525ci qəzet Azərbaycan maksimum ədalətli olmağa çalışır | Icma.az
525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Prezident cənab İlham Əliyev dekabrın 29-da Azərbaycan Televiziyasına müsahibəsində Bakı-Qroznı istiqaməti üzrə reysi yerinə yetirməyə çalışan AZAL-a məxsus təyyarənin qəzaya uğraması, səbəbləri və bu faciəvi hadisədən irəli gələn məsələlərlə bağlı fikirlərini bölüşdü.
Şübhəsiz ki, bu müsahibə onun “Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” fikrinin daha bir təsdiqidir.
Dövlət başçısı Aktauda Azərbaycan təyyarəsinin düşməsi xəbəri alınan ilk saatlardan məsələni diqqət mərkəzində saxladığını və bununla bağlı bütün zəruri addımları atdığını bildirib.
Azərbaycan lideri qəza xəbərini Sankt- Peterburqa MDB Zirvə görüşünə uçarkən aldığını və dərhal müvafiq göstərişlər verdiyini deyib.
Təbii ki, hadisə ilə bağlı sürətli və operativ şəkildə verilən qərarlar təqdirəlayiq idi.
İlk olaraq Dövlət Komissiyası yaradıldı, müvafiq qurumların nümayəndələrindən ibarət heyət Aktau şəhərinə ezam edildi.
Atılan addımlar İlham Əliyevin liderlik xüsusiyyətlərinin ən yüksək səviyyədə göstəricisi idi.
Tam oxu
Xəbəri oxu