Icma.az
close
up
RU
525ci qəzet Azad edilmiş ərazilərdə ekoloji tarazlıq naminə mühüm tədbirlər görülür

525ci qəzet Azad edilmiş ərazilərdə ekoloji tarazlıq naminə mühüm tədbirlər görülür

Icma.az, 525.az saytına istinadən bildirir.

İşğaldan azad edilmiş rayonların ərazilərinin bir hissəsini əhatə etməklə yeni milli parkın yaradılması nəzərdən keçirilir. İşğaldan azad olunan Şuşa (6043,7 ha), Xocalı (24824,4 ha), Ağdərə (46606,7 ha) və Kəlbəcər (15181,4 ha) rayonlarının inzibati ərazilərinin bir hissəsini əhatə etməklə ümumi sahəsi 92656,2 ha olan yeni milli parkın yaradılması nəzərdən keçirilir. Bununla bağlı aidiyyəti dövlət qurumları ilə ərazilərə baxış və qiymətləndirmə işlərinə başlanılıb. Qeyd olunan əraziləri əhatə edən yeni milli parkın ilkin xəritəsi hazırlanıb, yaşayış məntəqələrinin yerləşməsi nəzərə alınmaqla xəritəyə münasibət bildirilməsi üçün Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə göndərilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) şöbə müdiri Kənan Kərimli bildirib ki, yeni yaşıllıq sahələrinin salınması layihələri çərçivəsində bir neçə ərazidə yaşıllıq sahəsi salınıb. Zəngilan rayonu ərazisində 55,0 ha, Ağdam rayonu ərazisində 11,0 ha və Cəbrayıl rayonu ərazisində 38,0 ha yeni yaşıllıq sahəsi salınıb: "Hazırda Cəbrayıl və Füzuli rayonları ərazisində yeni yaşıllıq sahəsinin salınması ilə bağlı işlər davam etdirilir".

Kənan Kərimlinin dediyinə görə, yeraltı və yerüstü su mənbələrinin əsas göstəricilərinin qiymətləndirilməsi, məlumat bazasının və elektron su xəritəsinin hazırlanması məqsədilə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində yeraltı su yataqlarının istismar ehtiyatlarının yenidən qiymətləndirilməsi üzrə 170-dən artıq məntəqədə yoxlama təftiş işləri yerinə yetirilib. İşğaldan azad olunmuş ərazilərin interaktiv su xəritəsinin, o cümlədən, çayların, avtomat hidroloji stansiyaların, göllərin, yeraltı su yataqlarının hidroqrafiya şəbəkəsinin vektorlaşdırılması və SHP faylının yaradılması işləri yerinə yetirilib.

"Təmiz Şəhər" ASC-nin Ekologiya şöbəsinin müdiri Səbuhi Babayev deyir ki, Xocalı (20 ha), Ağdərə (10 ha) və Xocavənd (10 ha) rayonlarının ərazisində təhlükəsiz bərk tullantılar üçün poliqon əraziləri seçilib. Seçilmiş torpaq sahələrinin "Təmiz Şəhər" ASC-nin istifadəsinə verilməsi barədə Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə məktub göndərilib: "Dövlət Komitəsi tullantı poliqonlarının yaradılması üçün Xocavənd və Xocalı rayonu ərazisində yerləşən torpaq sahəsinin "Təmiz Şəhər" ASC-nin istifadəsinə verilməsi barədə sərəncam verib. Ərazi tərəfindən mina və partlamamış hərbi sursatlardan təmizlənib".

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları ərazisində yeraltı su yataqlarının istismar ehtiyatlarının yenidən qiymətləndirilməsi üzrə 170-dən artıq məntəqədə yoxlama təftiş işləri yerinə yetirilib.

K.Kərimli qeyd edib ki, 142 mineral xammal yatağında monitorinq təftiş işləri aparılıb və işğal dövründə istismar edilmiş həcm müəyyənləşib: "Hazırda işğaldan azad edilmiş ərazilərdə əlvan və nəcib metalların axtarışı, qiymətləndirilməsi üzrə geoloji kəşfiyyat işləri davam etdirilir".

O vurğulayıb ki, 2025-ci ildə azad edilmiş ərazilərdə 5 ədəd olmaqla, o cümlədən, Xankəndi şəhəri və Ağdərə rayonlarında avtomat meteoroloji stansiyaların quraşdırılması nəzərdə tutulur. Azad edilmiş ərazilərdə 10 çay üzərində 11 avtomat hidroloji, 5 avtomat meteoroloji stansiya quraşdırılaraq isifadəyə verilib:

Kənan Kərimlinin sözlərinə əsasən, Xankəndi şəhəri ərazisində 1 dəst, Laçın rayonunun Güləbird kəndi ərazisində 1 dəst və Xocalı şəhəri yaxınlığında 1 dəst olmaqla 3 avtomat aqrometeoroloji stansiya quraşdırılaraq işə salınıb: "Qarabağın təbii ehtiyatları atlası"nın hazırlanması məqsədilə təbii ehtiyatların siyahılaşdırılması və atlasın elektron variantda hazırlanması işləri başa çatıb. Azərbaycan Respublikasının Ağdərə rayonunun yaradılması haqqında" Qanunun tətbiqi barədə Azərbaycan Prezidentinin müvafiq Fərmanına əsasən, atlas üzərində əlavə kartoqrafik işlər aparılıb və bu ilin sonunadək çap olunması nəzərdə tutulur. Nazirlər Kabinetinin müvafiq tapşırığı ilə Azərbaycan Milli Elmlər Akademiyasının təqdim etdiyi məlumatlara əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının hər biri üzrə ayrı-ayrılıqda 10 adda tematik xəritə elektron variantda hazırlanaraq Elm və Təhsil Nazirliyinin Geologiya və Geofizika İnstitutuna təhvil verilib".

Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Milli Hidrometeorologiya Xidmətinin rəis müavini Əkbər Əsgərov bildirib ki, Xankəndi Hidrometeoroloji Stansiyası işğal zamanı salamat qalan yeganə stansiyadır. Stansiya 1898-ci ildə yaradılıb: "İşğal olunmuş ərazilərimizdə 9 meteoroloji, 16 hidroloji stansiyaları olub, hamısı dağıdılıb, yalnız bu stansiya qalıb. Bu stansiya avtomatik qaydada fəaliyyət göstərir. İşğal dövründən salamat qalan yeganə stansiyadır. Avtomat meteoroloji stansiya ABŞ istehsalıdır. Bu stansiyalardan Azərbaycanda bir neçə ərazidə var, həmçinin Laçın və Xocalıda da var. Bu stansiyalardan real vaxt rejimində məlumatlar Milli Hidrometeorologiya Xidmətinin Situasiya Mərkəzinə ötürülür".

O qeyd edib ki, bu stansiyada küləyin sürətini və istiqamətini, yağıntını, havanın nisbi rütubətini, atmosfer təzyiqini və havanın temperaturunu ölçmək mümkündür.

Kənan Kərimli həmçinin deyib ki, Xankəndidə salamat qalan bu stansiyanın son müşahidə tarixi 19 sentyabr 2023-cü il gündüz saat 12-yə aiddir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Dövlət Ekoloji Təhlükəsizlik Xidmətinin rəis müavini Xaliq Mirzəyev deyib ki, cari ilin ötən dövrü ərzində işğaldan azad olunmuş ərazilərdə həyata keçirilmiş nəzarət tədbirləri zamanı aşkar edilmiş ekoloji hüquqpozmalarla bağlı ümumilikdə 106 akt, 64 protokol tərtib olunub. Nöqsanların aradan qaldırılması üçün 11 ədəd müddətli "Ekoloji tələb" verilib: "Qanun pozuntusuna yol verdiklərinə görə hüquqi, vəzifəli və fiziki şəxslərə ümumilikdə 147 min 60 manat məbləğində cərimə tətbiq edilib və ətraf mühitə dəymiş ziyanla bağlı 22 iş üzrə 29 273,57 manat məbləğində iddia qaldırılıb. 16 işlə bağlı toplanmış materiallar aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi üçün hüquq-mühafizə orqanlarına göndərilib".

"Yaşıl Dünya" Ekoloji Maarifləndirmə İctimai Birliyinin sədri Elman Cəfərli deyir ki, 2020-ci ilin 10 noyabrından sonra, yəni Ermənistan kapitulyasiya aktını imzaladıqdan sonra baş verən proseslər Azərbaycanın hərbi-siyasi rəhbərliyinin, diplomatiyasının böyük uğuru kimi tarixə düşüb. Çünki Azərbaycan 10 noyabr tarixinə qədər Cəbrayıl, Füzuli, Zəngilan, Şuşa, Qubadlı və Hadrut qəsəbəsini işğaldan azad etmişdi. Azərbaycanın digər böyük rayonları isə işğal altında idi. 10 noyabr tarixində Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanmış üçtərəfli bəyanatdan sonra mərhələli şəkildə Ermənistan Ağdam, Kəlbəcər və Laçın rayonlarından işğalçı ordusunu geri çəkdi. Birinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun ən böyük itkiləri Ağdam, Ağdərə və Kəlbəcər istiqamətində olmuşdur. Əgər bu dəfə də həmin əraziləri güc yolu ilə azad etsəydik, itkilərimiz çox olacaqdı. Azərbaycanın hərbi-siyasi rəhbərliyi bizi bu cür itkilərdən xilas etdi. 2023-cü ilin 19 sentyabr tarixində 23 saat davam edən antiterror tədbirlərindən sonra Qarabağın digər hissələri də Azərbaycanın hüquqları daxilinə keçdi.

Onun sözlərinə görə, son dörd ildə Qarabağda ciddi tikinti-quruculuq işləri aparılır. Bəzən insanlar bu barədə çox tələsir və tez bir zamanda öz yurdlarına qayıtmaq istəyirlər. Lakin otuz illik problemi dörd ildə həll edə bilmərik. Hansı ki, ərazilərimiz otuz il ərzində kərpic-kərpic sökülüb və biz həmin əraziləri ilk olaraq minalardan təmizləməli, sonra isə yenidən tikməliyik: "Ərazilərimizin minalardan təmizlənməsi isə uzun müddət tələb edir və bütün bu prosesləri Azərbaycan məhz öz gücü hesabına həyata keçirir. Lakin bütün bu işlər sürətlə həyata keçirilir. İlin sonuna qədər və ya gələn il əvvəllərində Ağdama da köç başlayacaq. Ağdam ən çox minalarla çirkləndirilmiş ərazidir və oranın yenidən qurulması da daha çox müddət tələb edir. Eyni zamanda qeyd etmək lazımdır ki, Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar olaraq tikinti bazarında müəyyən durğunluq yaranır. Bu da təbii ki, tikinti prosesini müəyyən mənada ləngidir. Azərbaycan hərbi və iqtisadi cəhətdən qüdrətli dövlətdir. Biz heç bir dəstək almadan Böyük Qayıdış layihəsini həyata keçiririk".

Siyasi şərhçi Vüqar Əhmədov qeyd edib ki, Qarabağda aparılan quruculuq işləri tamamlandıqdan sonra keçmiş məcburi köçkünlərin qayıdış prosesi və məskunlaşması uğurla həyata keçilir. Artıq minlərlə məcburi köçkün ailəsi öz doğma torpaqlarına qayıtmış, onların təminatı və məşğulluq məsələləri birbaşa dövlətin qayğısı və himayəsi altındadır. Bir iqtisadi zona kimi də bu gün Qarabağ və Şərqi Zəngəzur inkişaf edir, ölkə başçısı cənab İlham Əliyevin iştirakı ilə yeni iqtisadi və sənaye müəssisələrinin açılışı olur ki, bu da Böyük Qayıdış prosesində keçmiş məcburi köçkünlərin həyat səviyyəsinin yüksəldilməsi, Qarabağın dirçəlişi və çiçəklənməsi, gəlir yerlərinin artırılması baxımından çox önəmlidir.

Sevinc QARAYEVA

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://525.az
archiveBu xəbər 13 Dekabr 2024 17:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Avropa ölkələrinin yeraltı anbarlarında qazın həcmi 71 mlrd. kubmetri ötüb

22 İyul 2025 14:02see170

Bu saatlarda gəzinti xərçəng riskini azaldır

23 İyul 2025 01:01see140

Qızmar Günəş altında: İşçilərdən şikayət var?

22 İyul 2025 20:37see129

İşə getməyə həvəsi olmayanları müalicə edəcəklər

22 İyul 2025 19:29see128

Günün qoroskopu: ruhunuz narahat ola bilər

23 İyul 2025 00:02see125

AMB uçot dərəcəsini azaldıb

23 İyul 2025 10:14see125

Federal Ehtiyatlar Sisteminin sədri yalan danışıb

22 İyul 2025 08:35see125

Burak Özçivit Kuruluş Osman dan gedir

22 İyul 2025 08:37see122

Zəngəzur dəhlizi: İrəvan fürsəti niyə əldən verir?

23 İyul 2025 10:01see122

Rusiyalı məşhur reper psixiatriya xəstəxanasına yerləşdirildi

22 İyul 2025 16:09see122

Sülh yaxındır, müdaxilə yersizdir: Zəngəzur Azərbaycanın iradəsi ilə açılacaq

22 İyul 2025 10:33see121

Bu kuba baş məsqçi təyin olundu

23 İyul 2025 16:25see120

ABŞ nin də iştirakı ilə Bakıda iki ölkə arasında danışıqlar aparılacaq

23 İyul 2025 10:50see119

General Motors un mənfəəti Trampın tariflərinə görə üç ayda 1 milyard dollardan çox azalıb

23 İyul 2025 03:40see118

reklamlarla satdıqları ehtiyat hissələrinin saxtalığını ört basdır edir EKSPERT VİDEO

22 İyul 2025 19:00see117

İllər əvvəl Vağzalı ilə gəlin köçən azərbaycanlı məşhurlar FOTO

23 İyul 2025 00:16see117

Kürdəmirdə 8 nəfər qidadan zəhərlənib

23 İyul 2025 03:45see116

Şimali Makedoniyada meşə yanğınları baş verib

22 İyul 2025 20:27see114

Şörzingerin Azərbaycanca öyrəndiyi söz…

24 İyul 2025 01:29see114

Kilsə “başını kəsin” deyir: Ermənistan baş nazirinin həyatı təhlükə altındadır

22 İyul 2025 10:42see113
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri