46 yaşlı brazliyalı ulduz karyerasını bərpa edir

14.11.2026

Icma.az, sport24.az portalına istinadən məlumat yayır.

Braziliyalı ulduz futbolçu Ronaldinyo yaxın günlərdə rəsmi oyuna çıxacaq. Sport24.az xəbər verir ki, bu barədə İtaliyanın "Ravenna" klubunun baş məşqçisi Andrea Mandorlini bildirib.

Baş məşqşi onu da vurğulayıb ki, 46 yaşlı braziliyalı  komandasının növbəti oyununda start heyətində yer alacaq:

"O, oyuna əsas heyətdə başlayacaq, buna heç bir şübhə yoxdur. Meydanda nə qədər vaxt keçirəcəyinə isə birlikdə qərar verəcəyik.

O, müasir dövrün ən görkəmli futbolçularından biridir. Bizə isə nəticə lazımdır. Komandam həmişə üç hücumçu ilə oynayır və o da onlardan biri olacaq".

"Ravenna" C Seriyasında çıxış edir. Komanda növbəti oyununu noyabrın 15-də, öz meydanında "Forli"yə qarşı keçirəcək.

Qeyd edək ki, Ronaldinyo Braziliya millisinin heyətində 2002-ci il Dünya Çempionatının qalibi olub və 2005-ci ildə "Qızıl top" (Ballon d'Or) mükafatını qazanıb. Karyerası ərzində o, "Qremio", PSJ, "Barselona", "Milan", "Flamenqo", "Atletiko Mineyro", "Keretaro" və "Fluminense" klublarının şərəfini qoruyub. Ronaldinyo 2018-ci ilin yanvarında karyerasını başa vurduğunu elan edib. 

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
Читать полностью