Icma.az bildirir, 525.az portalına istinadən. Bu günlərdə Əsəd Quliyev, Nizami Həsənov, Məcid Abdullayevin birgə qələmə aldıqları “Vüqarlı D
Kitabda Dəstə kəndinin tarixi, abidələri, keçmişi və günü barədə ətraflı məlumat verilib.
Bildirilib ki, rayon mərkəzindən 12 kilometr cənub-şərq tərəfdə, Arazın sol qolu Vənəndçayın sağ sahilində yerləşən Dəstə kəndi orta əsrlər zamanı Ordubad bölgəsinin inkişaf etmiş yaşayış məskənlərindən biri olub.
Ərazisində arxeoloji tədqiqatlar aparılmadığı üçün yaranma tarixi haqqında konkret fikir söyləmək mümkün olmasa da, kənddə indiyədək qalan tarixi-mədəniyyət abidələri sübut edir ki, Dəstə nəzərə çarpacaq bir inkişaf yolu keçib.
Kitabın ön söz müəllifi, fəlsəfə elmləri doktoru Məmməd Razi qeyd edib ki, XVIII, XIX əsrlərdə ölkəmizin və xalqımızın tarixi ilə bağlı obyektiv, reallıqları özündə əks etdirən tarix kitablarına, tarixi mənbələrə rast gəlmək olmur.
Tariximiz ya ərəb, ya fars, ya da orta əsr səyyah missionerlərin daha çox subyektiv mülahizə və xatırlatmalar, epizodlar şəklində qənaətləri kimi verilib.
XIX əsrdə rus işğalı ilə Qafqaza ayaq basmış rus alim və araşdırmaçılarının nəşr etdirdikləri məlumat və tarix kitablarında türk-müsəlman mədəniyyətinə ən yaxşı mənada xristian biganəliyi ilə yanaşmaq və daha çox erməni qriqoriyan mədəniyyətinə təəssübkeşlik və Qafqazda iki xalqı bir-birinə qarşı qoymaqla özlərinin burada ağalığını təmin etmək maraqları dayanıb.
O qeyd edib ki, kitabda Dəstə kəndinin tarixi, coğrafiyası, memarlıq abidələri, ictimai və dini tikililəri, adət-ənənələri, etnoqrafiyası, kəndin tanınmış elm, sənət, ədəbiyyat adamları haqqında müfəssəl məlumatlar verilib.