Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Pərvanə SULTANOVA[email protected] Məlum olduğu kimi, Vaşinqtonda ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq sazişi imzalanıb.
Sənədi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla ABŞ dövlət katibi Entoni Blinken imzalayıblar.
Mərasim Dövlət Departamentinin "YouTube" kanalında yayımlanıb.
Blinken deyib ki, Birləşmiş Ştatlar gələn ay sərhəd təhlükəsizliyi ilə bağlı birgə iş aparmaq üçün ABŞ-dan Ermənistana xüsusi sərhəd mühafizə qrupu göndərəcək və bu istiqamətdə müvafiq işlər gücləndiriləcək.
Açıq şəkildə görünən odur ki, bir neçə gündən sonra Ağ Evi tərk edəcək Prezident Co Bayden və onun səlahiyyət müddəti başa çatmaqda olan administrasiyası son anda belə Azərbaycan-Ermənistan sülh prosesinin inkişafında, eyni zamanda Cənubi Qafqazda sabitlikdə maraqlı olmadığını bir daha göstərdi və prosesə əngəl törətmək üçün son addımlarını atdı.
Elə Ağ Evin tələsik sülh sazişinin imzalanmasında göstərdiyi cəhdləri də bununla bağlı idi.
Azərbaycan-Ermənistan sülh sazişi layihəsində razılaşdırılmayan bəndlərdən biri məhz üçüncü qüvvənin sərhəddə mövcud olmaması ilə bağlıdır.