Icma.az bildirir, 525.az portalına istinadən.
ABŞ-nin ardınca Avropa İttifaqının (Aİ) üzvləri də Ukraynaya dəstək üçün ayrılan pulların geri ödənilməsini tələb edə bilər.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Slovakiya Milli Partiyasının rəhbəri və ölkə parlamentinin vitse-spikeri Andrey Danko öz feysbuk səhifəsində paylaşım edib.
“Əgər almanlar, fransızlar və amerikalılar pullarını geri istəsələr, Slovakiya da buna səssiz qala bilməz”, - deyə Danko bildirib.
Siyasətçinin sözlərinə görə, Slovakiyanın Ukrayna prezidenti Vladimir Zelenskidən 3,5 milyard avronun qaytarılmasını tələb etmək hüququ var:
“Slovakiya haqqında soruşacağam: ora göndərdiyimiz 3,5 milyard avronu Zelenski necə qaytaracaq?”
İbrahim Cəfərov