Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

450 min nəfər iş tapacaq? Yeni proqramdan GÖZLƏNTİLƏR

450 min nəfər iş tapacaq? Yeni proqramdan GÖZLƏNTİLƏR

Olke.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Dövlətin məşğulluq siyasətində əsas prioritetlərdən biri işsiz və işaxtaran vətəndaşların əmək bazarına inteqrasiyasını sürətləndirməkdir. Bu məqsədlə müxtəlif proqram və mexanizmlər tətbiq olunur, aktiv məşğulluq tədbirlərinin əhatə dairəsi ildən-ilə genişləndirilir.

Dövlət Məşğulluq Agentliyinin açıqlamasına görə, 2026-cı ildə təxminən 450 min şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb olunması nəzərdə tutulur.

Bəs bu qədər insanın qısa müddət ərzində aktiv məşğulluq tədbirləri ilə əhatə olunması nə dərəcədə realdır? Daha önəmlisi, bu tədbirlərə cəlb olunan şəxslərin sonradan daimi və rəsmi iş tapmaq imkanları doğrudan da artırmı?

Ölkə.az xəbər verir ki, mövzu ilə bağlı Sfera.az-a açıqlama verən iqtisadçı-ekspert Allahverdi Aydın bildirib ki, aktiv məşğulluq tədbirləri kifayət qədər geniş və müxtəlif məzmunlu anlayışdır. Onun sözlərinə görə, məhz bu genişlik səbəbindən bu sahədə səsləndirilən rəqəmlərin real təsir gücünü müstəqil şəkildə ölçmək çətindir:

“Dövlət Məşğulluq Agentliyi 2025-ci ildə 567 min şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb olunduğunu açıqlayıb. Bu isə o deməkdir ki, 2026-cı il üçün proqnozlaşdırılan 450 minlik göstərici əvvəlki illə müqayisədə azalma deməkdir. Amma bu rəqəmlərin nə dərəcədə real nəticə verdiyini dəqiqləşdirmək ekspertlər üçün asan deyil. Rəsmi məlumatlara baxdıqda görürük ki, aktiv məşğulluq tədbirlərinin böyük hissəsi peşəyönümü xidmətləri ilə məhdudlaşır. Məsələn, ötən il bu tədbirlərə cəlb olunanların yarıdan çoxuna məhz peşəyönümü xidmətlər göstərilib”.

Ekspert qeyd edib ki, peşəyönümü xidmətləri anlayışı əsasən məsləhət xarakterli fəaliyyətləri əhatə edir:

“Məsələn, bir gənc DOST mərkəzinə müraciət edir və ona CV-nin necə hazırlanması izah olunur. Bu da avtomatik olaraq aktiv məşğulluq tədbiri kimi qeydə alınır. Formal baxımdan bu doğrudur, amma real məşğulluq baxımından bunun təsiri kifayət qədər məhduddur”.

Allahverdi Aydın hesab edir ki, 2026-cı ildə 450 minə yaxın şəxsin aktiv məşğulluq tədbirlərinə cəlb olunması texniki baxımdan mümkün olsa da, bunun real məşğulluğa təsiri sual altındadır:

“Məsələn, ötən ilin ilk 11 ayında əmək müqaviləsi ilə işləyənlərin sayı cəmi 19 min nəfər artıb. Rəsmi statistikaya əsaslansaq, 2025-ci ildə 567 min insan aktiv məşğulluq tədbirlərinə cəlb olunub, amma muzdlu işçilərin sayı cəmi 19 min artıb. Bu rəqəmlər arasında ciddi uyğunsuzluq var. Hesab edirəm ki, 2025-ci ildə olduğu kimi, 2026-cı ildə də aktiv məşğulluq tədbirləri insanların iş tapmasına ciddi və kütləvi təsir göstərməyəcək”.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi 2025-ci ildə ümumilikdə 567 min şəxsi aktiv məşğulluq tədbirləri ilə əhatə edib.

Onlardan 189 min nəfər münasib işlərlə təmin olunub, 16,8 min şəxs özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatlarının yaradılmasına cəlb edilib. Həmçinin 18,4 min işsiz üçün peşə hazırlığı kursları təşkil olunub, 343 min şəxsə isə peşəyönümü xidmətlər göstərilib. Əlavə olaraq xatırladaq ki, bu tədbirlər “Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2020-2025-ci illər üçün Tədbirlər Planı” çərçivəsində icra olunub. Sözügedən sənəd məşğulluğun artırılması, qeyri-rəsmi məşğulluğun azaldılması, əmək bazarının tələblərinə uyğun kadr hazırlığının gücləndirilməsi və özünüməşğulluğun təşviqini əsas hədəf kimi müəyyənləşdirib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:236
embedMənbə:https://olke.az
archiveBu xəbər 19 Yanvar 2026 22:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see300

Həkim: Törəmə böyüdükcə bərk qidaların mədəyə keçməsi çətinləşir

10 Noyabr 2026 11:44see268

Dmitri Sitkovetski Bakıda Şostakoviçdən və ailəsinin musiqi sülaləsindən danışıb şəhərlə xüsusi bağlılıq (Foto)

10 Noyabr 2026 09:18see267

Xərçəng müalicəyə ona görə davamlı olur ki... TAPINTI

10 Noyabr 2026 10:30see249

COP31 in ikinci günü enerji və infrastruktura həsr olunub

10 Noyabr 2026 11:23see242

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see229

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see225

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see224

“Forbes”: Pol Makkartni dünyanın üçüncü milyarder musiqiçisi olub

10 Noyabr 2026 06:24see216

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see213

Oksana Rəsulova: “Şahrux Xanın yoldaşı məni Priti Zinta ilə səhv saldı“ VİDEO

10 Noyabr 2026 08:31see212

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see203

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see196

Norris: “Hələ çempionluq uğrunda mübarizəyə hazır deyilik”

10 Noyabr 2026 05:17see188

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see184

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see184

İngiltərə klubunun həmsahibindən gözlənilməz addım

10 Noyabr 2026 08:04see175

Putinin gizli şəkildə İsrailə enmiş VİP təyyarəsində kimlər olub və nə məqsədlə gəliblər? “QRU“ rəhbəri və...

10 Noyabr 2026 08:03see174

Atəşgah Sığorta nın xalis mənfəəti 1 % ə yaxın azalıb

10 Noyabr 2026 11:18see174

Özge Borak keçmiş evliliklərindən danışdı: “Çox qəzəbli idim”

10 Noyabr 2026 05:25see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri