Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı və Pekin arasındakı münasibətlər təxminən 8-9 ildir ki, artan xətt üzrə inkişaf etməkdədir.
Cənab Prezident İlham Əliyevin Pekinə səfərə, orda “Bir kəmər, bir yol” layihəsi ilə bağlı Çinin qərar verməsi, bundan sonrakı hadisələri də çox yaxşı xatırlayırıq.
Bu barədə 525.az-a politoloq Zaur Məmmədov Prezident İlham Əliyev Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsini şərh edərkən deyib.
O bildirib ki, Çin Cənubi Qafqazdakı proseslərlə bağlı daim çalışıb ki, balanslı siyasət yürütsün.
Bu gün biz Çinin Cənubi Qafqazda həm Gürcüstana, həm Ermənistana, həm də Azərbaycana artan marağına şahidlik etməkdəyik: “Amma əlbəttə bəlli məsələdir ki, Çinin “Bir kəmər, bir yol” layihəsi, eyni zamanda Avropaya alternativ olaraq orta xətlə çıxışı məhz birbaşa olaraq Azərbaycandan və Azərbaycanın mövqeyindən asılıdır.
Bunun üçün bizim ölkəmiz artıq infrastruktur tədbirlərini bir neçə ildir həyata keçirməkdədir.
Ələt Beynəlxalq Limanının inşa edilməsi, Bakı yaxınlığında gələcəkdə yük təyyarələri üçün nəzərdə tutulan ikinci hava limanının inşası, başqa digər infrastruktur layihələri də onu göstərir ki, bu yolun artıq tam işlək vəziyyətə düşməsi, reallaşması üçün bu və ya digər şəkildə orta xətdəki ölkələrin təşəbbüsləri lazımdır”.