Icma.az
close
up
RU
50 yaşlı kişi ondan xəbərsiz evdən gedən arvadının gözlərini çıxartdı

50 yaşlı kişi ondan xəbərsiz evdən gedən arvadının gözlərini çıxartdı

Icma.az, Demokrat.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sumqayıt şəhərində 1974-cü il təvəllüdlü Bəhlul ailə münasibətləri zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Gülərə (adlar şərti verilib – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, Bəhlul 29 yanvar 2022-ci ildə, saat 20 radələrində kirayə yaşadıqları Sumqayıt şəhəri, Xəzər bağlar massivində yerləşən fərdi yaşayış evində faktiki nikah münasibətində olduğu Gülər ilə sonuncunun qardaşıgildən ona xəbər etmədən gəlməsinə iradını bildirib. 
Ailə-məişət zəminində mübahisə edərək azyaşlı uşaqlarının, həmçinin gəlininin gözü qarşısında onu vurmağa başlayıb. Sonuncuların araya girməsindən istifadə edən Gülər əlindən çıxaraq yataq otağına keçib. 
Daha sonra Bəhlul cinayətkar niyyətini davam etdirərək arvadının arxasınca yataq otağına girib və yenidən azyaşlı uşaqlarının gözü qarşısında onların analarına xətər yetirməməsi barədə yalvarışlarına məhəl qoymayıb, ona zərbələr vurub. 
Hadisəni törədən Bəhlulun barəsində Cinayət Məcəlləsinin 126.2.3-cü (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Bəhlul ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Gülər onun keçmiş arvadıdır: “Gülər ilə təxminən 15 il əvvəl ailə həyatı qurmuşam, bu evlilikdən üç övladımız dünyaya gəlib. Arvadım Gülər, övladlarım – Samirə, Cəlal, Ceyhun, ögey oğlum Süleyman və onun arvadı Sahilə ilə birlikdə Sumqayıt şəhəri, Xəzər bağları yaşayış massivində yerləşən fərdi yaşayış evində kirayədə yaşamışıq. Fəhlə kimi işləyərək ailəmi dolandırmışam. Qazancım normal olmadığından, maddi çətinliklərim olduğundan evdə Gülər ilə bəzən ailədaxili mübahisələrimiz  olub”. 
Bəhlul qeyd edib ki, 29 yanvar 2022-ci ildə, təxminən saat 18 radələrində yaşadığı evdə olduğu zaman arvadı Gülər gəlini Sahilə ilə birlikdə Sumqayıt şəhəri, 8-ci mikrorayon ərazisində yaşayan Gülərin qardaşı Əlinin evinə xəstə olduğundan ona baş çəkməyə gediblər: “Təxminən saat 20 radələrində Gülərə zəng vurdum, harada olduqlarını soruşdum. Gülər isə Sahilə ilə birlikdə yaşadığımız evə gəlmək üçün çıxdıqlarını dedi. Mən Gülərə gələrək  onları evə gətirməyi təklif etsəm də, Gülər buna razı olmadı, özlərinin gələcəklərini dedi. Bir müddətdən sonra Gülər və Sahilə yaşadığımız evə gəldilər. Gülər evə gəldikdən sonra onunla mübahisə edərək nə üçün onu gətirməyimi  icazə vermədiyini dedim. Gülər isə mənimlə əsəbi halda danışaraq özlərinin gələ bildikləri üçün elə dediyini bildirdi. Gülərin rəftarı mənə pis təsir etdiyindən onunla mübahisə etməyə başladım. Həmin vaxt evdə qızım və oğlum olub, onlar da yatıblar. Bizim də səs-küyümüzə uşaqlar da oyandı, onlar yanıma gəldilər. Mübahisə zamanı əsəbiləşdiyimdən əlim ilə Gülərin sol gözünə vurdum. Həmin vaxt Gülər gözünü tutdu və sonuncunun gözündən qan axmağa başladı. Bundan sonra Sahilə tanımadığım taksi çağıraraq Güləri Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına apardı. Sonradan isə Gülərin qardaşı Əli onu Bakı şəhərində yerləşən Zərifə Əliyeva adına göz xəstəxanasına apardı, orada Gülər gözündən əməliyyat olundu. Sonradan bildim ki, Gülərin sol gözü görmə qabiliyyətini tamamilə itirib”.
Bu cinayət işinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Bəhlul 6 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib. 
Fariz Məlikli
Demokrat.az
Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:145
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 03 Dekabr 2024 13:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see243

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see215

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see201

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see184

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see175

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see157

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

101 yaşlı qadın sirrini açdı: Problemlər barədə düşünməmək

20 Yanvar 2026 10:31see149

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see141

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see136

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri