525 ci qəzet Azərbaycan Pakistan: qardaş münasibətləri daha da güclənir | Icma.az
525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Pərvanə SULTANOVA[email protected] Azərbaycanla Pakistan arasında xüsusi münasibətlər mövcuddur.
Xalqlarımız arasındakı tarixi bağlar illər keçdikcə daha da möhkəmlənərək dostluq, qardaşlıq münasibətlərinə çevrilib.
İki dövlət hər zaman bir-birinin yanındadır və ən vacib məsələlərdə qarşılıqlı dəstək göstərirlər.
Pakistan Azərbaycanın dövlət müstəqilliyini dərhal tanıyan ölkələrdən biridir.
1992-ci ildə diplomatik əlaqələr qurulmasından sonra Bakı-İslamabad əlaqələri yeni dinamika alaraq sürətlə inkişaf etməyə başladı.
Pakistan, həmçinin Azərbaycanda səfirliyini açan ilk ölkələrdən biridir.
Pakistanın Bakıda səfirliyi 12 mart 1993-cü ildə, Azərbaycanın İslamabadda səfirliyi 24 avqust 1997-ci ildə təsis edilib.
Tam oxu
Xəbəri oxu