Icma.az
close
up
RU
50 il bundan əvvəl başlayan yol ŞİMALİ KİPR

50 il bundan əvvəl başlayan yol ŞİMALİ KİPR

Modern.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Şimali Kipr Türk Respublikasının taleyi düz 50 il bundan əvvəl Kipr Sülh Hərəkatı ilə həll olunub.

Modern.az-ın məlumatına görə, 1974-cü ilin iyulun 20-də başlanan hərəkatla Kipr türkləri uzun illər çəkdikləri ağrı və məşəqqətlərə son qoymağı bacarıblar. Türkiyənin ovaxtkı Baş naziri Bülənt Ecevitin birbaşa rəhbərliyi ilə Türkiyə Silahlı Qüvvələrinin Kiprdə həyata keçirdiyi hərbi əməliyyat nəticəsində adada türklərə qarşı aparılan soyqırımına son qoyulub.  

Kipr Sülh Hərəkatı nəticəsində adanın 37 faizi türklərin nəzarətinə keçib, adanın Yunanıstan tərəfindən ilhaqının qarşısı alınıb. Həmçinin ölkənin bugünkü sərhədləri müəyyənləşib, 1975-ci il fevralın 13-də Kipr Türk Federasiyası qurulub. Federasiyanın dövlət və parlament başçısı olan Rauf Denktaş 15 noyabr 1983-cü ildə elan olunan Şimali Kipr Türk Respublikasının (ŞKTR) ilk prezidenti seçilib.
ŞKTR artıq 41 ildir ki, 15 noyabr tarixini Milli müstəqillik günü kimi qeyd edir.


Bu günədək müstəqilliyi tanınmayan Şimali Kipr Türk Respublikasından fərqli olaraq, adanın yunanların yaşadığı cənub bölgəsi Kipr Respublikası kimi tanınıb və Avropa İttifaqına üzv qəbul edilib.

Şimali Kipr müxtəlif sivilizasiyaları özündə cəmləşdirən mədəni irsə məxsus, xidmət sektorunun üstünlük təşkil etdiyi iqtisadiyyata malik yarıprezident demokratik respublikasıdır. İqtisadiyyat 2000 və 2010-cu illərdə sürətlə böyüməyə başlayıb və adambaşına düşən ümumi daxili məhsul (ÜDM) gəliri üç dəfədən çox artıb. Tətbiq olunan embarqoların ölkə iqtisadiyyatının inkişafına təsiri istər-istəməz özünü göstərir.

Şimali Kipr İqtisadi Əməkdaşlıq Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatının müşahidəçi üzvü, Avropa Şurası Parlament Assambleyasının isə tam hüquqlu üzvlərindən biridir.
Türk Dövlətləri Təşkilatında (TDT) müşahidəçi statusunda təmsil olunan Şimali Kiprin tezliklə tamhüquqlu üzv olması gözlənilir.

Ölkənin rəsmi dili türk dilidir, lakin müxtəlif bölgələrdə fərqli yerli ləhcələrdən də istifadə olunur.


Hazırda ölkədə Şimali Kipr Türk Respublikasının yaradılmasının 41-ci ildönümü münasibətilə bayram tədbirləri keçirilir. Belə tədbirlərdən biri də bugünlərdə Lefkoşa şəhərində Fazıl Küçük bulvarında təşkil olunub. Paradı ŞKTC-nin Prezidenti Ersin Tatar, Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz, millət vəkilləri, yüksək rütbəli hərbçilər, siyasi partiyaların nümayəndələri və başqaları izləyiblər. Paradda çıxış edən Prezident Ersin Tatar ŞKTC-nı Türk dünyasının ayrılmaz hissəsi adlandırıb və vurğulayıb ki, onların yeganə arzusu inamlı inkişaf, təhlükəsizlik və sülhdür.

“Yavru vətən” adlandırılan Şimali Kiprlə Azərbaycan arasında mehriban münasibətlər mövcuddur. Ölkələrimizin müxtəlif sahələrdə, xüsusilə turizm, elm və təhsil əlaqələri möhkəmdir. Cari ilin aprelində Azərbaycan – Şimali Kipr Türk Respublikası Parlamentlərarası Dostluq Qrupunun yaradılması əlaqələrimizin genişlənməsinin təzahürüdür. 
Təsadüfi deyildir ki, Şimali Kipr Türk Cümhuriyyətinin (ŞKTC) rəhbəri Ersin Tatar Azərbaycan Prezidenti İlham Əliyevin türk dövlətlərinin birliyinə xüsusi önəm verməsini və bu istiqamətdə mövqeyini yüksək qiymətləndirir. Azərbaycana səfərlərini Şimali Kiprin tanınması istiqamətində mühüm addım kimi dəyərləndirən Ersin Tatar dəfələrlə Lefkoşanın Bakı və Ankara ilə “Bir millət, üç dövlət” kəlamı ruhunda dialoq qurduğunu da vurğulayıb. Dövlətimizin başçısının cari ilin iyul ayında Şuşada keçirilən Türk Dövlətləri Təşkilatının (TDT) qeyri-rəsmi Zirvə görüşünə ŞKTC Prezidentini də dəvət etməsi bütün məqamlara aydınlıq gətirir.


Şimali Kiprdə azərbaycanlıların qurduğu ən böyük təşkilatlardan biri Şimali Kipr Azərbaycan Mədəniyyət Mərkəzidir. Daha bir təşkilat isə Azərbaycan-Şimali Kipr Gəncləri Birliyidir.

ŞKTR haqqında 10 maraqlı fakt:

• 1974-cü ilin 20 iyul -Kipr Sülh Hərəkatı başlayıb. 

• 1975-ci il 13 fevral- Kipr Türk Federasiyası təsis edilib.

• 1983-cü il 15 noyabr - Şimali Kipr Türk Respublikası (ŞKTR) yaradılıb.

• ŞKTR-in ilk Prezidenti Rauf Denktaş olub.

• Ölkənin müstəqilliyini tanıyan yeganə ölkə Türkiyədir.

• Şimali Kipr TDT, İqtisadi Əməkdaşlıq Təşkilatı və İslam Əməkdaşlıq Təşkilatının müşahidəçi üzvüdür.

• Kipr adasının üçdə birini təşkil edən Şimali Kipr 3.355 kvadrat kilometr əraziyə sahibdir.

• Rəsmi dili türk dili, rəsmi pul vahidi türk lirəsidir.

• Paytaxtı Lefkoşa, əsas şəhərləri Girne, Mağusa, Güzelyurt, İskele, Lefkedir.

• Şimali Kiprin inkişafına təsir göstərən əsas sahələrdən bir də turizmdir.
 


Səadət Hakıyeva

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:203
embedMənbə:https://modern.az
archiveBu xəbər 20 Noyabr 2024 15:32 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Liqa 1: “Monako” evdə “sülh”ə razılaşdı

11 Oktyabr 2026 01:07see405

Karrik azarkeşlərin etirazına münasibət bildirdi

11 Oktyabr 2026 01:11see401

Azərbaycanda İnstaqram və Tiktok işləmir

12 Oktyabr 2026 08:39see393

Azərbaycanın tanınmış şairi VƏFAT ETDİ

11 Oktyabr 2026 01:05see268

Hicab üzərindən manipulyasiya və etiqad azadlığının sərhədi: reallıq nədir?

11 Oktyabr 2026 19:35see266

Xarici turizmə maraq azalır: Ekspertlər üç əsas səbəbi açıqladılar

11 Oktyabr 2026 14:45see245

Məktəblərdə vahid geyim niyə vacibdir? Aygün Bağırlı

11 Oktyabr 2026 10:22see224

Türkiyədə yük maşını sərnişin avtobusu ilə toqquşub 11 nəfər ölüb, 27 insan xəsarət alıb

11 Oktyabr 2026 13:57see220

“Özünü ələ al” müalicə deyil Ölkədə bu xəstəliyə qarşı mübarizə necə aparılır? KONKRET

11 Oktyabr 2026 09:56see217

“Qarabağ atı” heykəlinin müəllifi danışdı

11 Oktyabr 2026 08:00see204

Gecələr ayaqlarda qıcolmaların təhlükəli səbəbləri

12 Oktyabr 2026 02:02see193

Ukrayna Ordusu Rusiyada qitələrarası raketlərin xidmət mərkəzinə zərbə endirib

11 Oktyabr 2026 14:40see190

Dövlətçilik və strateji məsuliyyət

11 Oktyabr 2026 16:15see189

Sərhəd tanımayan təhdidlər: Azərbaycanın ideoloji təhlükəsizlik gündəliyi TƏHLİL

11 Oktyabr 2026 16:24see188

Gəncədə 36 yaşlı kişi ÖLDÜRÜLDÜ

11 Oktyabr 2026 23:39see181

Mixək çayının yaddaşa faydası

12 Oktyabr 2026 03:03see180

Azıx mağarasından reportaj VİDEO

11 Oktyabr 2026 20:41see179

Sabah ın rəqibi Bakıya gəldi VİDEO

12 Oktyabr 2026 00:36see174

Zelenski Trampın Ukrayna siyasətini tənqid etdi

11 Oktyabr 2026 23:57see174

Formula 1 də unikal göstərici

12 Oktyabr 2026 00:30see173
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri