Icma.az
close
up
RU
Menu

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

A Seriyası: 19 illik rekord təkrarlandı

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

525 ci qəzet “Vüqarlı Dəstə kəndi” adlı kitabı çapdan çıxıb

525 ci qəzet “Vüqarlı Dəstə kəndi” adlı kitabı çapdan çıxıb

Icma.az bildirir, 525.az portalına istinadən.

Bu günlərdə Əsəd Quliyev, Nizami Həsənov, Məcid Abdullayevin birgə qələmə aldıqları “Vüqarlı Dəstə kəndi” adlı kitabı çapdan çıxıb. Kitabda Dəstə kəndinin tarixi, abidələri, keçmişi və günü barədə ətraflı məlumat verilib. Bildirilib ki, rayon mərkəzindən 12 kilometr cənub-şərq tərəfdə, Arazın sol qolu Vənəndçayın sağ sahilində yerləşən Dəstə kəndi orta əsrlər zamanı Ordubad bölgəsinin inkişaf etmiş yaşayış məskənlərindən biri olub. Ərazisində arxeoloji tədqiqatlar aparılmadığı üçün yaranma tarixi haqqında konkret fikir söyləmək mümkün olmasa da, kənddə indiyədək qalan tarixi-mədəniyyət abidələri sübut edir ki, Dəstə nəzərə çarpacaq bir inkişaf yolu keçib.

Kitabın ön söz müəllifi, fəlsəfə elmləri doktoru Məmməd Razi qeyd edib ki, XVIII, XIX əsrlərdə ölkəmizin və xalqımızın tarixi ilə bağlı obyektiv, reallıqları özündə əks etdirən tarix kitablarına, tarixi mənbələrə rast gəlmək olmur. Tariximiz ya ərəb, ya fars, ya da orta əsr səyyah missionerlərin daha çox subyektiv mülahizə və xatırlatmalar, epizodlar şəklində qənaətləri kimi verilib.  XIX əsrdə rus işğalı ilə Qafqaza ayaq basmış rus alim və araşdırmaçılarının nəşr etdirdikləri məlumat və tarix kitablarında türk-müsəlman mədəniyyətinə ən yaxşı mənada xristian biganəliyi ilə yanaşmaq və daha çox erməni qriqoriyan mədəniyyətinə təəssübkeşlik və Qafqazda iki xalqı bir-birinə qarşı qoymaqla özlərinin burada ağalığını təmin etmək maraqları dayanıb. 

O qeyd edib ki, kitabda Dəstə kəndinin tarixi, coğrafiyası, memarlıq abidələri, ictimai və dini tikililəri, adət-ənənələri, etnoqrafiyası, kəndin tanınmış elm, sənət, ədəbiyyat adamları haqqında müfəssəl məlumatlar verilib. Dəstə kəndində idarəçilik, təhsil, səhiyyə, kənd təsərrüfatı sahələrinin inkişafı və real vəziyyəti, əldə olunmuş uğurlar və məxsusi özəlliklər haqqında dolğun məlumatlar verilir: “Bu kitab Azərbaycan dünyasının kiçik bir modelidir. Kitabda Dəstə kəndi haqqında istənilən məlumatlarla tanış olmaq mümkündür desək, yanılmarıq. Kitab bir neçə fəsillərə bölünüb. Hər bir fəsildə ayrı-ayrı sahələrdən bəhs olunur. Kitabın bir özəlliyi də ondan ibarətdir ki, bu kitabda Dəstə kəndi haqqında indiyədək alim və tədqiqatçılar tərəfindən aparılan araşdırma, yazılar, qeyd olunan fikir və mülahizələr araşdırılıb tədqiq olunaraq ardıcıllıqla ayrıca fəsildə yerləşdirilib. Bu cür əhatəli və indiyədək kompleks şəkildə araşdırılmayan məlumat kitabının yazılması həqiqətən böyük zəhmət, güclü iradə və səbr tələb edir”.

“Vüqarlı Dəstə kəndi” adlı kitabda qeyd olunub ki, Dəstə kəndi orta əsrlər zamanı mühüm ticarət-karvan yollarının keçdiyi bir ərazidə yerləşdiyindən, sufi şeyxləri isə öz ideyalarını daha çox insanın, xüsusilə müxtəlif ölkələrdən olan adamların arasında yaymaq üçün maraqlı olduqlarından, bu məqsədlə də xanəgahlarını gediş-gəlişin çox olduğu, əhalinin sıx toplaşdığı yerlərdə yaratdıqlarından bu yaşayış məskənində və onun ətrafında sufi yaşayış yerlərinin yaradılması təbii hal kimi görünür. Kənddən bir az şimalda, Vənəndçay vadisində orta əsrlər zamanı fəaliyyət göstərən xanəngahlar da bunu təsdiq edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:233
embedMənbə:https://525.az
archiveBu xəbər 10 Fevral 2025 14:28 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ərdoğan bu jesti ilə müəyyən dairələrə lazım olan mesajı verdi

28 Oktyabr 2026 16:23see650

Forumu mühüm diplomatik toplantı kimi qiymətləndirmək lazımdır

29 Oktyabr 2026 11:24see416

“8 Noyabr zəfəri dövlətçilik tariximizin ən böyük nailiyyəti, ən şanlı qələbəsidir”

29 Oktyabr 2026 13:37see364

Şəmkirdə qonşular arasında dava qanla bitdi 67 yaşlı kişi həyatını itirdi

28 Oktyabr 2026 20:48see266

Kəpəz Baku Sportinq i belə məğlub etdi İCMAL

29 Oktyabr 2026 01:56see259

“Ən azı üç günlük ərzaq və su ehtiyatı toplayın” Onlar da əhaliyə xəbərdarlıq etdi

29 Oktyabr 2026 03:20see257

Neftin bahalaşması həmişə tələbin artması demək deyil

28 Oktyabr 2026 11:32see242

İspaniyada dəhşətli qatar qəzası: onlarla insan həyatını itirdi

28 Oktyabr 2026 13:58see237

Azərbaycanın multikulturalizm irsi və sülh təşəbbüsləri dünya ölkələri üçün nümunədir

28 Oktyabr 2026 18:11see225

Prezident İlham Əliyevin VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumundakı çıxışı Azərbaycanın beynəlxalq dialoq və əməkdaşlıq məkanına verdiyi töhfələri əks etdirir

28 Oktyabr 2026 19:03see219

İsrail Prezidenti: Təkrar seçkilərin qarşısını almaq üçün əlimizdən gələni etməliyik

29 Oktyabr 2026 00:15see207

“Yaxşı balınız olsa da, marketdə rəf tapmaya bilərsiniz” Rejissor kino bazarını belə izah ETDİ

28 Oktyabr 2026 17:27see204

Qonsalu Ramuş PSJ dən ayrılmasının səbəbini açıqladı: “Bunun heç bir məntiqi yox idi”

29 Oktyabr 2026 01:29see203

Bunu etməklə hesabınızı itirə bilərsiniz WhatsApp işlədənlərə XƏBƏRDARLIQ

28 Oktyabr 2026 22:50see201

Bakterial meningit daha çox pnevmokokk infeksiyası zamanı yaranan ağırlaşmalardandır PULMONOLOQ

29 Oktyabr 2026 14:04see199

Papillomanı yandırmaq kifayət deyil! HPV varsa törəmə yenidən yarana bilər

28 Oktyabr 2026 15:55see194

Xalq artisti ilə quda olan Əməkdar artist: Qızıma deyirəm ki, döz...

29 Oktyabr 2026 17:45see193

A Seriyası: 19 illik rekord təkrarlandı

30 Oktyabr 2026 01:51see182

ABŞ: Hörmüz boğazından minlərlə kommersiya gəmisi keçib

29 Oktyabr 2026 01:35see182

II Elizabetin cəngavər elan etdiyi aktyor VƏFAT ETDİ

30 Oktyabr 2026 02:40see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri