525 ci qəzet Slovakiya da Ukraynadan pullarını geri tələb edə bilər “3,5 milyard avronu Zelenski necə qaytaracaq?”
Icma.az bildirir, 525.az portalına istinadən.
ABŞ-nin ardınca Avropa İttifaqının (Aİ) üzvləri də Ukraynaya dəstək üçün ayrılan pulların geri ödənilməsini tələb edə bilər.
525.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Slovakiya Milli Partiyasının rəhbəri və ölkə parlamentinin vitse-spikeri Andrey Danko öz feysbuk səhifəsində paylaşım edib.
“Əgər almanlar, fransızlar və amerikalılar pullarını geri istəsələr, Slovakiya da buna səssiz qala bilməz”, - deyə Danko bildirib.
Siyasətçinin sözlərinə görə, Slovakiyanın Ukrayna prezidenti Vladimir Zelenskidən 3,5 milyard avronun qaytarılmasını tələb etmək hüququ var:
“Slovakiya haqqında soruşacağam: ora göndərdiyimiz 3,5 milyard avronu Zelenski necə qaytaracaq?”
İbrahim Cəfərov

Zelenski 3,5 milyardı necə qaytaracaq? Slovakiya
25 Fevral 2025 23:30
Slovakiya Ukraynadan qaz nəqlini dayandırdığını təsdiqləyib
01 Yanvar 2025 20:51
Avropa İttifaqı da Ukraynadan etdiyi yardımı geri tələb edə bilər
24 Fevral 2025 20:50
Zelenski Ukraynadan qaçacaq? ŞOK AÇIQLAMA
25 Fevral 2025 23:10
Zelenski üzr istəyəcək? Ukraynadan cavab
07 Mart 2025 23:43

