Icma.az
close
up
RU
Menu

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

Faciənin 36 cı ildönümü...

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

İran rejimi legitimliyini itirir ŞƏRH

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

İsrailə yeni qırıcılar verildi

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

525 ci qəzet Çinlə münasibətlərin inkişafı Azərbaycanın marağındadır Politoloq

525 ci qəzet Çinlə münasibətlərin inkişafı Azərbaycanın marağındadır Politoloq

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı və Pekin arasındakı münasibətlər təxminən 8-9 ildir ki, artan xətt üzrə inkişaf etməkdədir. Cənab Prezident İlham Əliyevin Pekinə səfərə, orda “Bir kəmər, bir yol” layihəsi ilə bağlı Çinin qərar verməsi, bundan sonrakı hadisələri də çox yaxşı xatırlayırıq.

Bu barədə 525.az-a politoloq Zaur Məmmədov Prezident İlham Əliyev Çinin CGTN (China Global Television Network) telekanalına müsahibəsini şərh edərkən deyib.

O bildirib ki, Çin Cənubi Qafqazdakı proseslərlə bağlı daim çalışıb ki, balanslı siyasət yürütsün. Bu gün biz Çinin Cənubi Qafqazda həm Gürcüstana, həm Ermənistana, həm də Azərbaycana artan marağına şahidlik etməkdəyik:

“Amma əlbəttə bəlli məsələdir ki, Çinin “Bir kəmər, bir yol” layihəsi, eyni zamanda Avropaya alternativ olaraq orta xətlə çıxışı məhz birbaşa olaraq Azərbaycandan və Azərbaycanın mövqeyindən asılıdır. Bunun üçün bizim ölkəmiz artıq infrastruktur tədbirlərini bir neçə ildir həyata keçirməkdədir. Ələt Beynəlxalq Limanının inşa edilməsi, Bakı yaxınlığında gələcəkdə yük təyyarələri üçün nəzərdə tutulan ikinci hava limanının inşası, başqa digər infrastruktur layihələri də onu göstərir ki, bu yolun artıq tam işlək vəziyyətə düşməsi, reallaşması üçün bu və ya digər şəkildə orta xətdəki ölkələrin təşəbbüsləri lazımdır”.

Z.Məmmədov əlavə edib ki, siyasi məsələlərə gəldikdə, Çin BMT Təhlükəsizlik Şurasının beş daimi üzv ölkəsindən biridir:

“Biz bilirik ki, Azərbaycan bir çox çağırışlarla həm də son beş ildə BMT TŞ-da  üzləşib. Ona görə də Çinin də burda bu və ya digər məsələlərə yanaşması, mövqeyi olduqca maraqlıdır. Bu kontekstdə Çinlə münasibətlərin inkişafı Azərbaycanın əlbəttə ki, marağındadır. Amma siyasi məsələlərlə yanaşı, burada iqtisadi dividentlər də kifayət qədər ciddidir. Çin şirkətlərinin Azərbaycana gəlməsi iki ölkə arasında qarşılıqlı olaraq ticarət dövriyyəsinin artırılması və s. kimi məsələlər bu gün də müzakirə predmetidir”.

Politoloqun sözlərinə görə, Azərbaycanın ticarət dövriyyəsinə nəzər salasaq, burada Çin artıq xüsusi paya malikdir. Eyni zamanda, Azərbaycanın Çin vətəndaşları üçün viza rejimini ləğv etməsi də Bakının Pekinə olan bir jestidir:

“Məlumdur ki, Azərbaycan viza ilə bağlı heç də tez-tez bu kimi qərarlar vermir. Amma bunun məhz Çinə şamil edilməsi özü-özlüyündə ölkəmiz tərəfindən gələcəyə düşünülmüş bir addımdır və gözlədiyimiz odur ki, Çin tərəfi də yaxşı olardı ki, Azərbaycan vətəndaşları ilə bağlı eyni prinsipdən çıxış etsin”.

Z.Məmmədov deyib ki, Çin telekanalının ümumilikdə Azərbaycan Prezidentinə diqqəti və hər dəfə müxtəlif beynəlxalq təşkilatlar, tədbirlər çərşivəsində müsahibə almasını xüsusi olaraq qeyd edə bilərik: “Çünki Çinin dövlət televiziyasında gedən xarici liderlərin müsahibələrinə diqqət yetirsək, heç də bir çox lideri görmürük. Amma Azərbaycan Prezidenti artıq bir neçə dəfədir ki, Çinin dövlət televiziyasına, eyni zamanda dövlət agentliyinə müsahibə verir. Bunu da Cənubi Qafqaza, ölkəmizə olan marağın Çin tərəfindən göstəricisi kimi qəbul etmək olar”.

Politoloq Çinlə ABŞ arasında münasibətlərə dair də Bakının baxışın şərh edib. Onun sözlərinə görə, Azərbaycan bütün ölkələr arasında ziddiyətlərin diplomatik yolla həll edilməsinin tərəfdarıdır. Bunun üçün həmişə əlindən gələni edib:

“Biz artıq bir neçə dəfə bir-birinə qarşı olan müxtəlif dövlətlərin dialoquna ev sahibliyi də etmişik. Bu kontekstdə Çin-ABŞ münasibətləri bütün regionlar, qitələr üçün çox vacibdir, çünki qlobal dünyada Pekin və Vaşinqton doğurdan da bir-birinə qarşı iqtisadi, siyasi və hərbi güc nümayiş etdirmək qabiliyyətindədirlər. İndi hakimiyyətə artıq Trampın gəlməsi Çin-ABŞ münasibətləri üçün həm yeni çağırışlar, həm də yeni suallar yaradır. Gözlənilən də odur ki, Amerika Prezidenti Ukrayna və Yaxın Şəqrdə məsələni həll etdikdən sonra  Çinlə bağlı çox kordinal qərarlar verə bilər.

Buna görə də Çin də əlbəttə ki, ABŞ liderinin bu və ya digər regionlarda apardığı siyasəti yaxından izləyir. ABŞ Rusiya, ABŞ-Çin münasibətləri dünyanın hər bir yerinə təsir etməsi baxımından aktual mahiyyət daşıyır, bu kontekstdə dünya liderlərinin də bu və ya digər ziddiyyətlərdə tutduqları mövqe olduqca vacibdir və hər iki ölkə tərəfindən yaxından izlənilir”.

Pərvanə Sultanova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:125
embedMənbə:https://525.az
archiveBu xəbər 13 Fevral 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see305

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see218

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see194

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see187

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see180

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see175

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see173

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see166

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see162

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see158

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see157

Azərbaycana Suriyadan kiloqramı 1 manat 7 qəpiyə 1 266 ton kartof idxal olunub

18 Yanvar 2026 20:12see156

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see156

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see154

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see153

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see150

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see146

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see145

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see142

Azərbaycanlı aparıcı özündən gözəl QIZI İLƏ VİDEO

18 Yanvar 2026 17:34see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri