Icma.az
close
up
RU
525ci qəzet Azad edilmiş ərazilərimizdəki mina təhdidləri Böyük Qayıdışa əngəl törədir

525ci qəzet Azad edilmiş ərazilərimizdəki mina təhdidləri Böyük Qayıdışa əngəl törədir

Icma.az bildirir, 525.az portalına istinadən.

Azərbaycanın işğaldan azad olunmuş ərazilərində oktyabr ayı ərzində 283 tank əleyhinə mina, 764 piyada əleyhinə mina, 11785 partlamamış hərbi sursat (PHS) aşkarlanıb və zərərsizləşdirilib. Azərbaycan Minatəmizləmə Agentliyindən (ANAMA) verilən məlumata görə, 5657.7 hektar ərazi minalardan təmizlənib. Minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət həyata keçirib.

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib ki, Azərbaycan dünyada mina problemindən ən çox zərər çəkən ölkələrdəndir. Ermənistan məqsədli şəkildə yalnız hərbi təyinatlı deyil, həm də bərpa-quruculuq işlərinə mane olmaq, onun sürətini azaltmaq, vətəndaşlara maksimum zərər yetirmək məqsədilə minalardan istifadə edir: "Təkcə keçmiş təmas xətti boyunca deyil, həm də hərbi təyinatlı olmayan ərazilərdə minalama işləri aparılıb. Məsələn, qəbiristanlıqlara, evlərə gedən yolda minaların basdırılması göstərir ki, məqsəd insanların öldürülməsidir".

H.Hacıyev qeyd edib ki, Ermənistan məqsədli şəkildə mina terrorunu həyata keçirib: "Təqdim olunan xəritələr isə effektiv deyil və real vəziyyəti əks etdirmir. Ona görə də belə hallara görə Ermənistan məsuliyyət daşıyır. Azərbaycanın isə ərazilərin minalardan təmizlənməsi ilə bağlı qəti siyasi iradəsi var. Keçmiş məcburi köçkünlərimizin layəqətli və təhlükəsiz şəkildə işğaldan azad olunmuş ərazilərə köçməsi istiqamətində işlər aparılır".

Millət vəkili Sevinc Fətəliyeva bildirir ki, Azərbaycan dünya miqyasında mina terrorundan ən çox əziyyət çəkən ölkələrdən biridir. Ermənistan 30 illik işğalçılıq siyasəti zamanı ərazilərimizə 1.5 milyondan çox mina yerləşdirib. Ölkəmizin ərazisinin 12 faizi minalarla və partlamamış sursartlarla çirklənib. Bu, kənd təsərrüfatı üçün yararlı torpaq fondunun 28 faizi deməkdir. Bu faktlar sübut edir ki, mina terroru Ermənistanın müharibə cinayətlərinin ayrılmaz tərkib hissəsidir. Müharibədən sonra xeyli ərazilər minalardan təmizlənib: "Lakin reallıq bundan ibarətdir ki, minatəmizləmə işi uzun müddət tələb edən prosesdir. Bunun nəticəsidir ki, müharibə artıq 4 ilə yaxındır bitsə də, mina qurbanlarının sayı getdikcə artır. Bunun əsas səbəbləri sırasında Ermənistanın Azərbaycan ərazisində basdırdığı minaların dəqiq xəritələrini təqdim etməməsi, keçmiş təmas xəttinin arxasında yerləşən yollara, qəbiristanlıqlara, mülki təyinatlı obyektlərə tələ xarakterli minalar yerləşdirməsidir. Onu da qeyd etmək lazımdır ki, 2020-ci ildən 2023-cü ilə qədər ermənilər tərəfindən yeni minalanmış zonalar yaradılıb, Azərbaycanın ərazisinə minalar basdırılıb. Bunun məsuliyyəti Ermənistanın üzərinə düşür".

Millət vəkili qeyd edib ki, Azərbaycan dövlətinin qarşısında dayanan əsas vəzifələrdən biri 30 illik erməni işğalı zamanı vəhşicəsinə dağıdılmış yurd yerlərimizi bərpa etmək, həmin şəhər və kəndlərə yenidən həyat verməkdir. Lakin Ermənistanın törətdiyi cinayətlər sırasında ərazilərimizin kütləvi minalanması hələ də ən böyük təhdidlərdən biri kimi qalması Böyük Qayıdış proqramına, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıtmasına əngəl törədir: "Dövlət tərəfindən minaların təmizlənməsi sahəsində böyük işlər görülür. Minatəmizləmə ən müasir və qabaqcıl texnologiyalardan istifadə edilməklə, əsasən də daxili resurslar hesabına həyata keçirilir. Bu gün işğaldan azad olunmuş əraziləri öz hesabına əsaslı bərpa edən və yenidən quran Azərbaycan mina probleminin həllinə də böyük vəsaitlər sərf etmək məcburiyyətindədir".

Millət vəkili Fatma Yıldırım bildirib ki, Ermənistanın 30 il ərzində törətdiyi cinayətlər sırasında ərazilərimizin kütləvi minalanması hələ də ən böyük təhdidlərdən biridir. Vətən müharibəsi başa çatdıqdan sonra 380-dən çox vətəndaşımızın mina terrorunun qurbanı olması bizi çox üzür: "Ermənistan ölkəmizə minalanmış ərazilərin qeyri-dəqiq xəritəsini verib, bu xəritələrin dəqiqliyi cəmi 25 faizdir. Dövlət tərəfindən minatəmizləmə sahəsində böyük işlər görülür. Bu işlərlə məşğul olan şəxslər həqiqətən də qəhrəman, fədakar və qorxmaz insanlardır. Çünki onlar doğma Qarabağımızı və Şərqi Zəngəzuru mina terrorundan təmizləmək üçün öz canlarını təhlükəyə atıblar. Müzakirə etdiyimiz qanun layihəsi minatəmizləmə sahəsində görülən işlərin daha da təkmilləşməsinə, bu işlərin sürətlənməsinə öz töhfəsini verəcək".

Millət vəkili qeyd edib ki, bu gün Azərbaycanda minatəmizləmə fəaliyyəti dünyada mövcud olan ən müasir və qabaqcıl texnologiyalardan istifadə etməklə həyata keçirilir: "Minatəmizləmə fəaliyyətimizin mütləq hissəsi ölkəmizin daxili resursları hesabına aparılır, xaricdən gələn dəstəyin həcmi isə hələ ki, çox məhduddur. Biz ərazilərimizin minalardan təmizlənməsi işində beynəlxalq təşkilatlardan daha fəal dəstək gözləyirik. Eyni zamanda, beynəlxalq təşkilatlar, ayrı-ayrı ölkələrin parlamentləri, insan haqlarının müdafiəsi ilə məşğul olan qurumlar Azərbaycana qarşı davam etdirilən mina terroruna biganə qalmamalı, Ermənistanın bu cinayətkar əməllərini pisləməlidirlər. Bütün silahların, o cümlədən, minaların tərkibindəki toksidlər illərlə torpağı və suyu zəhərləyir. Yəni mina problemi təkcə bu günümüz üçün deyil, gələcəyimiz üçün də təhdiddir".

ANAMA-nın İdarə Heyəti sədrinin birinci müavini Bəhruz Məmmədov deyib ki, ilkin qiymətləndirmələrə əsasən işğaldan azad edilmiş ərazilərdə hazırda 1 milyon 167 min hektara yaxın təhlükəli sahə var: "İşğaldan azad edilmiş ərazilərdə elə bir yer yoxdur ki, minatəmizləyənlər orada mina olmadığını və çirklənmədiyini əminliklə söyləsinlər. Bu günə qədər 166 min hektarda, ümumi ərazilərin 14,2 faizində təmizləmə aparılıb. Dörd il əldə olunan bu faiz göstəricisi prosesin hələ çox davam edəcəyini deməyə əsas verir".

Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev də Azərbaycanın dünyada mina problemindən ən çox əziyyət çəkən ölkələrdən biri olduğunu deyir. Ərazimizin təxminən 12 faizi Ermənistan tərəfindən mina və partlamamış hərbi sursatlarla çirkləndirilib: "Ermənistan minalardan təkcə hərbi məqsədlər üçün deyil, mina terroru həyata keçirmək üçün də geniş şəkildə istifadə edib. 44 günlük Vətən müharibəsi başa çatandan indiyədək əksəriyyəti mülki şəxs olan vətəndaşlarımızın minaların qurbanı olub".

Arzu Nağıyevin sözlərinə əsasən, təməli Ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə qoyulan humanitar minatəmizləmə prosesi Azərbaycanın dövlət siyasətinin əsas prioritetlərindən biridir və 1998-ci ildə yaradılan Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi - ANAMA bu istiqamətdə böyük işlər görüb.

Qeyd edək ki, bu günlərdə parlament tərəfindən "Minatəmizləmə haqqında" qanun layihəsini birinci oxunuşda təsdiqlənib. Qanun layihəsi 3 fəsil 14 maddədən ibarətdir. Birinci fəsildə istifadə olunan əsas anlayışların mənaları, qanunun tətbiq dairəsi müəyyən edilib. İkinci fəsildə mina əleyhinə fəaliyyət sahəsində dövlət siyasətinin istiqamətləri, minatəmizləmə fəaliyyətinin subyektləri və bu fəaliyyətə dair tələblər, təhlükəli ərazilərdə minatəmizləmə fəaliyyətinin xüsusiyyətləri, minatəmizləmə fəaliyyətində keyfiyyətə nəzarət və s. məsələlər öz əksini tapıb. Üçüncü fəsildə isə yekun müddəalar müəyyən olunub.

Qanun layihəsinə əsasən, qeyri-texniki və texniki tədqiqat zamanı toplanılmış, həmçinin dövlət orqanlarından, fiziki və ya hüquqi şəxslərdən daxil olmuş və ya mediada yayımlanmış məlumatlar əsasında səlahiyyətli qurum təhlükəli ərazilərə dair məlumatları bu Qanunun 9.1-ci maddəsində nəzərdə tutulan informasiya sisteminə daxil edir.Təhlükəli ərazidə minatəmizləmə fəaliyyətinə başlanması barədə icraçı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma, dövlət sərhədinin mühafizəsi aparılan təhlükəli ərazilərdə minatəmizləmə fəaliyyəti həyata keçirilərkən isə həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi quruma 5 iş günü əvvəlcədən sifarişli poçt göndərişi vasitəsilə və ya elektron qaydada məlumat verməli və bu ərazilərdə minatəmizləmə fəaliyyəti həmin qurumla qarşılıqlı əlaqədə həyata keçirilməlidir.

Qanun layihəsinə görə, aşkar edilmiş partlayıcı sursatların zərərsizləşdirilməsi və məhv edilməsi tələblərə və standart əməliyyat prosedurlarına uyğun olaraq həyata keçirilir. Partlayıcı sursatların zərərsizləşdirilməsi və ya yerləşdiyi ərazidən çıxarılması mümkün olmadıqda onlar həmin ərazidə məhv edilir. Zərərsizləşdirilmiş və yerləşdiyi ərazidən çıxarılmış partlayıcı sursatlar təhlükəsizlik qaydalarına riayət etməklə daşınaraq bu məqsədlə ayrılmış yerlərdə məhv edilir. Partlayıcı sursatların məhv edilməsi zamanı partlayışla əlaqədar ərazi üzərində hava gəmilərinin uçuşlarının təhlükəsizliyinin təmin edilməsi məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurum tələblərə uyğun olaraq azı 3 iş günü əvvəlcədən rəsmi qaydada məlumatlandırılmalıdır.

Arzu Nağıyev vurğulayıb ki, yeni qanun layihəsi də minatəmizləmə prosesinə ciddi təkan verəcək.

Sevinc QARAYEVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://525.az
archiveBu xəbər 15 Noyabr 2024 11:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see247

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see229

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see222

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see217

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see202

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see200

Çempionlar Liqasının əsas mərhələsinin turnir cədvəli: “Qarabağ” 18 cidir

22 Yanvar 2026 02:54see199

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see186

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see176

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see166

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see159

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

Azərbaycanda müxtəlif istiqamətlərdə müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır

21 Yanvar 2026 17:39see145

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see143

Ali Məhkəmə estetik əməliyyatlarla bağlı bədən toxunulmazlığı hüququna dair mövqe bildirib

21 Yanvar 2026 10:33see139

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see138

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see136

Tramp İrana hansı halda zərbə endiriləcəyini açıqladı

22 Yanvar 2026 01:55see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri