Icma.az, 525.az portalına istinadən məlumat yayır. Noyabrın 15-də Qırğızıstan Beynəlxalq Universitetinin rektoru akademik Asilbek Aydaraliye
AzMİU-dan 525.az-a bildirilib ki, universitetin rektoru professor Gülçöhrə Məmmədova ilə keçirilən görüşdə qonaqlara ali məktəbin tarixi, fə
Rektor AzMİU-nun memarlıq və inşaat sahələrində Cənubi Qafqaz regionunda lider ali təhsil ocaqlarından biri olduğunu vurğulayıb.
O, həmçinin universitetin müasir texnologiyalar və innovasiyaların tədris prosesinə inteqrasiyası sahəsində atdığı addımlardan, eləcə də beynəlxalq miqyasda müxtəlif universitetlərlə əməkdaşlıq əlaqələrindən bəhs edib.
Akademik Asilbek Aydaraliyev isə rəhbərlik etdiyi universitetin Qırğızıstanda və Orta Asiyada təhsil və elmi-tədqiqat sahəsində qabaqcıl mövqedə olduğunu bildirib.
O, universitetin multidisiplinar yanaşma və beynəlxalq əməkdaşlıq çərçivəsində tələbələrə geniş imkanlar yaratdığını, təhsil mühitində yenilikçi metodlar tətbiq etdiklərini vurğulayıb.
Görüşdə iki universitet arasında təhsil və elmi-tədqiqat sahələrində əlaqələrin genişləndirilməsi ilə bağlı çoxsaylı mövzular müzakirə olunub.
Əməkdaşlıq çərçivəsində tələbə və müəllim mübadiləsi proqramlarının həyata keçirilməsi, birgə təlim, seminarlarda iştirak və tədris materiallarının paylaşılması məsələləri xüsusi olaraq qeyd edilib.