450 min nəfər iş tapacaq? Yeni proqramdan GÖZLƏNTİLƏR | Icma.az
Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Dövlətin məşğulluq siyasətində əsas prioritetlərdən biri işsiz və işaxtaran vətəndaşların əmək bazarına inteqrasiyasını sürətləndirməkdir.
Bu məqsədlə müxtəlif proqram və mexanizmlər tətbiq olunur, aktiv məşğulluq tədbirlərinin əhatə dairəsi ildən-ilə genişləndirilir.
Dövlət Məşğulluq Agentliyinin açıqlamasına görə, 2026-cı ildə təxminən 450 min şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb olunması nəzərdə tutulur.
Bəs bu qədər insanın qısa müddət ərzində aktiv məşğulluq tədbirləri ilə əhatə olunması nə dərəcədə realdır?
Daha önəmlisi, bu tədbirlərə cəlb olunan şəxslərin sonradan daimi və rəsmi iş tapmaq imkanları doğrudan da artırmı?
Ölkə.az xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı-ekspert Allahverdi Aydın bildirib ki, aktiv məşğulluq tədbirləri kifayət qədər geniş və müxtəlif məzmunlu anlayışdır.
Onun sözlərinə görə, məhz bu genişlik səbəbindən bu sahədə səsləndirilən rəqəmlərin real təsir gücünü müstəqil şəkildə ölçmək çətindir: “Dövlət Məşğulluq Agentliyi 2025-ci ildə 567 min şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb olunduğunu açıqlayıb.
Tam oxu
Xəbəri oxu