Icma.az
close
up
RU
525 ci qəzet Azərbaycan Pakistan: qardaş münasibətləri daha da güclənir

525 ci qəzet Azərbaycan Pakistan: qardaş münasibətləri daha da güclənir

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Pərvanə SULTANOVA
[email protected]

Azərbaycanla Pakistan arasında xüsusi münasibətlər mövcuddur. Xalqlarımız arasındakı tarixi bağlar illər keçdikcə daha da möhkəmlənərək dostluq, qardaşlıq münasibətlərinə çevrilib. İki dövlət hər zaman bir-birinin yanındadır və ən vacib məsələlərdə qarşılıqlı dəstək göstərirlər.

Pakistan Azərbaycanın dövlət müstəqilliyini dərhal tanıyan ölkələrdən biridir. 1992-ci ildə diplomatik əlaqələr qurulmasından sonra Bakı-İslamabad əlaqələri yeni dinamika alaraq sürətlə inkişaf etməyə başladı. Pakistan, həmçinin Azərbaycanda səfirliyini açan ilk ölkələrdən biridir.

Pakistanın Bakıda səfirliyi 12 mart 1993-cü ildə, Azərbaycanın İslamabadda səfirliyi 24 avqust 1997-ci ildə təsis edilib.

Qardaş ölkədən danışarkən bir məqamı da xatırladaq ki, 1993-cü il aprelin 30-da Ermənistan - Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı BMT TŞ-nin 822 saylı qətnaməsinin qəbul edildiyi iclasa məhz Pakistanın sədrlik edirdi. Qardaş ölkənin nümayəndəsi bu məsələdə ədalətli davranaraq, Azərbaycanın haqq işinə dəstək verdi.

İki ölkə münasibətləri yüksək səviyyəli səfərlərlə daha da möhkəmləndi. 1995-ci ilin oktyabrında Pakistan Prezidenti Sərdar Faruk Əhməd Xan Leqari Azərbaycanda rəsmi səfərdə olub. Səfər yüksək səviyyədə keçib və iki ölkə arasında bir sıra sənədlər, o cümlədən, "Azərbaycan-Pakistan Birgə Komissiyasının yaradılması haqqında Protokol imzalanıb, "Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında Əməkdaşlıq haqqında Müqavilə" bağlanıb.

Bir il sonra - 1996-cı ilin aprelində isə Ulu öndər Heydər Əliyevin dost və qardaş ölkəyə rəsmi səfəri iki ölkə arasında əlaqələrin gələcək inkişafı üçün mühüm amil olub. Münasibətlərin inkişafına xüsusi təkan verən bu görüşdə 9 sənəd imzalanıb. Azərbaycan və Pakistan prezidentləri bir-brilərinə ən mühüm məsələlərdə dəstəklədiklərini bəyan ediblər.

Ulu öndər deyib ki, Pakistan dövləti Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü daim pisləyib. Ermənistanı bir təcavüzkar kimi ittiham edib. BMT-nin Təhlükəsizlik Şurasında bu məsələ müzakirə edilərkən Pakistanın nümayəndəsi Azərbaycana çox ədalətli münasibət göstərib və yardım edib.

Azərbaycan da öz növbəsində həmişə Pakistanın mövqeyini dəstəkləyib. Prezident İlham Əliyev Pakistanla əlaqələrin inkişafına xüsusi önəm verir. Dövlət başçısının 2005-ci il aprelin 12-13-də Pakistana rəsmi səfəri, eləcə də 2017-ci ilin 28 fevralında İqtisadi Əməkdaşlıq Təşkilatının 13-cü Zirvə toplantısında iştirak etmək üçün dost ölkəyə işgüzar səfəri ikitərəfli əlaqələrdə yeni səhifə açıb, əməkdaşlığın yeni inkişaf istiqamətlərini müəyyənləşdirib.

Pakistan İslam Respublikası Prezidentinin 2015-ci ildə Azərbaycana rəsmi, 2019-cu ildə işgüzar səfərləri və bu ölkənin Baş nazirinin 2016-cı və 2023-cü illərdə rəsmi səfərləri Bakı-İslamabad əlaqələrini daha da möhkəmləndirib, qarşılıqlı əməkdaşlığın müxtəlif sahələr üzrə inkişafına mühüm töhfə olub. 2015-ci il martın 11-14-də Pakistan Prezidenti Məmnun Hüseynin Azərbaycana rəsmi səfəri zamanı imzalanan "Azərbaycan Respublikası ilə Pakistan İslam Respublikası arasında strateji tərəfdaşlıq haqqında Birgə Bəyannamə" ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin inkişafına böyük təkan verib.

Prezident İlham Əliyevin ötən il iyulun 11-12-də Pakistana dövlət səfəri iki ölkə arasındakı strateji tərəfdaşlıq münasibətlərinin daha da gücləndirilməsi və bütün sahələr üzrə əməkdaşlığın hərtərəfli genişləndirilməsi baxımından tarixi önəm kəsb edib. Səfər zamanı Prezident İlham Əliyev Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif və Prezident Asif Əli Zərdari ilə ikitərəfli görüşlər keçirib. Həmçinin səfər çərçivəsində əməkdaşlığın müxtəlif sahələrini əhatə edən 15 sənədin mübadiləsi Azərbaycan və Pakistan arasında müqavilə-hüquq bazasını daha da genişləndirib.

Ötən il Bakıda təşkil olunan beynəlxalq iqlim sammiti - COP29 çərçivəsində Prezident İlham Əliyev və Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərif arasında keçirilən görüşdə ikitərəfli əlaqələrin inkişafı və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi müzakirə olunub. Hər iki tərəf qarşılıqlı səfərlərin intensivləşməsini və beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsini vurğulayıb. Həmçinin Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli əməkdaşlığının önəmi qeyd edilib.

Azərbaycanla Pakistan arasında  əlaqələr ən müxtəlif sahələrdə inkişaf edir, ölkələrimiz beynəlxalq təşkilatlar, o cümlədən BMT, İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və digər strukturlarda bir-birini dəstəkləməkdə davam edir. Ötən ilin sonunda Azərbaycan Pakistanın da üzv olduğu İqtisadi Əməkdaşlıq Təşkilatına (D-8) qoşuldu, bu da əməkdaşlıq dairəsini, iqtisadi inkişaf perspektivlərini daha da genişləndirmiş oldu.

Pakistan keçmiş Qarabağ münaqişəsi dövründə və 44 günlük Vətən müharibəsi zamanı da Azərbaycanın haqlı mövqeyini daim açıq şəkildə dəstəkləyib, Ermənistanın işğalçılıq siyasətini sərt tənqid edərək, Azərbaycanın ərazi bütövlüyünə dəstəyini hər zaman ifadə edib. Məhz bu prinsipial mövqeyə görə Pakistan Ermənistanla heç vaxt diplomatik münasibətlər qurmayıb və onunla iqtisadi-ticari əməkdaşlıqdan imtina edib.

Azərbaycanla Pakistan arasında hərbi sahədə də əməkdaşlıq strateji tərəfdaşlıq səviyyəsinə yüksəlib və daim inkişaf etməkdədir. İki ölkə arasında müxtəlif səviyyələrdə müdafiə sahəsində anlaşmalar imzalanıb, birgə hərbi təlimlər təşkil edilib və müdafiə sənayesi sahəsində əməkdaşlıq genişləndirilib.

Son illərdə Pakistanın istehsal etdiyi müasir döyüş texnikaları, xüsusilə aviasiya sahəsindəki yeniliklər Azərbaycanın diqqət mərkəzində olub. Bu əməkdaşlığın ən son və mühüm nailiyyətlərindən biri Azərbaycanın JF-17C çoxməqsədli döyüş təyyarələrini əldə etməsidir. 2024-cü il sentyabrın 25-də Prezident İlham Əliyevə yeni təyyarələrin təqdim edilməsi Azərbaycanın müdafiə qabiliyyətinin daha da möhkəmləndirilməsi istiqamətində atılmış mühüm addımlardan biri kimi qiymətləndirilməlidir. Bu, Azərbaycan-Pakistan hərbi əməkdaşlığının yeni mərhələyə keçdiyini və strateji tərəfdaşlığın daha da gücləndiyini göstərir.

Azərbaycan Pakistan əlaqələrindən danışanda, humanitar sahə də mütləq vurğulanmalıdır.  Azərbaycan Hökuməti Pakistanda fövqəladə halların yaratdığı fəlakətlərin nəticələrinin aradan qaldırılması məqsədilə bu ölkəyə indiyədək 9 milyon ABŞ dollarından çox yardım edib. Bu sahədə Heydər Əliyev Fondu da böyük rol oynayır. Heydər Əliyev Fondu tərəfindən Pakistanda bir çox sosialyönümlü humanitar layihələr həyata keçirilib, xeyriyyə tədbirləri təşkil edilib. 2008-ci ildə Fond tərəfindən Pakistanda zəlzələdən zərər çəkmiş qızlar üçün orta məktəb tikilib, digər çox vacib layihələr həyata keçirilib.

Heç şübhəsiz ki, Pakistanın Baş naziri Məhəmməd Şahbaz Şərifin Azərbaycana rəsmi səfəri iki ölkənin münasibətlərinin daha da irəli aparılmasında əhəmiyyətli rol oynayacaq.

Milli Məclisin deputatı, Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupun üzvü Arzu Nağıyev mövzu ilə bağlı "525"ə deyib ki, Azərbaycanla Pakistan arasında öz qloballığı və regional məsələlərin oxşarlığı ilə xarakterizə edilən ciddi əlaqələr mövcuddur. Pakistan 1991-ci ildə Azərbaycanın dövlət müstəqilliyini Türkiyə və Rumıniyadan sonra tanıyan üçüncü ölkədir.

Deputat bildirib ki, Azərbaycanla Ermənistan arasında mövcud münaqişəyə görə və ondan sonrakı dövrdə Pakistan Ermənistana diplomatik əlaqə qurmayıb. Bu günə qədər də Pakistanın Ermənistanda səfrliyi, eyni zamanda Ermənistanın da Pakistanda səfirliyi yoxdur: "Beynəlxalq səviyyədə hət zaman bir-birimizi daim dəstəkləmişik. Ulu öndər Heydər Əliyev 1996-cı ildə Pakistanda rəsmi səfərdə oldu, o vaxt 9 sənəd imzalandı. Azərbaycan və Pakistan prezidentləri Qarabağ və Kəşmir problemində bir-birlərini dəstəklədiklərini bəyan etdilər. Bu gün bütün sahələrdə - iqtisadi, siyasi, mədəni, hərbi və digər sahələrdə əlaqələrimiz mövcuddur. Cənab Prezident, Ali Baş Komandan İlham Əliyevin apardığı müstəqil  daxili və xarici siyasət nəticəsində bir tərəfdaş dövlət də Pakistandır.

Qeyd etmək istərdim ki, Azərbaycan Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrup da fəaliyyət göstərir. Hərbi sahədə də əməkdaşlığımız uğurla davam edir. Tərəflər Azərbaycanla Pakistan arasında hərbi, hərbi-texniki, hərbi təhsil sahələrində əlaqələrin daha da genişləndirilməsi məsələsini daim müzakirə ediblər və bu istiqamətdə də ciddi addımlar atılır. Şəxsi heyət mübadiləsi, hərbi təlimlər, məlumat mübadiləsi, tərəflərin yeni sahələri müəyyən edə bilən inkişaf perspektivi və s. bütün bunlar hamısı nəzərə alınıb və qeyd etmək istərdim ki, ən mühüm müqavilələrimizdən də biri Hərbi Hava Qüvvələri istiqamətindədir. Super müasir təyyarələrin alınmasını vurğulamaq istərdim. Bu, həm təlim təyyarələridir, həm döyüş təyyarələridir. Yəni Azərbaycan Hərbi Hava qüvvələri ilə Pakistan Aeronavtika Kompleksi arasında deyərdim ki, Pakistan tarixində ən böyük müqavilə imzalanıb. Bu, son modifikasiya olan təyyarələrin alınmasıdır".

Deputat deyib ki, 44 günlük müharibədə də Pakistan Azərbaycanın əraz bütövlüyünü daim dəstəklədi, eyni zamanda mənəvi dəstəyini göstərdi: "Bir sözlə, bu proses daim davam edir, Pakistanın Baş nazirinin də Azərbaycana gəlişi, eyni zamanda cənab Prezidentlə yüksək səviyyəli görüşləri bir daha ondan xəbər verir ki, Pakistan Azərbaycanın ən mühüm, ən ciddi tərəfdaşlarından biridir".

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:61
embedMənbə:https://525.az
archiveBu xəbər 25 Fevral 2025 11:45 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

66 yaşlı ingilisin əməli cəzasız qalmayıb...

18 İyul 2025 21:37see192

Putin Zelenskini görüşə çağırır, Ukrayna lideri isə “yox”deyir PƏRDƏARXASI MƏQAMLAR KONKRET

18 İyul 2025 15:15see119

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see118

Orban: Ukrayna münaqişəsinin həlli üçün Putin və Tramp arasında görüşün keçirilməsi zəruridir

18 İyul 2025 02:19see116

Dünyanın ən məşhur qadın futbolçusuna şəxsi mühafizə verildi

18 İyul 2025 18:55see111

İpotekaya yararlı, hazır mənzil axtaranlara şad xəbər FOTOLAR

18 İyul 2025 08:56see111

Demensiya onu məhv etdi... Artıq məşhur aktyor olduğunu belə xatırlamır

18 İyul 2025 18:54see111

İsti suyun yüksək təzyiqi tez bir zamanda necə azaldır?

19 İyul 2025 10:57see110

Əlixan Rəcəbovdan xanımı ilə paylaşım

18 İyul 2025 12:46see110

Merz Netanyahuya xəbərdarlıq edir...

18 İyul 2025 18:57see110

Ersin Tatar: Prezident İlham Əliyev hər zaman bizə sahib çıxıb

18 İyul 2025 05:55see110

150 illik müharibə TƏHLİL

18 İyul 2025 15:57see110

Zəngəzur dəhlizi layihəsinin icrası ilyarım ləngiyə bilər

18 İyul 2025 19:31see110

Ərəblərdən “Real”a 350 milyon, futbolçuya 1 milyard

18 İyul 2025 12:25see109

Mourinyo bu komandanı çalışdıra bilər

19 İyul 2025 08:26see109

Rusiyanın Qərbə qarşı müharibəyə başlaması üçün... Orban

18 İyul 2025 01:00see109

Enerji içkiləri canlandırır, lakin nəticəsiz deyil...

19 İyul 2025 20:05see109

Zelenski: Fransa Ukrayna üçün əlavə “Mirage” pilotları hazırlamağa hazırdır KONKRET

18 İyul 2025 19:20see109

Orban: Macarıstan Aİ dən çıxa bilər

18 İyul 2025 08:53see108

Türkiyə bu halda hərbi gücə baş vuracaq Ankaranın 7 maddəlik Suriya strategiyası məlum oldu

18 İyul 2025 15:18see108
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri