Icma.az
close
up
RU
525 ci qəzet Baydenin gedər ayaqda Cənubi Qafqazı alovlandırmaq cəhdi

525 ci qəzet Baydenin gedər ayaqda Cənubi Qafqazı alovlandırmaq cəhdi

Icma.az, 525.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Pərvanə SULTANOVA
[email protected]

Məlum olduğu kimi, Vaşinqtonda ABŞ və Ermənistan arasında strateji tərəfdaşlıq sazişi imzalanıb. Sənədi Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanla ABŞ dövlət katibi Entoni Blinken imzalayıblar. Mərasim Dövlət Departamentinin "YouTube" kanalında yayımlanıb. Blinken deyib ki, Birləşmiş Ştatlar gələn ay sərhəd təhlükəsizliyi ilə bağlı birgə iş aparmaq üçün ABŞ-dan Ermənistana xüsusi sərhəd mühafizə qrupu göndərəcək və bu istiqamətdə müvafiq işlər gücləndiriləcək.

Açıq şəkildə görünən odur ki, bir neçə gündən sonra Ağ Evi tərk edəcək Prezident Co Bayden və onun səlahiyyət müddəti başa çatmaqda olan administrasiyası son anda belə Azərbaycan-Ermənistan sülh prosesinin inkişafında, eyni zamanda Cənubi Qafqazda sabitlikdə maraqlı olmadığını bir daha göstərdi və prosesə əngəl törətmək üçün son addımlarını atdı. Elə Ağ Evin tələsik sülh sazişinin imzalanmasında göstərdiyi cəhdləri də bununla bağlı idi.

Azərbaycan-Ermənistan sülh sazişi layihəsində razılaşdırılmayan bəndlərdən biri məhz üçüncü qüvvənin sərhəddə mövcud olmaması ilə bağlıdır. Ermənistan Avropa İttifaqı missiyasını, Kanadanı regiona gətirib. İndi ABŞ qüvvələrini gətirmək niyyəti isə onun sülh sazişi imzalamaqda maraqlı olmadığını göstərir. Eyni zamanda, Ermənistan ərazisində Rusiyanın da hərbi qüvvəsi var ki, bu da təbii ki, ziddiyyətli qüvvələrin üz-üzə qoyulması, bununla da gərginliyin yaranması ehtimalını istisna etmir.

Ermənistan parlamenti aparatı rəhbərinin keçmiş müavini, hüquqşünas Arsen Babayan da  hökumətin dövlət səviyyəsində antirusiya ritorikasını davam etdirdiyini deyib. Onun sözlərinə görə, bunun Ermənistanın maraqlarına nə dərəcədə uyğun olduğuna dair başqa ölkələrdən çoxlu nümunə var: “Hakimiyyət hələ də Ermənistanın maraqlarını başqalarının maraqlarından üstün tuta bilmir”.

Paşinyan hökumətini yaltaqlıqda ittiham edən erməni ekspert deyib ki, hökumət heç vaxt başa düşmədi ki, Ermənistanın maraqları balanslaşdırılmış xarici əlaqələri nəzərdə tutur. Burada balansın yeganə oxu isə yalnız ermənilər və bizim maraqlarımız olmalıdır.

İndi bir sual açıq qalır. Səlahiyyət müddəti başa çatmaqda olan administrasiya ilə imzalanan bu sənədin ABŞ-ın yanvarın 20-də vəzifəsinə başlayacaq yeni prezidenti Donald Tramp dövründə aqibəti necə olacaq? Eyni sual erməni ekspertlər tərəfindən də səsləndirilir. Məsələn, erməni politoloq Suren Sarkisyan deyib ki, strateji tərəfdaşlıq ABŞ-İsrail və ya ABŞ-Böyük Britaniya münasibətləri kimi strateji müttəfiqlik demək deyil: “Eyni zamanda, Bayden administrasiyası ilə imzalanmış bu sənədi gələcək Tramp administrasiyası ilə həyata keçirmək mümkün olacaqmı? Bu, daha çətin olacaq və yalnız bizim işimizdən asılıdır".

Politoloq Azat Adamyan isə deyib ki, Ermənistan rəsmiləri heç bir səlahiyyəti və öhdəliyi olmayan Bayden administrasiyası ilə strateji tərəfdaşlıq haqqında müqavilə imzalayıblar, o, bunu hətta kapitulyasiya da adlandırıb.

İstənilər halda, Tramp fərqli proqram, gündəliklə öz vəzifəsinin icrasına başlayacaq və onun Cənubi Qafqaza yanaşması da fəqli olacaq.

Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov mövzu ilə bağlı “525”ə deyib ki, Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və ABŞ-nin dövlət katibi Entoni Blinken İrəvan və Vaşinqton arasında strateji tərəfdaşlığın başlanğıcını göstərən xartiya imzalayıblar. Strateji əməkdaşlıq üzrə komissiyanın yaradılması elan edilib, komissiya müdafiə və təhlükəsizlik, iqtisadiyyat, demokratiya, ədliyyə, inklüzivlik və s. sahələri əhatə edəcək. Onun sözlərinə görə, vəziyyətin unikallığı ondan ibarətdir ki, bu sənəd seçkidə uduzan və səlahiyyət müddətinin bitməsinə günlər qalmış Demokrat Partiyasının administrasiyası ilə imzalanıb: “Həm də ABŞ-nin ikitərəfli razılaşmaya əsasən Rusiyanın müttəfiqi olaraq qalan (Eribunidəki hərbi hava qüvvələri bazası, Gümrüdəki 102-ci bazası, sərhəd qoşunları, Metsamor atom elektrik stansiyası, dəmir yolları və s.), həmçinin KTMT və Avrasiya İqtisadi İttifaqının üzvü olan ölkə ilə strateji tərəfdaşlıq qurmasının gözlənilməsi də təəccüblüdür. Aydındır ki, sənədin adında göstərilən strateji tərəfdaşlıq onun məzmunu ilə o qədər də uyğun gəlmir. Bununla belə, Paşinyan hökuməti üçün bu xartiya KTMT-dən rəsmi çıxma halında bir növ sığorta siyasəti kimi görünür. Hökumətin elan etdiyi və parlamentin təsdiqlədiyi Avropaya inteqrasiya kursu sənədi Ermənistanın Aİİ-dən çıxması halında cəzadan sığortalanmalıdır. Bu sənədlər Azərbaycan, eləcə də Türkiyə ilə dövlətlərarası münasibətlərin normallaşdırılması ilə birlikdə siyasi dairələrdə getdikcə daha çox müzakirə olunan növbədənkənar parlament seçkilərində Nikol Paşinyanın “əsl Ermənistan”ın prioritetliyi kursu üçün siyasi-ideoloji platforma kimi təqdim oluna bilər”.

Deputat əlavə edib ki, Paşinyan artıq hökumətin təhlükəsizlik blokunda dəyişikliklər edib: “Ermənistanın Rusiyadan üz döndərməsi getdikcə daha da sürətlənir və Kremldə qıcıq yaradır ki, bu, Ermənistanın xarici işlər naziri Artur Mirzoyanın Moskvaya aydınlıq gətirmək üçün dəvət edildiyini açıqlayan Rusiyanın xarici işlər naziri Sergey Lavrovun şərhində aydın görünürdü”.

Politoloq Zaur Məmmədov hesab edir ki, bu addım siyasi, iqtisadi və təhlükəsizlik sahəsində qarşılıqlı əlaqələrin inkişafına, habelə aktual beynəlxalq və regional problemlərin həllinə yönəlmiş əməkdaşlığın yeni mərhələsini ehtiva edir. Azərbaycan üçün bu sazişin hərbi elementləri daha çox maraq kəsb edir: “Bu saziş Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına birbaşa zərbədir. Əgər Blinken doğrudan da Qafqazda sülh istəsəydi, Bakı və İrəvan arasında sənədin imzalanmasını gözləyirdi, daha sonra haylarla nə istəsələr, edərdilər. Yeri gəlmişkən, Bayden administrasiyası ötən ilin sonuna qədər yarımçıq sülh müqaviləsinin imzalanmasını israrla istəyirdi. Niyəsi də məlumdur. Sənədlə bağlı ABŞ və Ermənistan dialoqu nəticəsində iki dövlətin siyasi elitaları arasında son illərdə əldə edilən razılıqların davamı olaraq, Ermənistan silahlı qüvvələrinin təlimlərinin və hərbi texniki imkanlarının artırılmasına yardım da Vaşinqtonun üzərinə götürdüyü funksiyalardan biridir. Eyni zamanda, Ermənistanda güc strukturlarına ABŞ tərəfindən təlimlərin keçirilməsi də ciddi məsələdir. Belə tərəfdaşlıq hərbi və iqtisadi islahatlarda ABŞ-dan maliyyə yardımı almağı nəzərdə tutsa da, mümkün hər hansı münaqişəyə Amerika ordusunun birbaşa müdaxiləsi demək olmasa da, Ermənistanın dünyanın iqtisadi, siyasi və hərbi imkanlarına görə nəhəng dövləti ABŞ ilə strateji tərəfdaşlıq haqqında sənədi imzalamasının siyasi - mənəvi statusu əhəmiyyətlidir. Beləcə, hələ 1919-cu ildə ABŞ üçün xüsusi maraq kəsb etməyə başlayan Qərbi Zəngəzur torpaqlarının təhlükəsizliyinin qorunması, oradakı kommunikasiya - nəqliyyat xətlərinin gələcək aqibəti Vaşinqtonun birbaşa çətiri altına keçə bilər. Ümumiyyətlə isə, Ermənistan və PKK, YPG, PYD arasında əlaqələrin möhkəmləndirilməsi, sərhədlərdə ABŞ və NATO hərbçilərinin yerləşdirilməsi, kibertəhlükəsizlik, sputnik və kəşfiyyat texnologiyaları ilə haylara yardım və s. kimi hallar Türkiyə və Azərbaycan da daxil olmaqla, bütün region dövlətləri üçün təhdiddir”.

Ekspert sazişi Rusiya və İran üçün ciddi çağırış adlandırıb. Bunun fonunda Azərbaycanı dəfələrlə təhdid edən İranın mövqeyinin maraqlı olacağını deyib: “Sözsüz, əgər bu reaksiya sərt olmasa, sərhədlərlə bağlı ölkəmizə qarşı sərt ritorikadan istifadə edən Tehran Zəngəzurda ABŞ hərbçilərinin İran sərhədçiləri ilə üz-üzə durmasına ən sərt üsullarla cavab verməsə, Azərbaycan ictimaiyyətində ciddi gülüş obyektinə çevriləcək. Öz növbəsində, əminəm ki, qonşuların dişsizliyi, ABŞ və Ermənistanın isə çevik davranışları fonunda, Azərbaycan regional sabitlik və ilk növbədə dövlət təhlükəsizliyinin qorunması üçün Zəngəzur mövzusunu özü həll edəcək. Bu, ABŞ və Rusiya ilə dialoqdan tutmuş, digər resursların işə salınmasına qədər bütün versiyaların nəzərdən keçirilməsi ilə nəticələnə bilər. Top Trampdadır. Görək, buradakı məsələlərə onun reaksiyası necə olacaq”.

Politoloq mümkün riskləri də açıqlayıb: “Ermənistan arxasında Qərbin monitorinq missiyasının olmasından və ABŞ ilə məlum sazişdən istifadə edərək şərti sərhədlərdə təxribat törədərək Azərbaycandan revanş almaq üçün hərəkətə keçə bilər.

İkincisi, mümkün müharibədə Ermənistana hərbi-texniki dəstək, maliyyə yardımı edilə bilər. Eyni zamanda, digər bütün yardımlar.

Üçüncü, ABŞ hətta, Tramp dövründə olmasa belə, gələcəkdə erməni diasporasının təsiri və öz milli maraqlarını əsas gətirərək Cənubi Qafqazda Ermənistanın genişləndirilməsi üçün bütün variantlara əl ata bilər.

Bütün bunların baş verməməsi üçün Ermənistan dövləti başını qaldırmamış payını almalıdır. Hər bir halda, baş verənlər bütün Cənubi Qafqaz üçün risk və imkanlar yaradır. Risklərin bizim üçün yeni imkanlara çevrilməsi həllini tapmalı olan birinci dərəcəli məsələ olacaq”.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:138
embedMənbə:https://525.az
archiveBu xəbər 16 Yanvar 2025 12:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see281

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see242

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see234

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see207

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see189

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see182

Toyuq əti və yumurta bahalaşacaq SƏBƏB BUDUR KONKRET

22 Oktyabr 2025 12:02see173

3 boksçumuz da qalib oldu

22 Oktyabr 2025 10:54see173

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see171

Dabaq xəstəliyi xaricdən gətirilən ət məhsullarına tələbatı artırdı (VİDEO)

21 Oktyabr 2025 23:40see164

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see163

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see154

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see153

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see153

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see153

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see142

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see134

Atletiko ya can verməyən Qarabağ Atletik in də öhdəsindən gələ bilər

21 Oktyabr 2025 17:36see133

Suriya universitetlərində Türk dili və Ədəbiyyatı bölümü YARADILIB

22 Oktyabr 2025 16:35see126

Daha 8 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

21 Oktyabr 2025 17:38see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri