50 il bundan əvvəl başlayan yol ŞİMALİ KİPR | Icma.az
Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Şimali Kipr Türk Respublikasının taleyi düz 50 il bundan əvvəl Kipr Sülh Hərəkatı ilə həll olunub.
Modern.az-ın məlumatına görə, 1974-cü ilin iyulun 20-də başlanan hərəkatla Kipr türkləri uzun illər çəkdikləri ağrı və məşəqqətlərə son qoymağı bacarıblar.
Türkiyənin ovaxtkı Baş naziri Bülənt Ecevitin birbaşa rəhbərliyi ilə Türkiyə Silahlı Qüvvələrinin Kiprdə həyata keçirdiyi hərbi əməliyyat nəticəsində adada türklərə qarşı aparılan soyqırımına son qoyulub.
Kipr Sülh Hərəkatı nəticəsində adanın 37 faizi türklərin nəzarətinə keçib, adanın Yunanıstan tərəfindən ilhaqının qarşısı alınıb.
Həmçinin ölkənin bugünkü sərhədləri müəyyənləşib, 1975-ci il fevralın 13-də Kipr Türk Federasiyası qurulub.
Federasiyanın dövlət və parlament başçısı olan Rauf Denktaş 15 noyabr 1983-cü ildə elan olunan Şimali Kipr Türk Respublikasının (ŞKTR) ilk prezidenti seçilib.ŞKTR artıq 41 ildir ki, 15 noyabr tarixini Milli müstəqillik günü kimi qeyd edir.
Bu günədək müstəqilliyi tanınmayan Şimali Kipr Türk Respublikasından fərqli olaraq, adanın yunanların yaşadığı cənub bölgəsi Kipr Respublikası kimi tanınıb və Avropa İttifaqına üzv qəbul edilib.
Tam oxu
Xəbəri oxu