525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Sevinc MÜRVƏTQIZIAradan illər keçəndən sonra yenidən Xorxe Luis Borxesə "qayıtmaq" ehtiyacı hiss etdim.
Bu səfər əvvəlkindən fərqli, özgə bir əhvalla, başqa ovqatla, ayrı təfəkkürlə...
Necə deyərlər, Borxesi "bilməyən" onu mütaliə etməyin aclığını duymaz, amma bir dəfə Borxesi "tanıyan" onu təkrar oxumamağın əskikliyini çox dərindən hiss edər.
İnzivada ikən birdəncə ürəyim istədi, yenə Borxesin qaranlıq zirzəmilərinə enim, başgicəlləndirən labirintlərində dolaşım, surətimi çoxüzlü güzgülərdə fərqli proyeksiyadan izləyib hansısa paralel dünyadakı "mən"in zəka sərhədinin uc nöqtələrində bütün bunların yuxudamı, reallıqdamı baş verdiyini xatırlamağa çalışım...
Borxeslə ilk dəfə 2016-cı ildə İstanbuldakı kitab mağazalarının birindən aldığım "Alef" vasitəsilə "tanış oldum".
"İlk görüş"ün umduğum qədər isti keçdiyini deyə bilmərəm. Kitabdakı hekayələri bircə-bircə oxumuş və bu qənaətə gəlmişdim ki, deyəsən, Borxe
Amma sonrakı günlər ərzində yuxu ilə gerçəklik arasındakı mistik sərxoşluğa bənzər halətdə dolaşmışdım.