Icma.az
close
up
RU
Menu

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

525ci qəzet Azərbaycan maksimum ədalətli olmağa çalışır

525ci qəzet Azərbaycan maksimum ədalətli olmağa çalışır

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Prezident cənab İlham Əliyev dekabrın 29-da Azərbaycan Televiziyasına müsahibəsində Bakı-Qroznı istiqaməti üzrə reysi yerinə yetirməyə çalışan AZAL-a məxsus təyyarənin qəzaya uğraması, səbəbləri və bu faciəvi hadisədən irəli gələn məsələlərlə bağlı fikirlərini bölüşdü.
Şübhəsiz ki, bu müsahibə onun “Mən hər bir Azərbaycan vətəndaşının Prezidentiyəm” fikrinin daha bir təsdiqidir. Dövlət başçısı Aktauda Azərbaycan təyyarəsinin düşməsi xəbəri alınan ilk saatlardan məsələni diqqət mərkəzində saxladığını və bununla bağlı bütün
zəruri addımları atdığını bildirib. Azərbaycan lideri qəza xəbərini Sankt- Peterburqa MDB Zirvə görüşünə uçarkən aldığını və dərhal müvafiq
göstərişlər verdiyini deyib. Təbii ki, hadisə ilə bağlı sürətli və operativ şəkildə verilən qərarlar təqdirəlayiq idi. İlk olaraq Dövlət Komissiyası yaradıldı, müvafiq qurumların nümayəndələrindən ibarət heyət Aktau şəhərinə ezam edildi. Atılan addımlar İlham Əliyevin liderlik xüsusiyyətlərinin ən yüksək səviyyədə göstəricisi idi. Bu qətiyyətin, prinsipial mövqenin nəticəsi idi ki, insidentdən bir müddət sonra Rusiya Prezidenti Vladimir Putin Azərbaycan liderinə üzrxahlıq zəngi etdi və təyyarə qəzasının raket hücumuna məruz qaldığı etiraf olundu. Təbii ki, xeyli insan ölümü ilə nəticələnən bu irimiqyaslı qəza üçün bir üzrxahlıq mesajı kifayət edə bilməz. Müsahibədə Rusiya tərəfinin, bəzi rəsmilərin qəza ilə bağlı ortaya atdıqları cəfəngiyyatlar da sərt tənqid olundu.“Təəssüflər olsun ki, Rusiyanın bəzi dairələri bu versiya üzərində dayanmağa üstünlük vermişdilər. Bizi təəssüfləndirən və təəccübləndirən məqamlardan biri də o idi ki, Rusiyanın  rəsmi qurumları hansısa qaz balonunun partlaması ilə bağlı versiyalar irəli sürmüşdü. Yəni, bu, açıq-aydın göstərirdi ki, Rusiya tərəfi məsələni ört-basdır etmək istəyir və əlbəttə, bu, heç kimə başucalığı gətirmir. Təbiidir ki, təyyarəmiz təsadüfən vuruldu”, - cənab prezident bildirdi.

Prezident cənab İlham Əliyev müsahibəsində açıq şəkildə bəyan etdi ki, qəzanın istintaqı müstəqil ekspertlərin iştirakı ilə aparılacaq:“Azərbaycan ilk gündən beynəlxalq ekspertlərdən ibarət qrupun bu işlə məşğul olmasının tərəfdarı idi. Rusiya tərəfi rəsmi qaydada bizə təklif etmişdi ki, Dövlətlərarası Aviasiya Komitəsi bu işi araşdırsın. Biz isə qəti şəkildə bundan imtina etdik. Səbəb də aydındır. Çünki sirr deyil ki, bu qurum daha çox Rusiya məmurlarından ibarətdir və qurumun başında Rusiya vətəndaşları dayanır. Burada obyektivlik amilləri tam təmin edilməyə bilərdi. Əgər qəza baş verəndən dərhal sonra biz Rusiya tərəfindən ədalətli və adekvat addımlar görsəydik, bəlkə də buna etiraz etməzdik. Amma biz gördük ki, burada məsələni ört-basdır etmək cəhdləri göz qabağındadır”. Budur əsl mövqe! Dövlət başçısı bir daha əmin etdi ki, qəza ilə bağlı bütün araşdırmalar aparılacaq, məsuliyyət daşıyanlar cəzalandırılacaq. “Yenə də deyirəm, “qara qutu”lar açılandan sonra və daha detallı məlumat
əldə etdiyimiz halda məsələnin tam təfərrüatları üzə çıxacaq və bu gün hələ ki sual kimi qalan bir çox məsələlərə aydınlıq gətiriləcək”, - cənab Prezident əminliklə vurğuladı.

Müsahibədə o da bəyan edildi ki, təyyarə qəzasının təfərrüatları tam və açıq şəkildə hər bir Azərbaycan vətəndaşına çatdırılacaq və hər şeyə aydınlıq gətiriləcək. Prezident müsahibəsində Rusiya tərəfindən bir çox suallara cavab verilməsini də istədi. Dövlət başçısı ortaya xeyli sual qoydu. Əminik ki, bu suallara çox yaxında cavab veriləcək. Nəticə etibarilə Azərbaycan tərəfinin hadisəyə operativ reaksiyası, Prezidentin qətiyyəti və prinsipiallığı, çevik addımlar, real məlumatların yerli və beynəlxalq ictimaiyyətə operativ çatdırılması Rusiyanın cəhdlərini ifşa etdi
Azərbaycan Rusiyanın düşməni deyil. Əksinə Moskva Bəyannaməsi ilə iki ölkə müttəfiqdir. Bundan başqa, iki ölkə birdən çox sahədə əməkdaşlıq edir.

Rafiq Məmmədov,

Əməkdar müəllim

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:191
embedMənbə:https://525.az
archiveBu xəbər 30 Dekabr 2024 16:48 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Özbəkneftqaz, SOCAR və BP arasında Üstyurtdakı birgə layihə hələlik neft və ya qaz yatağının kəşfi ilə nəticələnməyib

02 Noyabr 2026 15:13see478

Əhali əlindəki dolları niyə satır bəs devalvasiya olsa?

02 Noyabr 2026 15:11see342

55 nömrəli avtobusda çəkilən görüntü hər kəsi təəccübləndirdi (Video)

02 Noyabr 2026 22:31see341

Nazirlik: 70 dən çox xəstəlik üzrə əlillik qiymətləndirilərkən müalicə müddəti tələb olunmur

02 Noyabr 2026 14:55see335

Polşanın BMT dəki səfiri missiyasını vaxtından əvvəl başa çatdırmaq xahişi ilə müraciət edib

02 Noyabr 2026 21:36see321

Bütün məktəblilərin telefonu olmalıdır? YENİ TƏLƏB

02 Noyabr 2026 16:14see301

Bir oturuma çox yemək ürəyi dayandıra bilər

02 Noyabr 2026 19:03see288

88 yaşlı Adriano Çelentano pərəstişkarlarını özünə heyran etməkdə davam edir

02 Noyabr 2026 16:13see277

Türkiyədə insanlar yalnız rəsmi mənbələrə istinad etməlidirlər Vüqar Bayramov

02 Noyabr 2026 20:33see263

Bölgələrdə səhiyyə problemi: “Elə xəstəxana var ki, 5 6 aydır rentgen aparatı xarab olub”

02 Noyabr 2026 16:54see249

Xankəndində xəstəxanadan kənar doğuş baş tutdu

02 Noyabr 2026 17:54see241

İnformasiya təhlükəsizliyində müasirləşən yeni AzTV

03 Noyabr 2026 00:37see237

Azərbaycan, Gürcüstan və Ermənistan BMT yə nə qədər pul ödəyir?

02 Noyabr 2026 14:51see237

“Çelsi” və “Liverpul” eyni futbolçunun transferi üçün hərəkətə keçdi

02 Noyabr 2026 23:42see233

Rio Ferdinand: “Mançester Yunayted” Konsanı transfer etməli idi”

02 Noyabr 2026 23:57see221

Azercell in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb

03 Noyabr 2026 15:27see216

Azərbaycanda quru sərhədləri bu vaxta qədər bağlı olacaq

02 Noyabr 2026 19:27see212

“28 May” metrosunda texniki problem QR kodlar işləmir

03 Noyabr 2026 18:37see204

Neftçala rayonunda “Uşaqların zərərli vərdişlərdən qorunması” layihəsi çərçivəsində maarifləndirici tədbirlər keçirilib

03 Noyabr 2026 18:54see202

Autizm yox, kəllədaxili qanaxma imiş Düzgün müalicədən sonra 6 yaşlı uşaq ilk dəfə adına reaksiya verdi

03 Noyabr 2026 12:24see184
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri