Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Azərbaycan müstəqilliyini əldə etdiyi dövrlər bütün sahələrdə hərcmərclik, özbaşnalıq olduğu kimi jurnalistika sahəsi də sözün əsl mənasında bazara çevrilmişdi.
Məhz bu dövrdə “reket jurnalistikası” ifadəsi dillərə düşmüşdü.
İşi-gücü olmayan hər kəs, bir jurnal, bir qəzet təsis edir, obyektləri və qəsəbələri, rayonları gəzərək insanları şantaj edib, pul toplayırdı.
Hətta vəziyyət o həddə çatmışdı ki, əslində "4-cü hakimiyyət" adlandırılan jurnalistika sahəsində çalışmaq çətinləşmişdi, kiməsə qürurla “jurnalistəm” deməyə adam utanırdı.
Bir neçə il əvvəl “Media haqqında” qanun qəbul edildi. Bu qanunla bərabər bir çox məhdudiyyətlər ortaya çıxdı.
Qanun, sözün əsl mənasında jurnalistikanın bu qolu ilə məşğul olanların belini qırdı. Yəni qanun hər kəsə yerini göstərdi.
Göstərdi ki, sən savadsızsansa, bu işdən əvvəl sadəcə fəhləlik etmisənsə və ya sadəcə ofisiant işləmisənsə, indi gəlib sayt sahib olandan sonra “burda mən, Bağdadda kor xəlifə” deyə bilməzsən...