Icma.az
close
up
RU
44 günlük savaşda erməniləri qovurdu, sonra Göyçayda “it tutan” işi verildi, amma... TUTDUĞU İTLƏRƏ GÖRƏ ONA ÖDƏNİLMƏLİ OLAN PULUNU ALA BİLMİR

44 günlük savaşda erməniləri qovurdu, sonra Göyçayda “it tutan” işi verildi, amma... TUTDUĞU İTLƏRƏ GÖRƏ ONA ÖDƏNİLMƏLİ OLAN PULUNU ALA BİLMİR

Hurriyyet saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.

Göyçay rayon sakini Hümbətov Bəhram Əzizağa oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Müharibə veteranı olduğunu bildirən şikayətçi bildirir ki, ona heç yerdə iş verilmir:

“Mən, Hümbətov Bəhram Əzizağa oğlu, bildirim ki, müharibə veteranıyam. Ötən il işsizliklə əlaqədar Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyinə müraciət etmişdim. ŞTB-nın sədri Murtuz Salahov da öz növbəsində məni "it tutan" vəzifəsi ilə “şərəfləndirmişdi”.

Belə ki, mən şəhəri gəzib dolaşır, camaatın gözü önündə rastlaşdığım sahibsiz küçə itlərini tutaraq, köhnə avtomobilimin “baqaj”ına salırdım.  Sonra da həmin itləri dağlıq ərazidə yerləşən it sığınacağına buraxırdım.

44 günlük Vətən müharibəsində əlimdə silah, düşməni it kimi qovan döyüşçü, sonra gəlib Göyçayda bir tikə çörək naminə sahibsiz itləri qovmaqla məşğul oldum. Mənə tutduğum itlərin sayına görə pul verirdilər. Demək olar ki, 6 ay müddətinə sözügedən birlikdə qeyri-rəsmi olaraq eyni vəzifəni yerinə yetirdim. Dəfələrlə təkidlə tələb etməyimə baxmayaraq, mənimlə əmək müqaviləsi bağlamadılar.

Doğrusu, çox çarəsizəm, maddi durumum heç də yaxşı deyil. Təzəliklə ailə həyatı qurmuşam. Veteranlığa görə 80 (səksən) manat təqaüd alıram. Əlacsız şəkildə, onların mənə həvalə etdiyi "it tutan" işində çalışırdım.

Beləliklə, 6 ay müddətində əmək müqaviləsi olmadan işlədim. Sonra it sığınacağı ləğv olundu, bütün itlər yenidən şəhərə qaçdılar. Göyçay Şəhər Təsərrüfatı Birliyi isə mənə 170 (yüz yetmiş) manat borclu qaldı. Hər dəfə haqqımı tələb edirəm, müxtəlif bəhanələr gətirirlər. Halbuki, veteranların incidilməməsi, onlara köməklik göstərilməsi istiqamətində cənab Prezidentin göstərişi var.

Nəzərinizə çatdırım ki, Əmək Məcəlləsinin tələblərinə əsasən, işəgötürən tərəf əmək müqaviləsi bağlamadan işlətdiyi şəxsi sağlam və təhlükəsiz əmək şəraitininin təmin olunmasından, o cümlədən onu digər haqq və hüquqlarından məhrum etmiş sayılır. Həmçinin, bu hal Vergi Məcəlləsinin də tələblərinin pozulması hesab edilir.

Mən mətbuat vasitəsilə səlahiyyətli qurumlardan xahiş edirəm ki, işlə təmin olunmağım üçün mənə köməklik göstərsinlər.

Azərbaycan Respublikası Konstitusiyasının 35-ci maddəsinin VI-ci bəndini (Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır) rəhbər tutaraq, xahiş edirəm, şikayətimin obyektiv araşdırılmasına, haqqım olan 170 (yüz yetmiş) manatın mənə verilməsinə və mənim Göyçay Rayon İcra Hakimiyyəti yanında Şəhər Təsərrüfatı Birliyində rəsmi işlə təmin olunmağıma köməklik göstərəsiniz.

Jalə FAMİLQIZI

P.S. Məsələ ilə bağlı Göyçay Şəhər Təsərrüfatı Birliyi ilə əlaqə saxlaya bilmədik. Yazıda adları çəkilən qurumların mövqeyini dərc etməyə hazırıq.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://hurriyyet.az
archiveBu xəbər 12 Fevral 2025 13:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see266

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see234

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see215

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see206

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see200

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see190

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see184

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see176

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see172

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see163

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see162

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see147

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see143

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see143

Suriya regional güc balansını Türkiyənin xeyrinə dəyişir

19 Yanvar 2026 22:17see142

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see134

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see134

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see134

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see132

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri