Icma.az
close
up
RU
525 ci qəzet Tramp təhdid və təzyiq siyasətini işə salır

525 ci qəzet Tramp təhdid və təzyiq siyasətini işə salır

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xaqani CƏFƏRLİ

Donald Tramp Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, Misir, Efiopiya, İran və Birləşmiş Ərəb Əmirliklərinin daxil olduğu BRİKS ölkələrini qarşılıqlı hesablaşmalarda dollardan istifadədən imtina etdikləri təqdirdə yenidən 100 faiz idxal tarifləri tətbiq olunacağı ilə təhdid edib. Bu təhdid ilk növbədə Braziliya, Çin və Hindistana yönəlib. ABŞ bu ölkələrin hər biri üçün əsas ticarət tərəfdaşııdr. Ötən il Çinin ABŞ ilə ticarət dövriyyəsi 3.7 faiz artaraq 688.28 milyard təşkil edib. Dünyanın iki ən böyük iqtisadiyatına malik bu ölkəsi arasında ticarət dövriyyəsinin 76 faizinindən çoxunu Çinin ABŞ-yə ixracatı təşkil edir. Ötən il Çinin ABŞ-yə ixracatı 524.66 milyard dollar təşkil edib. Hindistanın ABŞ-a ixracatı ötən il 75 milyard dollar, ümumu ticarət dövriyyəsi isə 118 milyard dollar təşkil edib. Ötən il Braziliyanın ABŞ-yə ixracatı rekord həddə çataraq 40 milyard dolları keçib. ABŞ Çin, Hindistan və Braziliyanın əsas ticarət tərəfdaşı olduğu üçün bu ölkələr 100 faizlik gömrük tarifi ilə üzləşmək istəməzlər. Hələ Trampın bu hədəsindən öncə Hindistanın Baş naziri BRİKS-ə üzv ölkələrin qarşılıqlı hesablaşmalarda ABŞ dollarından imtina etməsinin əleyhinə çıxaraq, belə bir ideyanın qəbuledilməz olduğunu bildirmişdi. BRİKS-ə üzv ölkələrin qarşılıqlı hesablaşmalarda ABŞ dollarından imtina etməsi ideyası Rusiyaya məxsusdur və İran tərəfindən dəstəklənir. Ötən ilin oktyabrında BRİKS üzvlərinin dövlət və hökumət başçılarının Kazanda keçirilən sammitində Rusiya qarşılıqlı hesablaşmalarda ABŞ dollarından imtina edilməsini təklif etsə də, əksər dövlətlərin rədd cavabı ilə üzləşmişdi.

ABŞ dolları qlobal biznesdə ən çox istifadə olunan valyutadır və dünya valyuta ehtiyatlarının təxminən 58 faizini təşkil edir. Buna görə də, BRİKS ölkələrinin qlobal ticarətdə ABŞ dollarını əvəz etmək şansı yoxdur. Buna cəhd isə BRİKS üzvlərinin əksəriyyətinin maraqlarına ziddir.

Donald Trampın təhdid və təzyiq siyasətinin önəmli addımlarından biri də ABŞ-də İsrailin "Dəmir qübbə"sinə malik ballistik, hipersəs və qanadlı raketlərdən, eləcə də digər hava təhdidlərindən müdafiə sisteminin qurulması haqqında imzaladığı fərmandır. Ekspertlər Trampın bu qərarını "Soyuq müharibə" zamanı Sovet İttifaqı ilə qarşıdurmasının ən qızğın vaxtında həyata keçirilən "Ulduz müharibələri" kimi tanınan Strateji Müdafiə Təşəbbüsünə bənzədiyini bildirirlər. Ancaq bu dəfə miqyas daha böyük olacaq. 1983-cü ildə prezident Ronald Reyqan tərəfindən elan edilən Strateji Müdafiə Təşəbbüsü  proqramı genişmiqyaslı raket əleyhinə müdafiə sisteminin yaradılması üçün kosmosda üstünlük əldə etmək və uçuşun bütün mərhələlərində ballistik raketləri ələ keçirməyə və məhv etməyə qadir bir neçə eşelon kosmik zərbə silahlarını yerləşdirməklə Şimali Amerika ərazisini etibarlı şəkildə əhatə etmək üçün qalxan yaratmaq daxil idi. Trampın "Ulduz müharibələri 2.0" proqramına lazer silahları da daxildir. Bu layihəni həyata keçirmək üçün bir neçə yüz milyard dollar lazımdır. Respublikaçıların çoxluq təşkil etdiyi Konqresin bu qədər vəsaiti ayıracağı ehtimalı çox yüksəkdir. Trampın "Ulduz müharibələri 2.0" proqramının Rusiya və Çinə qarşı yönəldiyi üçün bu ölkələr də sürətlə silahlanma məcburiyyəti ilə üzləşəcəklər. Çin bu vəziyyətin öhdəsindən gəlmək üçün iqtisadi, maliyyə və texnoloji resurslara malik olsa da, Rusiyanın belə imkanı yoxdur. Ona görə də Rusiyanın Trampın təhdid və təzyiq siyasəti ilə daha ciddi problemlərlə üzləşəcəyini əminliklə söyləmək olar.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:189
embedMənbə:https://525.az
archiveBu xəbər 04 Fevral 2025 12:06 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see273

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see260

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see248

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see246

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see232

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see232

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see231

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see223

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see221

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see213

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see212

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see211

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see210

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see206

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see205

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see201

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see199

Toyuq ətini əvəz edir Tərkibində 25 % zülal var

15 Noyabr 2026 05:06see193

Britaniya Rusiya hərbi bazalarını vurmalıdır

15 Noyabr 2026 01:26see189
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri