Icma.az
close
up
RU
Menu

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

525 ci qəzet Özündən imtinanın faciəsi, Nihat Pir yazır

525 ci qəzet Özündən imtinanın faciəsi, Nihat Pir yazır

Icma.az bildirir, 525.az saytına əsaslanaraq.

Nihat Pir

İnsanın özünə qarşı sevgisi ən böyük immunitetdir. Tamamilə təmənnasız yaranan bu sevginin birinci şərti özünü olduğu kimi qəbul etməkdən keçir. Amma dəyişən dünya, yeni dövrün dəb və tələbləri insanlarda özünəinam problemi ortaya çıxır və nəticədə, öz vücuduna tənqidi yanaşmağa, onu bəyənməməyə əsas yaranır. Bu proses, psixoloji olaraq, əksərən 30 yaşdan sonra başlayır. Bu dönəm artıq gənclik dövrünün başa çatması və bədənin müəyyən funksiyalarının getdikcə zəifləməsi, yaxud görkəm pozuntusu ilə baş verir. Psixologiyada bu kimi qorxularla bağlı "30 yaş sindromu" anlayışı var. Amma günümüzün insanı bədəninə artıq 30 yaşdan da qabaq tənqidi baxa, hətta ona ciddi müdaxilələr edə bilir. Xarici görkəminə güvənməyən, hər hansısa bir bədən üzvünün quruluşundan, həcmindən razı olmayan adamlar üçün estetik əməliyyat son dərəcə əlçatan və geniş yayılmış bir haldır.

Bəs insan özünü olduğu kimi necə qəbul etməli və necə sevməlidir?

Fransalı rejissor Korali Farqetin Kann Film Festivalında "Ən yaxşı ssenari" və Qızıl Qlobus mükafatında isə "Ən yaxşı aktrisa" nominasiyalarında qalib gələn "Substansiya" filmi də, mahiyyət etibarilə, bu mövzunu əsas götürüb - modern dünyanın gözəllik və populyarlıq anlayışı, bunun nəticəsində insanın yaş artdıqca bədən quruluşuna tənqidi yanaşması, özündən utanması və hətta iyrənməsi fonunda böyük risklərə gedərək dəyişikliyə can atması...

Bir dövrün ən məşhur, ən cazibədar siması yaşlandıqca əvvəlki cəzbediciliyini itirir, ona qarşı diqqət azalır və hətta bir heç olmaq təhlükəsi ilə üz-üzə qalır. 50 yaşlı Elizabet (Demi Mur) siması olduğu teleşoudan sırf yaşının çoxluğu və əvvəlki effektiv cazibəsini itirdiyi üçün qovulur. Bu, qəhrəmanı ciddi depressiv duruma salır. Elizabet, bəlkə də, həyatında ilk dəfə bədəninin mövcud vəziyyətini sorğulamağa və özündən utanmağa başlayır. O artıq hamının görmək arzusu ilə alışıb-yandığı bir simaya və vücuda malik deyil. Bu çöküş Elizabetin avtomobil qəzasına düşməsinə və bu qəzadan sonra həyatının tamamilə dəyişməsinə səbəb olur.

Elizabet yaşlanmaqdan dəyişən bədən quruluşunu yeniləməkdən ötrü böyük riskə gedir və xəstəxanada tanış olduğu həkimin əli ilə "substance" adlı tibbi proseduru həyata keçirir. Bununla da, özünün daha gənc, daha cazibədar formasını - Sunu (Marqarit Quelli) yaratmağa nail olur. Amma əslində, bu, bir insanın başqa-başqa cildlərdə yaşaması deməkdir. Yeni yaranmış forma ilə Elizabetin indiki halı, əslində, eyni insandır. Elizabet bir həftə 50 yaşındakı bütün cazibəsini itirən, heç kəs üçün maraq obyekti olmayan biri kimi yaşadığı halda, növbəti bir həftədə özünün yeni versiyası olan gənc və cazibədar həyatı yaşamalıdır. Bu hissədən sonra eyni insan olub, amma bir-birindən fərqli həyat sürən ikilinin paralel həyat tərzini izləyirik. Ta ki gənc və cazibədar Su şöhrətinin zirvəsini yaşadığı bir vaxtda artıq "bir həftəlik ömür"lə kifayətlənmir, bu müddəti "daha bir gün" sistemi ilə uzadır. Nəticə isə, hər iki tərəf üçün olduqca dəhşətli olur - bu da hər iki simanın eyni adam olmasının sübutudur: hər ikisi üçün faciəvi sonluq.

Film daha çox özündə bu fikri ehtiva edir: "İnsanın öz halından daha yaxşısı yoxdur və ola bilməz". Yəni müxtəlif estetik əməliyyatlarla vücuda edilən müdaxilələrin heç biri doğuluşdan gələn təbii haldan daha yaxşı alına bilməz. Bunu qavramaqdan ötrü isə insan özünü olduğu kimi qəbul etməli və sevməlidir. Lakin modern dünyanın modern gözəllik tələbləri insanı müəyyən risklər almağa, yaşından cavan görünməkdən ötrü öz üzərində prosedurlar həyata keçirməyə sövq edir. Elizabet də məhz onlardan biridir. O, 50 yaşa qədərki şöhrətin təntənəsində özünü çox sevən, özünə inanan biri idisə, bu yaşdan sonra artıq özündən iyrənən, görkəminə heç bir inamı qalmayan birinə çevrilir. Bu çevrilmə prosesi onun elə məhz doğum günündə televiziya şousunun prodüserindən özü barəsində eşitdiyi aşağılayıcı sözlərdən sonra başlayır. Prodüserin tualet səhnəsində Elizabet barəsində səsləndirdiyi təhqiramiz ifadələrdən sonra sifonu çəkməsi isə, Elizabetin artıq əvvəlki populyar həyatının tamamilə silinib atılmasına işarədir.

Elizabetin prosedurdan sonra yaranan daha gənc və daha cazibədar forması əvvəl-əvvəl, həqiqətən də, insanın özünün daha yaxşı formasını yaratmasının mümkünlüyünə inam yaradır. Bu qısa zaman çərçivəsində hər şeyin yaxşıya doğru irəliləməsi ümidi olsa da, hadisələrin gedişatı, gənc formanın şöhrət və cazibəsinin diktəsi ilə 50 yaşlı formasını qəbul etməməsi, ona zaman tanımaması və hətta ondan iyrənməsi bu anlayışın mümkünsüzlüyünü ifadə etmiş olur.

"Substansiya" bizə həm də onu göstərir ki, xüsusilə səhnə və populyarlıq anlayışı insanın (bilavasitə qadının) cazibədarlığından necə sui-istifadə mexanizmidir. Səhnə üçün sənin xarakterin, şəxsiyyətin, kimliyin o qədər də əhəmiyyət daşımır. Səhnə üçün vacib olan sənin qüsursuz siman, çəkici bədənin və bütövlükdə cazibədarlığındır. Elizabet məhz bu cazibənin və diqqətin təntənəsini yaşamış, gənclik dövründə hamı tərəfindən böyük heyranlıqla qəbul edilmiş bir obrazdır. Lakin 50-ci ad günündə murdar əski kimi üzünə çırpılan "yaşlanmısan" adlı həqiqət onu daxilən darmadağın edir. Çünki Elizabet buna qədər özünü bu situasiyaya hazırlamayıb. Onun üçün səhnədə görünmək, hamı tərəfindən qəbul edilmək, heyranlıqla izlənilmək anlayışının digər tərəfi yoxdur. Elizabet üçün səhnə, populyarlıq, tamaşaçını cəlb etmək və özünə heyran qoymaq həyat tərzidir. Bu da dolayısı ilə Elizabetin özü üçün deyil, başqaları üçün yaşaması, hər nə edirsə də, məhz onların üçün etməsi deməkdir. Məhz bu da finalda Elizabetin başqaları üçün özünü qurban verməsinə gətirib çıxarır.

Layihənin prodüseri "İnsanlara istədiklərini verməliyik, çünki onlar həmişə yeni nəsə istəyir" ifadəsi, əslində, bugünkü populyarlıq anlayışını bütün çılpaqlığı ilə ifadə etmiş olur. Yəni Elizabetin şou-proqrama reytinq gətirməsi, onu haradan-haraya daşıması prodüser üçün maraqlı deyil, eləcə də insanlar üçün. "Onlara hər zaman yeni nəsə lazımdır". Bu yenilik istəyi kiminsə faciəsinə çevrilirsə, bu, artıq onların problemi deyil.

Filmdə bir çox səhnədə başqa-başqa rejissorlara və filmlərə göndərmələr var. Amma ən çox diqqət çəkəni həm Elizabetin, həm də Sunun teleşoudan sonra daxil olduğu uzun və dar koridor səhnəsidir. Stenli Kubrikin "The shining" filmindəki koridoru xatırladığımız vaxt Elizabet koridor boyunca irəliləyir və populyarlığının zirvəsindən sonuna qədər bir yol keçmiş olur. Eləcə də onun bir başqa halı gənc və cazibədar Su bu koridorda populyarlığınının zirvəsinə doğru irəliləmiş olur - biri sona, biri şöhrətə doğru.

Nəticə olaraq, elə, ya belə, yalnız bir həyat yaşamaq mümkündür və o həyatda sənin özün, öz bədənin, öz həyatın, öz kimliyindən dəyərli heç nə yoxdur və ola da bilməz. Bu mənada, xarici görünüşü başqalarının zövq və tətmininə görə üstün tutmaq, özünü olduğun kimi qəbul etməmək, istənilən halda, faciəvi sonluq deməkdir. Elizabetin və Sunun populyarlıq və gəncləşmə mübarizəsi, uğuru əldə saxlamaq, ən yaxşı olmaq yarışı insanın öz olmaq və başqalarına görə davranmaq formasının toqquşmasıdır. İnsan bütün qüsurları, çatışmazlıqları ilə özüdür və bu "öz"ü qoruması bütün hallarda daha yaxşı sonluqdur, nəinki riskli ideal mən uğrunda özündən imtina. Filmin bir başqa adı da məhz budur: özündən imtina hər zaman faciə deməkdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:231
embedMənbə:https://525.az
archiveBu xəbər 21 Yanvar 2025 15:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Polis Akademiyasının kursantları Zəfər Gününə həsr olunmuş fləşmob təşkil ediblər

06 Noyabr 2026 17:01see432

Ərdoğan Putini “Türk evi”nə niyə buraxmadı? REAKSİYA

06 Noyabr 2026 10:53see358

AAYDA nın 5 əməkdaşı göbələkdən zəhərləndi ADLAR

06 Noyabr 2026 09:04see346

Aqroparkda ağır vəziyyət: Öhdəlikləri aktivlərini 2,7 dəfə üstələyib, yığılmış zərəri 22 milyon manata yaxınlaşıb

06 Noyabr 2026 09:31see345

Fəxriyyə Xələfova “Muzeydə kino” layihəsiçərçivəsində Xurşidbanu Natəvana həsrolunmuş filmini təqdim edəcək (Video)

05 Noyabr 2026 17:49see324

Bakı ilə bağlı vacib xəbərdarlıq: 30 dəqiqə bəs edəcək TARİXLƏR KONKRET

06 Noyabr 2026 09:07see321

Trampın məğlubiyyəti və Tehranın İrəvan hədəsi: Bunları nə birləşdirir?

06 Noyabr 2026 10:42see316

2 milyardlıq səhm əməliyyatının sonu həbslə nəticələndi

06 Noyabr 2026 09:08see272

Daşkəsəndə yeni MMC yaradıldı Baş nazirdən QƏRAR

05 Noyabr 2026 22:04see256

Şah Abbasın, Sultan Əhmədin görüş yeri Nadir şahın tacqoyma mərasimi bu rayonumuzda keçirilib

05 Noyabr 2026 20:01see251

Rusiya şirkətləri iflas “sunami”si ilə əhatə olunub...

05 Noyabr 2026 20:52see241

Xaricdən onlayn alış veriş edənlərin nəzərinə

05 Noyabr 2026 23:29see235

Ölkənin bir rayonunda sabah QAZ olmayacaq

05 Noyabr 2026 21:33see230

“Liverpul”un sabiq futbolçusu Harvardda təhsil alır

06 Noyabr 2026 01:07see223

Polad Bülbüloğlu: “Ona çox minnətdaram” VİDEO

06 Noyabr 2026 13:39see219

Evdə müalicə olunan xəstələrə pulsuz dərman veriləcək

06 Noyabr 2026 14:01see217

Sahibkar yanan mağazasına görə “Unibank”ı məhkəməyə verdi

06 Noyabr 2026 16:40see207

Azərbaycan Radiosu 1 əsrlik xalq universiteti

06 Noyabr 2026 01:07see205

“Söz qaytaran”da günün hadisələri: Bitməyən yol təmiri, avtobusda dava VİDEO

06 Noyabr 2026 09:57see194

Fransada lisey yandırıldı: 1000 dən çox şagird təxliyə edildi Video

07 Noyabr 2026 02:38see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri