50 yaşlı kişi ondan xəbərsiz evdən gedən arvadının gözlərini çıxartdı | Icma.az
Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Sumqayıt şəhərində 1974-cü il təvəllüdlü Bəhlul ailə münasibətləri zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Gülərə (adlar şərti verilib – red.) xəsarət yetirib.
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Bəhlul 29 yanvar 2022-ci ildə, saat 20 radələrində kirayə yaşadıqları Sumqayıt şəhəri, Xəzər bağlar massivində yerləşən fərdi yaşayış evində faktiki nikah münasibətində olduğu Gülər ilə sonuncunun qardaşıgildən ona xəbər etmədən gəlməsinə iradını bildirib.
Ailə-məişət zəminində mübahisə edərək azyaşlı uşaqlarının, həmçinin gəlininin gözü qarşısında onu vurmağa başlayıb.
Sonuncuların araya girməsindən istifadə edən Gülər əlindən çıxaraq yataq otağına keçib.
Daha sonra Bəhlul cinayətkar niyyətini davam etdirərək arvadının arxasınca yataq otağına girib və yenidən azyaşlı uşaqlarının gözü qarşısında onların analarına xətər yetirməməsi barədə yalvarışlarına məhəl qoymayıb, ona zərbələr vurub.
Hadisəni törədən Bəhlulun barəsində Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bəhlul ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib.
Tam oxu
Xəbəri oxu