525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Məlum olduğu kimi, bu günlərdə Prezident İlham Əliyev Bakı şəhərində nəqliyyat problemlərinin olduğunu, yeni layihələrin vacibliyini, tıxacların qarşısının alınması məqsədilə metropolitenin inkişaf etdiriləcəyini və bu ildən etibarən 10 yeni metro stansiyanın tikiləcəyini bildirib.
Dövlət başçısı yeni stansiyaların yerlərinin də artıq seçildiyini və bu ildən etibarən tikintiyə maliyyə ayrılacağını deyib.
Artıq Bakıda 2030-cu ilədək inşası nəzərdə tutulan 10 yeni metro stansiyanın yerləşəcəyi həmin ərazilər açıqlanıb.
Yeni çəkiləcək metro xətlərinin Sahil, Xətai, "Xocəsən - Ağ şəhər - Babək prospektinin kəsişməsində, eləcə də "Port Baku" istiqamətində yerləşəcəyi nəzərdə tutulub.
Bu 10 stansiya bənövşəyi xətdən Ağ Şəhərə, yaşıl xətdən isə "Həzi Aslanov" stansiyasına kimi uzadılacaq.
"B4" hazırda tikilməkdə olan stansiyadır. Heydər Əliyev İdman Kompleksinin arxasında yerləşir.
"B5" stansiyası təxminən Xarici İşlər Nazirliyinin, "B6" stansiyasi isə "Hökumət evi"nin arxasında planlanır.