525 ci qəzet Niyə üzgüçülük ilə məşğul olmalıyıq? | Icma.az
525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir. Azərbaycan xalqı coğrafi və tarixi baxımdan quru xalqıdır.
Dəniz və ya okeandan uzaqlığımız düşüncə formamızda, ətraf aləmi necə dərk etməyimizdə özünü göstərir.
Məsələn, çinlilərdə olduğu kimi, bizim dastan və miflərimizdə su əjdahasına rast gəlinmir.
Dastanlarımızda bəhs olunan axar suyun qarşısını kəsən əjdaha quru canlısıdır.
Sudan uzaqlığımız özünü böyük coğrafi kəşflərdən kənarda qalmağımızda, eləcə də gəmi donanmamızın Avropa xalqlarına nəzərən olduqca gec yaranmasında da təsirli olmuşdur.
Sosial tərəfdən baxdıqda isə üzgüçülüyün Azərbaycanda cüdo, güləş, futbol kimi idman növləri ilə müqayisədə daha az populyar olduğu görünür.
Bu səbəbdən də Azərbaycan idmançılarının su idman növlərində nəticələri ürəkaçan deyil.
Üzgüçülük bütün dünyada populyarlığına görə seçilən idman növü olmaqla yanaşı, faydalılığna görə də bir çox idman növündən fərqlənir.
Tam oxu
Xəbəri oxu