46 yaşlı brazliyalı ulduz karyerasını bərpa edir
Icma.az, sport24.az portalına istinadən məlumat yayır.
Braziliyalı ulduz futbolçu Ronaldinyo yaxın günlərdə rəsmi oyuna çıxacaq. Sport24.az xəbər verir ki, bu barədə İtaliyanın "Ravenna" klubunun baş məşqçisi Andrea Mandorlini bildirib.
Baş məşqşi onu da vurğulayıb ki, 46 yaşlı braziliyalı komandasının növbəti oyununda start heyətində yer alacaq:
"O, oyuna əsas heyətdə başlayacaq, buna heç bir şübhə yoxdur. Meydanda nə qədər vaxt keçirəcəyinə isə birlikdə qərar verəcəyik.
O, müasir dövrün ən görkəmli futbolçularından biridir. Bizə isə nəticə lazımdır. Komandam həmişə üç hücumçu ilə oynayır və o da onlardan biri olacaq".
"Ravenna" C Seriyasında çıxış edir. Komanda növbəti oyununu noyabrın 15-də, öz meydanında "Forli"yə qarşı keçirəcək.
Qeyd edək ki, Ronaldinyo Braziliya millisinin heyətində 2002-ci il Dünya Çempionatının qalibi olub və 2005-ci ildə "Qızıl top" (Ballon d'Or) mükafatını qazanıb. Karyerası ərzində o, "Qremio", PSJ, "Barselona", "Milan", "Flamenqo", "Atletiko Mineyro", "Keretaro" və "Fluminense" klublarının şərəfini qoruyub. Ronaldinyo 2018-ci ilin yanvarında karyerasını başa vurduğunu elan edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:71
Bu xəbər 14 Noyabr 2026 09:01 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















