Icma.az
close
up
RU
525 ci qəzet Niyə üzgüçülük ilə məşğul olmalıyıq?

525 ci qəzet Niyə üzgüçülük ilə məşğul olmalıyıq?

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Azərbaycan xalqı coğrafi və tarixi baxımdan quru xalqıdır. Dəniz və ya okeandan uzaqlığımız düşüncə formamızda, ətraf aləmi necə dərk etməyimizdə özünü göstərir. Məsələn, çinlilərdə olduğu kimi, bizim dastan və miflərimizdə su əjdahasına rast gəlinmir. Dastanlarımızda bəhs olunan axar suyun qarşısını kəsən əjdaha quru canlısıdır. Sudan uzaqlığımız özünü böyük coğrafi kəşflərdən kənarda qalmağımızda, eləcə də gəmi donanmamızın Avropa xalqlarına nəzərən olduqca gec yaranmasında da təsirli olmuşdur. Sosial tərəfdən baxdıqda isə üzgüçülüyün Azərbaycanda cüdo, güləş, futbol kimi idman növləri ilə müqayisədə daha az populyar olduğu görünür. Bu səbəbdən də Azərbaycan idmançılarının su idman növlərində nəticələri ürəkaçan deyil.

Üzgüçülük bütün dünyada populyarlığına görə seçilən idman növü olmaqla yanaşı, faydalılığna görə də bir çox idman növündən fərqlənir.

Üzgüçülük əhalinin az qala bütün qruplarına xitab edir. Yaşlılar, fiziki problemləri olan fərdlər, riskli hamiləlik vəziyyəti istisna olmaqla hətta hamilə qadınlar belə üzgüçülük ilə məşğul ola bilərlər. Vurğulamaq lazımdır ki, əksər idman növlərindən fərqli olaraq üzgüçülükdə ciddi zədələnmək ehtimalı çox azdır.

Üzgüçülüyün sağlamlığa faydaları çoxdur. Üzgüçülük qan-damar sistemini gücləndirir, əzələləri möhkəmləndirir, bədənin elastikliyini artırır və bədəndə stress səviyyəsini aşağı salır. Daimi formada üzgüçülük ilə məşğul olduqda insanlarda yuxu rejiminin yaxşılaşması və yüksək əhval-ruhiyyənin uzun müddət davam etməsi müşahidə olunur. Bununla yanaşı, bütün əsas əzələ qruplarının işlədildiyi üzgüçülük fəaliyyəti sağlam formada arıqlamağa və qazanılmış bədən formasını saxlamağa kömək edir.

Müasir dövrdə üzgüçülük bəzi fiziki və psixoloji travmaların müalicəsində effektiv müalicə üsulu kimi istifadə olunur. Üzgüçülük, xüsusilə hidroterapiya, zədələnmiş əzələlərin və oynaqların sağalması üçün mükəmməl bir vasitədir. Suyun yüngülləşdirici xüsusiyyəti hərəkət zamanı təzyiqi azaldır və ağrısız reabilitasiyanı təmin edir. İsti suda üzmək qan dövranını yaxşılaşdıraraq oynaq ağrılarını azaldır və hərəkət qabiliyyətini artırır. Skolioz və digər onurğa deformasiya problemlərinin müalicəsində üzgüçülük əzələ balansını bərpa edir və duruşu düzəldir.

Üzgüçülük fəaliyyətinin bədən quruluşuna və yuxu rejiminə müsbət təsiri davam etdikcə onun sosial və psixoloji faydaları da üzə çıxır. Belə ki, məşqdən sonra bədəndə yaranan rahatlıq hissi psixoloji vəziyyətin yaxşılaşmasına, insanların xoşbəxt hiss etməsinə səbəb olur. Üzgüçülük qamətin düzəlməsinə, ağciyərlərin hava tutumunun artmasına və hətta diksiyanın yaxşılaşmasına kömək edir. Yuxarıda sadalanan bütün faktorlar insanın özünəinamını artırır və əzmkar xarakter formalaşdırır.

Üzgüçülük sadəcə idman deyil, həm də bədənimizi və ruhumuzu gücləndirən bir həyat tərzidir. Hər yaşda və vəziyyətdə olan insanın bu fəaliyyətdən faydalana biləcəyi məlumdur. Üzgüçülüyü həyatımıza daxil etmək bizə daha sağlam və xoşbəxt bir həyatın qapılarını açacaq.

Sabir ETİBARLI
 

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:116
embedMənbə:https://525.az
archiveBu xəbər 11 Fevral 2025 21:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see316

Changan Auto dan avtomobil alan vətəndaş səkkiz gün sonra problemlə üzləşdi: Nə ödənişimi geri qaytarır, nə də problemi həll edirlər

20 Yanvar 2026 02:17see253

İran rejimi legitimliyini itirir ŞƏRH

19 Yanvar 2026 19:40see210

Faciənin 36 cı ildönümü...

20 Yanvar 2026 00:06see207

ABŞ də zəncirvari qəza: 100 dən çox maşın toqquşdu

20 Yanvar 2026 02:17see201

Həbib MMA nın sirlərinə 32 yaşından sonra vaqif olmağa başladığını açıqlayıb

20 Yanvar 2026 02:46see194

Aİ ABŞ yə qarşı 93 milyard avroluq cavab rüsumu tətbiq edə bilər

19 Yanvar 2026 00:27see184

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see184

İstiqamət hissi olmadan yolu necə tapırlar? Quşların köç möcüzəsi

20 Yanvar 2026 01:46see178

20 Yanvar Faciəsi Azərbaycan xalqının azadlıq uğrunda qanla yazılmış tarixi ŞƏRH

19 Yanvar 2026 10:19see171

“Kinematoqrafiya haqqında” Qanuna bir sıra dəyişikliklər təklif EDİLİR

19 Yanvar 2026 20:18see169

Əliyevin İrana kritik səfəri: Prezident telefonda 8 dəqiqə gözləyib dedi ki... Sabiq səfir sirləri açır

19 Yanvar 2026 16:27see160

Premyer Liqa: “Brayton” son dəqiqələrdə məğlubiyyətdən qurtarıb

20 Yanvar 2026 02:15see157

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see156

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see148

Şəmkirdə ölümlə nəticələnən qəza ilə bağlı yeni təfərrüat

19 Yanvar 2026 08:05see145

Saça yapışan saqqızdan qurtulmağın yolları

19 Yanvar 2026 22:13see140

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see131

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see127

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri