44 günlük savaşda erməniləri qovurdu, sonra Göyçayda “it tutan” işi verildi, amma... TUTDU…
Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Göyçay rayon sakini Hümbətov Bəhram Əzizağa oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub.
Müharibə veteranı olduğunu bildirən şikayətçi bildirir ki, ona heç yerdə iş verilmir: “Mən, Hümbətov Bəhram Əzizağa oğlu, bildirim ki, müharibə veteranıyam.
Ötən il işsizliklə əlaqədar Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyinə müraciət etmişdim.
ŞTB-nın sədri Murtuz Salahov da öz növbəsində məni "it tutan" vəzifəsi ilə “şərəfləndirmişdi”.
Belə ki, mən şəhəri gəzib dolaşır, camaatın gözü önündə rastlaşdığım sahibsiz küçə itlərini tutaraq, köhnə avtomobilimin “baqaj”ına salırdım.
Sonra da həmin itləri dağlıq ərazidə yerləşən it sığınacağına buraxırdım.
44 günlük Vətən müharibəsində əlimdə silah, düşməni it kimi qovan döyüşçü, sonra gəlib Göyçayda bir tikə çörək naminə sahibsiz itləri qovmaqla məşğul oldum.
Tam oxu
Xəbəri oxu