Icma.az
close
up
RU
4cü hakimiyyətin peşəkarları etik şəkildə işləyir, saxtakarlar inkassator kimi obyektlərdən pul yığır...

4cü hakimiyyətin peşəkarları etik şəkildə işləyir, saxtakarlar inkassator kimi obyektlərdən pul yığır...

Bizimyol portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Azərbaycan müstəqilliyini əldə etdiyi dövrlər bütün sahələrdə hərcmərclik, özbaşnalıq olduğu kimi jurnalistika sahəsi də sözün əsl mənasında bazara çevrilmişdi. Məhz bu dövrdə “reket jurnalistikası” ifadəsi dillərə düşmüşdü. İşi-gücü olmayan hər kəs, bir jurnal, bir qəzet təsis edir, obyektləri və qəsəbələri, rayonları gəzərək insanları şantaj edib, pul toplayırdı. Hətta vəziyyət o həddə çatmışdı ki, əslində "4-cü hakimiyyət" adlandırılan jurnalistika sahəsində çalışmaq çətinləşmişdi, kiməsə qürurla “jurnalistəm” deməyə adam utanırdı.

Bir neçə il əvvəl “Media haqqında” qanun qəbul edildi. Bu qanunla bərabər bir çox məhdudiyyətlər ortaya çıxdı. Qanun, sözün əsl mənasında jurnalistikanın bu qolu ilə məşğul olanların belini qırdı. Yəni qanun hər kəsə yerini göstərdi. Göstərdi ki, sən savadsızsansa, bu işdən əvvəl sadəcə fəhləlik etmisənsə və ya sadəcə ofisiant işləmisənsə, indi gəlib sayt sahib olandan sonra “burda mən, Bağdadda kor xəlifə” deyə bilməzsən...

Qanun sayəsində reketçiliklə, şantajla məşğul olanların təkərinə çomaq qoyuldu. Bu jurnalistika ilə məşğul olanların əksəriyyətinin saytları məhkəmə qərarı ilə bağlandı. Şantajla pul qazananların əksəriyyəti həbs edildi. Hələ çoxunun da həbs ediləcəyi istisna edilmir.

Bu günlərdə maraqlı bir vəziyyətlə qarşılaşdım. İdmanla məşğul olduğum salonda qadınlar məndən nə işlə məşğul olduğumu soruşdular. Mən də səssizcə “jurnalistəm” dedim. Qarşımdakı qadınlardan biri dedi ki, “mən də jurnalistəm”. Maraqla quakq asırdım ki, görüm “həmkar”ım hansı saytın əməkdaşıdır. Qadın dedi ki, “həmkarlardayam”. Sonra əlavə etdi ki, “burada qızlar var ki, “jurnalist” fəaliyyəti göstərirlər və obyektlərdən pul yığırlar. Hətta əmək müqavilələri yoxlayırlar ki, hansı oyektdə işçilərlə müqavilə bağlanır və ya bağlanmır... Mən də həmkarlardanam. Gördüm ki, onlar pul yığır, mən də qoşuldum onlara, oldum jurnalist”...

Bu şəxslərin arasında jurnalist olduğumu dediyimə görə çox utandım. 20 illik fəaliyyətim, aldığım mükafatlar, medallar bir anda heç olmuşdu sanki...

Beynimdə qoca Baydenin Trampla mübarizədə məğlub olduğu üçün Ukraynaya Rusiyanın daxilinə ağır silahlarla vurmaq üçün verdiyi icazəni düşündüyüm halda, əlində işimin obyektləri gəzib pul yığmaq olduğunu yeni öyrənmişdim. Düşündüm ki, “gərək işimin masajist olduğunu deyərdim, ən azından 20 qadın işimin obyektləri gəzib, pul yığmaq olduğunu düşünməzdi”... Bəlkə bir gün bu “jurnalistlər” də olmayacaq, bəlkə bir gün onların da kökü kəsiləcək. Amma bir işin bu qədər gözdən salınmasına, aşağılanmasına şahid olmaq da həqiqətən ürək ağrıdır.

İş yerində müdirə “çay daşıyan”, “onun-bunun həyatına burun soxub, xoşuna gəlməyənə və ona üz göstərməyənə əxlaqsız damğası yapışdran birinin “redaksiya daxilində peşə etikası ilə bağlı” çıxışlarından sonra özümə söz vermişəm ki, heç kimlə mübahisə etməyəcəm. Çünki səın nə qədər dolu olsan da, haqlı olsan da, sənin bildiyin qarşındakının qandığı qədər, səviyyəsi qədərdir. Sən səviyyəsizlə eyni səviyyəyə düşə bilmədiyin üçün susmalısan.

Əlbət, bir gün bizim də danışacağımız gün gələcək. Bu gün obyektlərdən pul yığan, öz qələmi olmadığı halda yaza bilənləri tənqid edən, sözün əsl mənasında yaltaqlıqla üzə çıxan və araşdırsan adı “it dəftərində” belə olnayan insanlar haqqında olmasa da, bir gün bizim də danışacağımız gün gələcək.

Vallah, mən nə həmkarlardan deyiləm, nə obyektləri gəzib pul yığmıram. Heç təhsilim də jurnalsitika deyil. Mən Türkiyədə “İctimaiyyətlə əlaqələr və tanıtım” ixtisasını bitirmişəm. Bəli, elə buna görə yaddır mənə yuxarıda sadaladıqlarım. Kütləvi istehsalçılar kimi gündə bir kitab da yaza bilmək qabiliyyətim yoxdur. 3 ildir bir kitabın üzərində işləyirəm, hələ də ərsəyə gəlib çıxmayıb. Sadəcə bəzən düşünürəm, mənmi geridə qalmışam, yoxsa...

İradə Cəlil, Bizimyol.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:132
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 23 Noyabr 2024 15:36 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see317

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see257

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see220

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see209

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see203

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see195

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see187

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see185

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see181

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see172

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see170

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see161

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see158

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see149

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see146

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see141

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see138

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see132

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see131

Yeniləmədən sonra “Windows 11”iniz sönmür? Problemi belə həll edin

20 Yanvar 2026 04:30see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri