
Bu xəbər 31 Oktyabr 2026 12:31 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















