525ci qəzet Azad edilmiş ərazilərdə ekoloji tarazlıq naminə mühüm tədbirlər görülür | Icma…
Icma.az, 525.az saytına istinadən bildirir. İşğaldan azad edilmiş rayonların ərazilərinin bir hissəsini əhatə etməklə yeni milli parkın yara
İşğaldan azad olunan Şuşa (6043,7 ha), Xocalı (24824,4 ha), Ağdərə (46606,7 ha) və Kəlbəcər (15181,4 ha) rayonlarının inzibati ərazilərinin
Bununla bağlı aidiyyəti dövlət qurumları ilə ərazilərə baxış və qiymətləndirmə işlərinə başlanılıb.
Qeyd olunan əraziləri əhatə edən yeni milli parkın ilkin xəritəsi hazırlanıb, yaşayış məntəqələrinin yerləşməsi nəzərə alınmaqla xəritəyə münasibət bildirilməsi üçün Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilib.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) şöbə müdiri Kənan Kərimli bildirib ki, yeni yaşıllıq sahələrinin salınması layihələri çərçivəsində bir neçə ərazidə yaşıllıq sahəsi salınıb.
Zəngilan rayonu ərazisində 55,0 ha, Ağdam rayonu ərazisində 11,0 ha və Cəbrayıl rayonu ərazisində 38,0 ha yeni yaşıllıq sahəsi salınıb: "Hazırda Cəbrayıl və Füzuli rayonları ərazisində yeni yaşıllıq sahəsinin salınması ilə bağlı işlər davam etdirilir".
Kənan Kərimlinin dediyinə görə, yeraltı və yerüstü su mənbələrinin əsas göstəricilərinin qiymətləndirilməsi, məlumat bazasının və elektron su xəritəsinin hazırlanması məqsədilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində yeraltı su yataqlarının istismar ehtiyatlarının yenidən qiymətləndirilməsi üzrə 170-dən artıq məntəqədə yoxlama təftiş işləri yerinə yetirilib.
İşğaldan azad olunmuş ərazilərin interaktiv su xəritəsinin, o cümlədən, çayların, avtomat hidroloji stansiyaların, göllərin, yeraltı su yataqlarının hidroqrafiya şəbəkəsinin vektorlaşdırılması və SHP faylının yaradılması işləri yerinə yetirilib.
Tam oxu
Xəbəri oxu