525 ci qəzet Özündən imtinanın faciəsi, Nihat Pir yazır | Icma.az
Icma.az bildirir, 525.az saytına əsaslanaraq. Nihat Pirİnsanın özünə qarşı sevgisi ən böyük immunitetdir.
Tamamilə təmənnasız yaranan bu sevginin birinci şərti özünü olduğu kimi qəbul etməkdən keçir.
Amma dəyişən dünya, yeni dövrün dəb və tələbləri insanlarda özünəinam problemi ortaya çıxır və nəticədə, öz vücuduna tənqidi yanaşmağa, onu bəyənməməyə əsas yaranır.
Bu proses, psixoloji olaraq, əksərən 30 yaşdan sonra başlayır.
Bu dönəm artıq gənclik dövrünün başa çatması və bədənin müəyyən funksiyalarının getdikcə zəifləməsi, yaxud görkəm pozuntusu ilə baş verir.
Psixologiyada bu kimi qorxularla bağlı "30 yaş sindromu" anlayışı var.
Amma günümüzün insanı bədəninə artıq 30 yaşdan da qabaq tənqidi baxa, hətta ona ciddi müdaxilələr edə bilir.
Xarici görkəminə güvənməyən, hər hansısa bir bədən üzvünün quruluşundan, həcmindən razı olmayan adamlar üçün estetik əməliyyat son dərəcə əlçatan və geniş yayılmış bir haldır.
Tam oxu
Xəbəri oxu