525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Xaqani CƏFƏRLİDonald Tramp Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərinin daxil olduğu BRİKS ölkələrini qarşılıqlı hesablaşmalarda dollardan istifadədən imtina etdikləri təqdirdə yenidən 100 faiz idxal tarifləri tətbiq olunacağı ilə təhdid edib.
Bu təhdid ilk növbədə Braziliya, Çin və Hindistana yönəlib. ABŞ bu ölkələrin hər biri üçün əsas ticarət tərəfdaşııdr.
Ötən il Çinin ABŞ ilə ticarət dövriyyəsi 3.7 faiz artaraq 688.28 milyard təşkil edib.
Dünyanın iki ən böyük iqtisadiyatına malik bu ölkəsi arasında ticarət dövriyyəsinin 76 faizinindən çoxunu Çinin ABŞ-yə ixracatı təşkil edir.
Ötən il Çinin ABŞ-yə ixracatı 524.66 milyard dollar təşkil edib.
Hindistanın ABŞ-a ixracatı ötən il 75 milyard dollar, ümumu ticarət dövriyyəsi isə 118 milyard dollar təşkil edib.
Ötən il Braziliyanın ABŞ-yə ixracatı rekord həddə çataraq 40 milyard dolları keçib.