Icma.az bildirir, 525.az portalına istinadən. Azərbaycanın işğaldan azad olunmuş ərazilərində oktyabr ayı ərzində 283 tank əleyhinə mina, 76
Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) verilən məlumata görə, 5657.7 hektar ərazi minalardan təmizlənib.
Minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət həyata keçirib.
Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Azərbaycan dünyada mina problemindən ən çox zərər çəkən ölkələrdəndir.
Ermənistan məqsədli şəkildə yalnız hərbi təyinatlı deyil, həm də bərpa-quruculuq işlərinə mane olmaq, onun sürətini azaltmaq, vətəndaşlara maksimum zərər yetirmək məqsədilə minalardan istifadə edir: "Təkcə keçmiş təmas xətti boyunca deyil, həm də hərbi təyinatlı olmayan ərazilərdə minalama işləri aparılıb.
Məsələn, qəbiristanlıqlara, evlərə gedən yolda minaların basdırılması göstərir ki, məqsəd insanların öldürülməsidir".
H.Hacıyev qeyd edib ki, Ermənistan məqsədli şəkildə mina terrorunu həyata keçirib: "Təqdim olunan xəritələr isə effektiv deyil və real vəziyyəti əks etdirmir.
Ona görə də belə hallara görə Ermənistan məsuliyyət daşıyır.